İyunun 12-dən 18-dək Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı keçiriləcək.
15 ölkənin qatılacağı turnirdə Bolqarıstanla yanaşı Azərbaycan, Türkiyə, Albaniya, Andorra, Böyük Britaniya, İrlandiya, Moldova, Malta, Kipr, Gürcüstan, Kosta-Rika, Farer adaları, Lüksemburq və Ermənistandan olan komandalar yarışacaqlar.
16-24 yaşarası gənclərin mübarizə apardığı turnir Qabrova və Tarnova şəhərlərində keçiriləcək. Hər komandanın heyətində böyük yaş qruplarından üç həndbolçu iştirak edə bilər.
Qalib komandalar Beynəlxalq Həndbol Federasiyası tərəfindən təltif olunacaq.
|