Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ən həyəcanlı püşkdən əsl sınaq və imtahan meydanına
Tarix: 25.08.2017 | Saat: 11:03:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Çempion bir-birindən fərqli üç mürəkkəb rəqiblə üz-üzə


Azərbaycan futbolu tarixinin yeni sətirlərini yazaraq, UEFA Çempionlar Liqasına, yəni qrup mərhələsinə vəsiqə qazanmış "Qarabağ" təkcə futbolsevərlərə deyil, bütün ölkəyə ən həyəcanlı anları, ən böyük sevinci yaşatdı.

Üstəlik, "Qarabağ" adı ilə yarışan bir komandanın bu tarixi yazması, həm də ona doğru Cəbrayıl və Füzuli rayonlarının işğalı günündə addımlaması cəmiyyətdə böyük əks-səda doğurdu, inam mənbəyinə çevrildi. Elə bu tarixi uğurun dünya mətbuatında yarıyalan-yarıdoğru, yarıqısqanclıq-yarıdost yanaşmalara diktə etdiyi təsirlərin işıqlandırılması, bir sözlə, diplomatiya yüklü bir qələbəyə çevrilməsi hadisə oldu və hələ bundan sonra, ən azı, 6 oyun və yaxud ta dekabrın 5-nə qədər təkrarlanacaq.

Ölkədə kiçiyindən böyüyünə hər kəs yalnız bu tarixi uğurdan, nailiyyətdən bəhs edir. Hətta ölkə başçısının elə həmin gün - avqustun 24-də Bakıya qayıdan komandanın üzvləri ilə görüşməsi bu qələbənin əhəmiyyətinə xüsusi ovqat, xüsusi çəki qatdı.

Həyəcanın kulminasiya nöqtəsi atılan püşk mərasimi oldu.
Azərbaycan soraqlı püşkləri çox görmüşük, çox izləmişik. Mavi ekran qarşısında gah milli komandanın, gah da klublarımızın səbət bəxtinə ümid həsrəti ilə gözlərimizin dikildiyi anlar az olmayıb. Amma bu qədər işıqlı, bu qədər həyəcanlı anlar heç vaxt olmayıb. Çünki hər il Çempionlar Liqasının püşkü bütün dünyada adi hadisə kimi qarşılanmır, xüsusi ovqatla gözlənilir. Bu il biz də ilk dəfə belə həyəcanın nə olduğunu əvvəldən axıra qədər anladıq.

Monakonun məşhur "Qrimaldi Forum" sarayında keçirilən mərasimin lap əvvəlində Çempionlar Liqası ailəsinin yeni üzvünün - "Qarabağ"ın salamlanması, yəqin, hər kəsdə xüsusi ovqat, ruh oyatdı. Bəli, bu tarixi an idi. Avropa klub futbolu çempionlarının 63-cü mövsümündə, yaxud da "Çempionlar Liqası" adı altında qitənin, əslində, dünyanın ən güclülərinin yer aldığı yarışın 26-cı mövsümündə Azərbaycan təmsilçisi də ilk dəfə yer aldı. Azərbaycan bu siyahıda 32-ci ölkə, "Qarabağ" isə 132-ci klub oldu. Bu il isə UEFA üzvü olan 54 assosiasiyadan 79 komandanın qatıldığı mübarizədə "Qarabağ" həlledici 32 komanda arasında öz yerini tutdu, həm özünə, həm də ölkəmizə reytinq sıçrayışı gətirdi.

Püşkün qanunauyğun və ədalətli bölgüsünə görə, komandamız öz reytinqi ilə ən sonuncu - 4-cü səbətdə idi. Rəqiblərin heç də asan olmayacağı əvvəldən bilinirdi. Bütün karyerasını yalnız bir klubda "Roma"da keçirmiş İtaliya futbolunun əfsanəsi Françesko Totti ilə, Ukrayna futbolunun oyunu ilə ölkədən kənarda parlayan ilk və ən tanınmış ulduzu Andrey Şevçenkonun kimin üçün sehirli, kimin üçün amansız, kimin üçün qəddar əlləri səbətlərdən adları bir-bir çıxardıqca, səbirsizləşən ürəklərin döyüntüləri də artdı. Çünki hər kəsin öz düşüncəsində münasib saydığı qruplar formalaşırdı.

Əlbəttə, çoxları "Qarabağ"ın daha uyğun qrupda yer ala biləcəyini iddia edə bilər. Lakin bəlkə ədalətin də hökmü ilə Azərbaycan çempionu ənənəvi möhtəşəm üç futbol ölkəsinin təmsilçisi ilə üz-üzə gələcək. Buna görə də komandamız üçün bunu əsl sınaq və imtahan məqamı adlandıra bilərik. Bəlkə haradasa yarış sonunda nəticəyə görə qınanmamaq üçün bir fürsət kimi görünsə də, məncə, əslində lap elə bu baxımdan yaxalanmış fürsətdir. "Qarabağ"ın itirəcəyi nəyi var ki?! Əlbəttə, demək olar, heç nəyi. Ona görə də bu, bir baş da böyümək, bir addım da irəli getmək, haradasa "biz də bunu bacararıq", ya da "biz də onlardan əskik deyilik" prinsipi ilə "Qarabağ"ın bu rəqabətdə özünü və ölkəmizi tanıtması, dirənci, inadı, arzu və istəyi ilə "imzalar içinə imzası ilə" qoşulmasına bir fürsətdir. Hansısa ortababla oynayıb bir neçə xalı əldə etməkdənsə, bu nəhənglərlə kəllələşib onlardan xal qoparmaqla, haradasa bəxt, haradasa inad hesabına onları üstələməklə, əldə ediləcək dividendlər və perspektivlər daha dəyərlidir.

Bəli, məncə, "Qarabağ" bir şans içinə düşüb. Onu lazımınca dəyərləndirmək, böyük biznesə çevirmək üçün indi əsl məqam yetişib. Bu, ölkənin həm klubları, həm də baş futbol təşkilatı üçün özünü toparlayıb böyüməyə, axır ki, əsl və ciddi bir işlə məşğul olmağa çağırış siqnalıdır.

Rəqibləri dəyərləndirmək yersiz və artıqdır. Amma indi "Qarabağ"dan söz açmağın əsl zamanıdır. Komanda bu yarışda, əsasən, yalnız məşqçilərinin taktiki düşüncəsinə güvənməlidir. Çünki bu rəqiblərin biri o birindən kəskin fərqlənir. Biri ilə oyuna seçiləcək tərz, dəst-xətt, üslub, manevr, funksional, taktiki hazırlıq o biri ilə keçərli olmayacaq. Buna görə ötən illərdə "Tottenhem"lər, "Monako"lar, "İnter"lər, "Fiorentina"larla oyunların dərsi, məncə, yetərlidir ki, bu dəfə iş prinsipləri bir az fərqli qurulsun, ona başqa münasibətlə yanaşılsın. Artıq "Qarabağ" məşqçi korpusunun bilik və bacarığının, duyum və hissinin gücünə arxalanmalıdır. Çünki buna qədər çox yazıb, çox can atsaq da, komandalarımızın heç biri mərhələli güclənmək niyyətini göstərmədi. İndi isə bu səviyyə üçün bir qədər xudpəsənd müdafiə və yaralı hücum xətti ilə mübarizə aparmamaq üçün "Qarabağ"ın cəmi bir neçə günü qalıb.

Transferlər komandalarımızın ən yaralı və zəif yerləridir. Özü də builki mübarizələrində "Qarabağ" az qala hər oyunda bu istiqamətdə işini gücləndirmək üçün siqnallar aldı. Hər oyunda bir aparıcı futbolçu ya olmadı, ya sıradan çıxdı və faktiki olaraq, onlara layiqli əvəz tapılmadı. İndi isə dar ehtiyat oyunçular skamyası ilə böyük yarışa gedən "Qarabağ", həm də bu futbolçuların sağlamlığının qayğısına qalmalıdır. Bu məsələ də "Qarabağ"da məşq sisteminin də təsiri ilə ideal deyil.
Ötən qarşılaşmalarda "Qarabağ" topla davranmağı, onu idarə etməyi ilə orta Avropa səviyyəsinə yaxınlaşdığını əyani nümayiş etdirdi. İstər "Kopenhagen", istərsə də ondan əvvəlki rəqiblərlə oyunlarda məhz bu cəhəti ilə Ağdam təmsilçisi yekun qələbələr qazana bildi. Amma artıq Çempionlar Liqası üçün bu səviyyə də yetərli deyil. Hətta ölkə çempionatının son turunda "Qəbələ" ilə oyunun da göstərdiyi kimi, müdafiədəki qarmaqarışıqlıq, yeknəsəqlik, orta xətdəki lidersizlik, ön xətdə yetərsizlik komandanı büdrədə biləcək çatışmazlıqlardır. Rəqiblər də bunu görəcək, amma bir o qədər də diqqət etməyəcək. "Qarabağ" da məhz inadı ilə bunu fürsətə çevirə bilər. Bu isə adi fürsət deyil - Azərbaycan futbolunun Avropaya açılan qapısıdır. Çünki yaxın 4 ay ərzində futbolumuz, həm də qrupunda heç də pis çıxış etməyən millimiz diqqət mərkəzində olacaq.
Futbolumuz üçün şans bu hesabatla başlanır.
Onu dəyərləndirək.



"Çelsi" (London, İngiltərə)
o UEFA təsnifatında reytinq yeri: 10.
o Statusu: İngiltərə çempionu.
o Əvvəlki illərdə qrup yarışında: 14 dəfə (son dəfə - 2015-16)
o Ötən mövsüm: Avrokuboklardan kənar olub.
o Çempionlar Liqasında ən yaxşı nəticəsi: qalib (2011-12).

"Atletiko" Madrid (İspaniya)
o UEFA təsnifatında reytinq yeri: 4
o Statusu: İspaniya çempionatının 3-cüsü.
o Əvvəlki illərdə qrup yarışında: 7 (son dəfə - 2016-17).
o Ötən mövsüm: Çempionlar Liqasında yarımfinal.
o Çempionlar Liqasında ən yaxşı nəticəsi: 3 dəfə finalçı (1973-74, 2013-14, 2015-16)

"Roma" (Roma, İtaliya)
o UEFA təsnifatında reytinq yeri: 37
o Statusu: İtaliya çempionatının 2-cisi
o Əvvəlki illərdə qrup yarışında: 9 dəfə (son dəfə - 2015-16)
o Ötən mövsüm: Çempionlar Liqasının seçmə pley-offu/Avropa liqasının 1/8 finalı.
o Çempionlar Liqasında ən yaxşı nəticəsi: finalçı (1983-84).

1-ci tur
12 sentyabr (çərş.axşamı)
"Roma" - "Atletiko"
"Çelsi" - "Qarabağ"

2-ci tur
27 sentyabr (çərşənbə)
"Qarabağ" - "Roma"
"Atletiko" - "Çelsi"

3-cü tur
18 oktyabr (çərşənbə)
"Qarabağ" - "Atletiko"
"Çelsi" - "Roma"
4-cü tur
31 oktyabr (çərş.axşamı)
"Roma" - "Çelsi"
"Atletiko" - "Qarabağ"

5-ci tur
22 noyabr (çərşənbə)
"Qarabağ" - "Çelsi"
"Atletiko" - "Roma"

6-cı tur
5 dekabr (çərş.axşamı)
"Roma" - "Qarabağ"
"Çelsi" - "Atletiko"


1/8 final
Püşk: 11 dekabr
İlk oyunlar: 13-14 və 20-21 fevral
Cavab görüşləri: 6-7 və 13-14 mart
1/4 final
Püşk: 16 mart
İlk oyunlar: 3-4 aprel
Cavab görüşləri: 10-11 aprel
1/2 final
Püşk: 13 aprel
İlk oyunlar: 24-25 aprel
Cavab görüşləri: 1/2 may
Final
26 may. Kiyev.
"NSK Olimpiyski" stadionu.

Xəbər 1388 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru