Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İlk dəfə Çempionlar Liqasının matçı Azərbaycanda keçiriləcək
Tarix: 26.09.2017 | Saat: 14:37:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Sabah tarixdə ilk dəfə Azərbaycan futbol klubu Avropa Çempionlar Liqasının ilk ev matçını keçirəcək.

Bu tarixi oyuna marağın həddən artıq olması təbiidir. Çünki Azərbaycan azarkeşi, milli komandanın oyunlarını çıxmaq şərtilə, Bakıda ilk dəfə bu qədər ulduz seli görəcək - bu azarkeş istəyi, onun qazancı, bir ömürlük xatirəsidir. Həqiqətdə isə sabah Azərbaycan klubu Çempionlar Liqasının ev debütündə xal qazanmaq üçün ən böyük şansını elə siftəsində əldə edəcək. Bunun üçün debütant liqaya qədəm qoyduğu ilk matçındakı bəzi dərslərdən nəticə çıxarmalıdır.

Londonda Azərbaycanın "çempion debütü"nü edən "Qarabağ"ın böyük hesablı məğlubiyyətinə ölkədə ikili hisslərlə münasibət bəslənməsini haradasa anlamaq olar. Əlbəttə, qapıdan keçirilən 6 qolun hamısı, əslində, "Qarabağ"ın öz səhvləri ucbatından baş verdi. Hərçənd obyektiv yanaşsaq, bu halda iki vacib məqamdan söhbət açmaq lazımdır.

Baş məşqçisindən oyunçusuna qədər Ağdam təmsilçisinin hiss-həyəcanı qarşılaşmanın hələ ilk dəqiqələri başlamazdan xeyli əvvəl hiss olunurdu. Bunu rəqib lap əvvəldən hiss etdi. Bəlkə ilk qoldakı səhv, orta zonada cərimə meydançası önünün tam boş qoyulması - ilk kobud səhv - rəqibə bütün kartları açdı. Bütün bunlar futbolçuların məhz hiss-həyəcandan özünü itirməsi və bu səviyyədə oyuna tam hazır olmaması ilə bağlı idi. Amma səviyyə fərqi bütün oyun boyu açıq-aşkar özünü büruzə verdi. Qarşılaşmada top futbolçulardan aşkar sürətli idi. Əlbəttə, ilk qola qədər "Qarabağ"ın görüşün ipini ələ almaq üçün topla davranmağa, rəftara xüsusi diqqət etməsi təqdirəlayiq görünürdü. Rəqib buna da hazırlıqlıydı. Kontenin ilk dəqiqələr üçün sürətli oyun planı məhz bu dəqiqələrin "Qarabağ"a gətirə biləcəyi div gücündən sığortalanması üçün atılmış addım idi. Bəlkə də həmin erkən qol olmasaydı, "Qarabağ"ın şansı daha çox olacaqdı. Bəlkə də yeni transfer Pedrunun aldığı zərbə zədəsi də buna təsir etdi. Bu futbolçunun məhz bu tempə hazır olaraq, uyğunlaşmanı erkən keçməsi yerinə düşdü və bir daha "Qarabağ"a ötən dövrlərdə buraxdığı səhvlərin aynası kimi bütün əyər-əskiklərini göstərdi. Bu matçda ən ağrılısı, "Çelsi" sükançısının "Qarabağ"ı "Qarabağ"ın "Çelsi"ni öyrənməsindən çox çözməsi və zəif yerlərini qiymətləndirməsi idi. Rəqibin səviyyəsindən asılı olmayaraq, əsl peşəkar işi budur.

Təmiz oyun baxımından "Qarabağ"ın ən çatışmayan cəhəti orta zolaqdakı arxa və orta planlı oyunu ilə bağlı idi. Bu zonada komandanın oyununu idarə edən futbolçunun olmaması sözünü deyir. Axı, məşqçi korpusu, əsasən, topla davranmağa, qısa və orta ötürmələrə xüsusi diqqət edir. Bu halda və xüsusən belə matçlarda oyunu çözüb cinahlar boyunca hücumu tarazlayıb irəli atıla biləcək futbolçuları topla təchiz edən, bir sözlə, oyunu görüb idarə edən, axara təsir edən futbolçuya ehtiyacı var. Qara Qarayevin bu səviyyədə rəqibə qarşı potensialının hələ tam açılmaması anlaşıqla qarşılanmalıdır. Onun mənəvi cəhətdən buna hazır olmamasını qeyd edib, funksional imkanlar baxımından uduzması və buna görə də səhvlərə yol verməsi təbiidir. Qapıçı barədə xüsusi danışmağa ehtiyac yoxdur. Çünki qolların əksəriyyətində onun xilaskar roluna ehtiyac var idi. Amma bu dəfə o, bacarmadı. Bəlkə onun xilaskarlığı olsaydı, "Qarabağ" Azərbaycan futbol ənənələrinə uyğun daha inamlı görünərdi. Bir sözlə, ilk qarşılaşmada "Qarabağ"ı çox müzakirə etmək olar. Lakin etiraf edək ki, komandanın oyunçu ehtiyatı da buna imkan vermir. Doğrudur, hələ Avropa Liqasında debüt ilindən sonra komandanın mərhələli güclənməli olduğunu dəfələrlə qeyd etdiyimizdən indi çox məqamlarda ittihamlar səsləndirə bilərik. Lakin obyektiv qiymət üçün artıq yol verilmiş səhvlərdən deyil, bundan sonrakı işlərdən daha çox bəhs etməliyik. Çempionlar Liqasının qapısını döyüb açmış Azərbaycan klublarına tələblərin miqyası da artmalıdır.
Qarşıdan ikinci görüş gəlir. "Roma" Bakıya gəlir: bu sözün çəkisi, ağırlığı, yükü böyükdür. Elə bu görüşdən həmin tələblərin təməli qoyulmalıdır. Daha siftəni etmiş "Qarabağ" üçün iki çox vacib məsələ var. Hələ püşkdən sonra qeyd etdiyimiz kimi, bu qrupda komandamızın, proletar kimi, itirəcəyi heç nəyi yoxdur. "Çelsi" ilə qarşılaşmada buraxılan 6 qol komandaya zərrə qədər də başıaşağılıq, utanc gətirmədiyi, kimi, gələcəyə də bu təəssüratın müsbət bioenergetikası ilə baxmaq lazımdır. Ancaq bunun həmişə belə olacağını zənn edənlər yanılacaqlar. Əksinə, "Qarabağ" ciddi rəqabət göstərməsə, Azərbaycan futbolu barədə bədbin düşüncəlilərin təsir dairəsi daha genişlənəcək. Bunun yekunu isə daha ağır olacaq.

Sadəcə, həmişə ucalıqlarda olmaq istəyən azarkeşlərin bu dəfə möcüzəyə inandığı sezilir. Əlbəttə, möcüzələrlə çox irəli getmək mümkün deyil. Həyatın öz qanunauyğunluqları var. Buna görə "Qarabağ" rəqiblərdən çəkinməməlidir. Cəsarətli oynamaq üçün hər bir əsas var.

Əlbəttə, Olimpiya stadionunun seçilməsi sırf azarkeş üçün atılmış addımdır. "Qarabağ"ın bu yükü nə qədər çəkə biləcəyini meydan və oyun göstərəcək. Psixoloji təzyiqi dəf etməli olan komanda, fikrimcə, bir qədər aqressiv, bir qədər fəal olmalıdır. Ağdam təmsilçisi rəqibin nə adından, nə özündən çəkinmədən özü strateji hədəfləri həmişəki tərzinə uyğun qursa, nəyəsə ümid edə biləcək. Hətta rəqibin uğurlu oyunu, təzyiqindən, lap elə buraxılan qoldan və qollardan da çəkinməyə ehtiyac yoxdur. Əks halda, "Roma"nın ənənəvi səhvlərini gözləməyə məcbur qalacaq. Bu isə "Roma"nın, atını kəhərlədiyi halda, oyun xarakterinə yad bir şeydir. Komanda, istədiyi alınanda, səhlənkarlığa yalnız son anlarda yol verir.

İkinci məqam üzü qapıya olan futbolçudur. Ön xətdəkiləri, ya da irəli atılanları arxası rəqib qapısına qoymaq olmaz. "Qarabağ" kimi debütantlar üçün bütün uğurların başlanğıcı budur. Buna əvvəlki illərdə debüt edən komandaların oyunları ilə müqayisə aparanda da əmin olmaq mümkündür. "Haydı, irəli" şüarı deyil, "Haydı, üzü qapıya" əsas diqqət edən məsələdir. "Çelsi" ilə ilk görüşü yada salaq: öndəki futbolçular daim ya bu vəziyyətdə olur, ya da fərdi qaydada oyunu aparmağa çalışırdılar. Daha Almeyda da bu prosesdə töhfəsini verməlidir. Məncə, istənilən vəziyyətdən qapı hədəfə alınmalıdır. Məşqçilər rəqibin qapıçısını öyrənməlidir. Bunun üçün İtaliyada başlanmış mövsümün oyunlarını izləmək də yetər. Təkcə son turda vurulan 3 qol deyil, başqa epizodlar da məşqçi korpusuna faydalı məlumatlar verəcək. "Roma"nın "A" Seriyada uğurlu son matçında, nə qədər desən, faydalı məlumat var. Bundan qalanı isə, necə deyərlər, texnikanın işidir.

Nəhayət, etiraf edilməlidir ki, bu mərhələdə "Qarabağ"ın uduzub-udmağından çox, göstərəcəyi oyun səviyyəsi çox vacibdir. Çünki Ağdam klubu, onun məşqçisi müstəqil şəkildə deyil, oyundan-oyuna, rəqibdən-rəqibə, aşılan səviyyədən-səviyyəyə təcrübə toplayır. Komanda rəhbərliyi baş məşqçinin məsləhətçilərinin səviyyəsi barədə də düşünməyə başlamalıdır. Çünki qarşılaşmaların təhlili rəqib haqqında məlumatı ortaya qoya biləcək mütəxəssislərin səviyyəsindən və görmə qabiliyyətindən asılıdır. "Qarabağ" böyümək istəyirsə, rəqibləri çözməyə məcburdur. Yalnız bu halda doğru taktiki gedişlər, kritik məqamlarda isə doğru oyunçu əvəzləmələri edilə bilər.

Əslinə qalsa, bu qrupdakı rəqiblər arasında "Roma" ən dişəçəkilənidir. Lakin ənənəvi İtaliya futbol irsinin elementlərini özündə qorumuş bu klubun oyun tərzi Azərbaycan klubları üçün bir müəmmadır və onu çözmək üçün vaxtilə Qurban Qurbanovun Almaniyada mənimsəməyə çalışdığı bir sıra elementlər fayda verə bilər. Yəqin məşqçi məhz bu anda onları xatırlaya biləcək.

"Qarabağ"a qarşı istənilən tənqidin əleyhinə yönəlmiş bir kampaniya başlamağa cəhd edənləri anlamaq olmur. Buraxılan 6 qola görə deyil, oyunla bağlı əsaslandırılmış tənqidlərə həmişə anlaşıqla yanaşılmalıdır. Çünki obyektiv yanaşılsa, bundan daha çox fayda götürmək olar. "Çelsi" ilə oyunda bu məqamlar kifayət qədər idi. Fəqət, ilk matçı və bəzi subyektiv yanaşmaların da az olmadığını nəzərə alıb onları zamanına saxlayaq. Əslində, bu məqamları məşqçi korpusu özü əyani müşahidə edib.

İlk baxışda, bu oyunda qazanc itiriləndən qat-qat çox oldu. Axı, çoxdandır bu səviyyəyə, bu qədər ciddi təhlilə, əsl futbol standartları ilə qiymət verməyə köklənmiş açıq məqalələr üçün qələmimiz darıxıb. Ümid edək ki, qarşıdakı oyunda qələmi əsl futbol mürəkkəbinə batırmaq üçün "Qarabağ" bizə özü kömək edəcək.

Xəbər 1579 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru