Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Arif Rəhimov: Çarli Uaytinq marşalların işindən razıdır
Tarix: 29.06.2017 | Saat: 15:04:00 | E-mail | Çapa göndər
Bakı şəhər trasında keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisi parlaq və yaddaqalan oldu.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov “F1News.ru” saytına müsahibəsində həftəsonuna yekun vurub, marşalların ünvanına səslənmiş tənqidi qeydlərə cavab verib və 2018-ci il yürüşlərinə hazırlığın gedişi barədə danışıb.

Sual: Keçən il Bakı mərhələsi Le-Man yürüşü ilə eyni vaxtda düşmüşdü, 2017-ci ildə isə bu hadisələri ayrı-ayrı vaxtlara salmaq mümkün oldu. Siz bu işin nəticəsini və bütövlükdə Azərbaycan Qran-Prisinin yekunlarını necə qiymətləndirirsiniz?

Arif Rəhimov: Məncə çox yaxşı oldu ki, biz vaxt etibarilə Le-Manla kəsişmədik. Bu, mətbuatda bütün diqqəti bizə yönəltməyə imkan verdi – jurnalistlər iki tarixi yürüş arasında seçim etməli olmadılar. Mənim fikrimcə, ötən bazar günündən sonra Bakı yürüşü artıq tarixi hadisəyə çevrildi. Jurnalistlər Bakıya rahatca gəlir, bilirdilər ki, avtomobil idmanı aləmində başqa iri hadisələrlə kəsişmə yoxdur. Qran-Pridə baş verən hadisələrin işıqlandırılması baxımından bu, bizə kömək etdi.

Yürüş özü əla keçdi. Mənim fikrimcə, bu yürüş hamının xoşuna gəldi. Biz çoxlu xoş rəy almışıq. Təşkilati işlər keçənilkindən daha yaxşı səviyyədə idi. Bizim bəxtimiz gətirdi ki, yürüş daha maraqlı oldu.

Sual: Yürüş günlərində tamaşaçı axını sizi qane etdimi?

Arif Rəhimov: Bəli, bazar günü səhər bizdə cəmi 900 satılmamış bilet qalmışdı. Bu, əyləşmə yerlərinin ümumi sayının cəmi 5 faizi deməkdir. Bildiyimə görə, bazar günü daha 500-600 bilet satılıb. Prinsipcə, ola bilsin ki, kassalarda ümumiyyətlə bilet qalmayıb.

Bəzi yerləri satışdan çıxarmışdıq, çünki həmin yerlərdən baxanda ağaclar yürüşü yaxşı müşahidə etməyə imkan vermirdi. Həmin yerləri satışdan çıxarmağımız yalnız bütün tamaşaçıların trası yaxşı görməsi üçün edilib.

Prinsipcə biz razıyıq. Keçənilki illə müqayisədə bilet satışı 28 faiz artıb. Beynəlxalq satışlara gəldikdə, bu göstərici düz iki dəfə artıb. Bu, çox yaxşı statistikadır. Biz illik planı yerinə yetirmişik.

Sual: Hansı ölkələrdən daha çox azarkeş gəldiyini hesablamısınızmı?

Arif Rəhimov: Azərbaycandan olan tamaşaçıları saymasaq ən çox azarkeş Rusiyadan gəlib – təxminən 2000 nəfər. Lakin Formula-1 mərhələsi dövründə şəhərimizə gəlmiş, lakin yürüşlərə gəlməmiş insanların sayını hələ bilmirik. Onları da hesablasaq, Rusiyadan gələnlərin sayı sanballı ədədlə ifadə olunacaq. Bütövlükdə bu mərhələyə 60-dan çox ölkəni təmsil edən tamaşaçılar gəlib.

Sual: Siz Türkiyə auditoriyasının Bakı Qran-Prisinə marağını necə qiymətləndirirsiniz?

Arif Rəhimov: Mən belə başa düşürəm ki, Türkiyədə Formula-1 yarışları o qədər də populyar deyil. Əlbəttə, Türkiyədən azarkeşlər gəlir, amma mənim bildiyimə görə, onların sayı ilk onluğa daxil deyil. Mənim tanış olduğum sonuncu statistik məlumata görə, Rusiyadan sonra ikinci yeri İngiltərədən olan azarkeşlər tutub. Yürüşlərə bir həftə qalmış biz təkcə İngiltərəyə 600 bilet satmışıq. Digər Qərbi Avropa ölkələrindən olan çoxsaylı tamaşaçılar bizim yürüşlərə məmnuniyyətlə tamaşa etmək istəyirdilər. Beləliklə, Bakı mərhələsinin coğrafiyası Avstraliyadan Rusiyaya qədər böyük bir ərazini əhatə edir.

Sual: Avropa Qran-Prisi adının Azərbaycan Qran-Prisi adı ilə əvəz edilməsi necə təsir göstərib?

Arif Rəhimov: Mənim fikrimcə, adın dəyişməsi bizim marketinq şöbəsinə bir qədər kömək etdi, çünki azarkeşlər bu mərhələnin harada keçirilməsini daha dəqiq anladılar. Adın dəyişdirilməsi azarkeşlərin sayını artırmağa kömək edibmi? Mənim fikrimcə burada birbaşa əlaqə yoxdur. Populyarlığın artmasına ən çox kömək edən birinci yürüş oldu. Biz bu yürüşdən nə gözlənildiyini hamıya göstərdik: tras, əyləncələr və s. Bizim keçənilki yürüşə bütün dünya tamaşa etdi.

Sual: Həftəsonu yürüşün gedişində marşalları tənqid edirdilər ki, onlar əzilmiş maşınları trasdan yetərincə operativ şəkildə yığışdırmırlar. Gələcəkdə belə problemlərin olmaması üçün bir tədbir görməyi planlaşdırırsınızmı?

Arif Rəhimov: Açığını deyim ki, belə tənqidlərin haradan gəldiyini bilmirəm. Mən Çarli Uaytinq ilə bir neçə dəfə söhbət etmişəm. O, bizim marşalların işinin operativliyindən razı idi. Bu tənqidin səbəblərini təxminən başa düşürəm. Ola bilsin ki, bu tənqidi çıxışlar Formula-2-də səkkizinci döngədə 4 maşının toqquşduğu qəzadan sonra səslənib. Mənə belə gəlir ki, bəzi adamlar səkkizinci döngədən 4 maşının təxliyə edilməsinin nə dərəcədə mürəkkəb məsələ olduğunu yaxşı başa düşmürlər. Biz həmin maşınların hərəsini ayrı-ayrı istiqamətlər üzrə təxliyə etməli olduq. Bu, çox mürəkkəb və çətin işdir. Marşallar bu işin öhdəsindən gəldilər və hər şeyi mümkün qədər operativ şəkildə həll etdilər.

Formula-1 yarışları dövründə qırmızı bayraq göstərmək zərurəti yarandı, lakin bu problem marşallarla bağlı deyildi. Trasda çoxlu qəzalar oldu. Bir sıra yerlərdə sınmış hissələr olduğuna görə yürüşü dayandırmaq lazım gəldi. Səkkiz, bəlkə də doqquz müxtəlif yerdən məlumat daxil olurdu ki, trasda sınıq hissələr hədsiz çoxdur. Yürüşlərin ən yaxşı anlarının təkrarına baxsanız bir epizodda pilotlar özləri yürüşün dayandırılmasını xahiş etdilər və biz də belə etdik.

Trası xüsusi kvadrosikllərin köməyi ilə təmizləmək olardı, lakin bu iş çox asta tərzdə görülməlidir, çünki trası süpürən “xalçaların” sürətinə müəyyən məhdudiyyət var. Onlar həmin sürətdən artıq hərəkət edə bilməzlər, əks halda sürət artırıldıqda bütün zibili təmizləmək olmur. Yürüşün 20 dəqiqəliyə dayandırılması bununla izah edilir. Prinsip etibarilə FİA və Çarli Uaytinq kimi, mən də marşalların işindən çox razıyam.

Sual: Gələn il Bakı mərhələsi aprelin sonunda keçiriləcək. Siz həmin mərhələyə tamaşa edənlərin sayının azalacağından ehtiyat etmirsiniz ki?

Arif Rəhimov: Yürüşlər hazırda çoxları üçün maraqlıdır. Belə insanlar üçün yürüşün nə vaxt keçirilməsi mane olmayacaq. Məsələn, hava şəraitinin o qədər də xoşa gələn olmadığı Kanadada, yaxud Silverstounda nə qədər yürüş keçirilir! İngiltərədə yay vaxtı havanın hərarəti +10 dərəcə də ola bilər, +30 dərəcədə. Çempionatda hava şəraitinin dəyişkən olduğu mərhələlər çoxdur.

Aprelin sonunda Bakıda hava çox pis olmur. Yaxşı istirahət günlərində bizdə hava günəşli və aydın, temperatur +23-24 dərəcə ola bilər. Təbii ki, müəyyən risklər var və iyun ayı ilə müqayisədə risklər daha yüksəkdir. Lakin bunun tamaşaçıların həmin mərhələyə baxmaq arzusuna güclü təsir göstərəcəyini güman etmirəm.

Sual: Bilet satışının nə vaxt bağlanacağı artıq məlumdurmu?

Arif Rəhimov: Biz əsas diqqəti yenicə başa çatmış yürüşə yönəltmişdik. Lakin bilet satışı barədə fikirləşməyə başlamışıq. Sistem hazırdır, bizim bilet siyasətimiz bu il özünü doğrultdu, ona görə də bu siyasətdə çox dəyişiklik etmək lazım gəlməyəcək. Zənnimcə, oktyabr ayında satışa başlamağa çalışacağıq. Bu işi həmişəkindən bir qədər tez başlamaq lazım gələcək.

Sual: Bəzi mərhələlərdə konsert proqramının daha zəngin olması üçün həftəsonu yürüşün formatını dəyişməyi, konsert proqramına daha çox vaxt saxlamağı planlaşdırırlar. Siz də buna oxşar bir tədbir görməyi planlaşdırırsınızmı?

Arif Rəhimov: Hələlik bu barədə yalnız söhbətlər gedir, faktiki heç bir tələb irəli sürülməyib. Mən də Formula-1 rəhbərliyi ilə danışmışam, belə ideyalar olub, amma bunlar gələcək üçün ideyalardır və növbəti ildə onların reallaşdırılıb-reallaşdırılmayacağını bilmirəm.

Bizim mərhələdə konsert proqramı yetərincə dolğun, şən və xoşagələn olub. Bu proqram üçgünlük həftəsonu qrafikinə çox uyğun idi. Üç gündə üç konsert az deyil. Nəzərə almaq lazımdır ki, həmin konsertlərdə beynəlxalq miqyaslı ulduzlar çıxış edirdi. Buna görə də formatın dəyişdirilməsi barədə danışmaq hələ tezdir.

Sual: Siz bir dəfə demişdiniz ki, bu mərhələnin promouterləri tərəfindən çempionatın təşkilatçılarına ödənişləri standartlaşdırmaq lazımdır. Formula-1-in “Liberty Media”dan olan yeni sahibləri ilə bu mövzunun müzakirəsində irəliləyişə nail ola bilmisinizmi?

Arif Rəhimov: Biz kommersiya məsələlərini müzakirə etməmişik, çünki yürüşün keçirilməsi ilə məşğul idik. Hesab edirəm ki, bizim kontraktın müddəti başa çatmayınca hər hansı güzəştləri və başqa məsələləri müzakirə etmək tezdir. Ola bilsin ki, yaxın gələcəkdə biz danışıqlar masası arxasında əyləşərək sponsorluq baxımından bu günə qədər istifadə edilməmiş bütün məsələləri bağlayacağıq. Hər iki tərəfin öz ideyaları var və güman edirəm ki, həmin ideyalarla hamı razılaşacaq və biz indi qazanmadığımız pulları qazana biləcəyik.
Xəbər 603 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru