Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yalnız Cəmaləddin Məhəmmədovdan narazı qaldım
Tarix: 14.03.2012 | Saat: 09:33:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) Avropa çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, tədbirdə AGF-nin baş katibi Əjdər Cəfərov, yığma komandaların baş məşqçiləri Saypulla Absəidov və Saleh Bora, həmçinin Avropa çempionları Toğrul Əsgərov və Elçin Əliyev iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Cəfərov, yarışda Azərbaycan pəhləvanlarının göstərdikləri nəticədən razı qaldıqlarını bildirib: “Federasiya güləşçilərin Avropa çempionatına çıxışını uğurlu hesab edir. Çünki Serbiya paytaxtı Belqrada əsas heyətlərlə deyil, əsasən əvəzedici heyətlərlə yollanmışdıq. Yarışda isə sərbəst və yunan-Roma güləşçilərimiz hərəyə 1 qızıl və 1 bürünc, qadınlardan ibarət yığmamız isə 2 bürünc medal qazandı ki, bu da bizim üçün uğurdur”.

Federasiya rəsmisi daha sonra yığmaların çıxışına ayrı-ayrılıqda toxunub. Cəfərovun sözlərinə görə, sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (60 kq) ümidləri doğruldub: “O da hələ gəncdir. Lakin Toğrulu Avropa çempionatında sınadıq və o özünü göstərdi. Aleksandr Qostiyev (74 kq) inamla güləşərək, bürünc medal qazandı”.
Baş katib bildirib ki, qadınlardan ibarət yığmamızdan da qızıl medal gözləyirlərmiş. Lakin komandamızın lideri Mariya Stadnik (48 kq) səfərə aparılmadığından, əsas medal ümidlərimizdən olan Yuliya Ratkeviç (55 kq) uduzduğundan fəxri kürsünün ən yüksək pilləsinə qalmaq mümkün olmayıb: “Bu yığmamız 2 bürünc medal qazandı. Amma Ratkeviçdən də çempionluq gözləsək də, özünü doğrultmadı. Bunun üçün də digər yığmalarımızla müqayisədə bu komandamızdan bir qədər narazı qaldıq”.

Cəfərov yunan-Roma güləşçilərimizin çıxışını əla adlandırıb. Onun sözlərinə görə, əsasını gənclər təşkil edən milli özünü yaxşı tərəfdən göstərməyi bacarıb: “Onların hamısı döşəyə qələbə əzmi ilə çıxırdılar. Bu, AGF prezidenti Fazil Məmmədovun da çox xoşuna gəldi. Mən xüsusilə Elçin Əliyevin qələbəsini vurğulamaq istərdim. O, püşkatmada ilk döyüşündəcə Avropa və dünya çempionu, olimpiya oyunlarının mükafatçısı Roman Amoyanla düşdü. Bunun üçün Elçin döyüşə xüsusi hazırlandı və layiqli qələbə qazandı”.

Federasiya rəsmisinin sözlərinə görə, bəzi xarici mətbuat orqanlarında Əliyevin qələbəsini şübhə altına salan yazılar dərc edilsə də, bu, güləş qaydalarına ziddir: “Elçin erməni güləşçisi üzərində tam layiqli qələbə qazandı. Mən özüm də bu növdə hakiməm. Bunun üçün məsuliyyətimlə deyirəm ki, döyüşdə hansısa köməklikdən söhbət gedə bilməz. Çünki görüşdən bir neçə dəqiqə sonra FİLA prezidenti Rafael Martinetti özü şəxsən döyüşün təkrarına baxdı və hakimin düzgün qərar çıxardığını dedi. Həmçinin, Amoyan məğlubiyyətlə barışmaq istəmirdi və artistlik edirdi. Bunun da nəticəsi olaraq, o Avropa çempionatında təsəlliverici görüşlərdən kənarlaşdırıldı”.

Sonra Elçinin döyüşünün videoyazısı KİV nümayəndələrinə nümayiş etdirildi və Romanın uduzduğu aşkar şəkildə detalları ilə izah edildi. Cəfərov bildirdi ki, bu görüşdən sonra münsiflər heyətində yer alan FİLA-nın inspektorundan biri – finlandiyalı Kari Tayvala London-2012-yə yollanmaq hüququndan da mərhum olundu: “Sadəcə, ermənilərin döşəkdə güləşçilərimizə gücləri çatmadıqlarından bəhanələrə əl atırlar”.

Daha sonra sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Absəidov komandamızın çıxışını şərh etdi. O da çempion adını qazanan Toğrulun yaxşı döyüşdüyünü və bunun üçün lisenziya xarakterli yarışlara yollanacağını bildirdi: “Hazırda əsas məqsədimiz lisenziya xarakterli yarışlardır. Çalışırıq ki, digər 3 çəkidə də lisenziya qazanaq və London-2012-yə tam heyətlə yollanaq. Bundan sonra isə olimpiadaya hazırlıqları sürətləndirək. Avropa çempionatında yalnız Cəmaləddin Məhəmmədovdan (120 kq) narazı qaldım”.

Yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Saleh Bora Avropa çempionatının həmişə çətin keçdiyini, lakin yetirmələrinin özlərini yaxşı tərəfdən göstərdiyini deyib: “Yarışın ilk günündən sonra aktivimizdə 30 xal var idi. Rusiya və Türkiyə kimi ölkələri 12 xal qabaqlayırdıq. Lakin ikinci gün cəmi 4 xal qazandıq, Avropa üçüncüsü olduq. Pis nəticə deyil. Əsas məqsədimiz lisenziya yarışları və orada özümüzü sübut etməkdir”.

Xəbər 1139 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru