Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qarabağ” - gələn oyun və bir qələbə “Qəbələ” - gələn oyun, üç qələbə və liderin itkisi
Tarix: 05.04.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Milli futbol çempionatı kulminasiya nöqtəsinə, yəqin gələn tur yetişəcək. Aprelin 9-da çempionatda qələbəyə real iddiası qalmış iki klub üz-üzə gələcək. Bu qarşılaşmada qələbə son çempionun daha bir mövsümdə təntənəsinin rəmzinə çevriləcək. Çünki bundan sonra ona 3 turda ya uduzmamaq, ya da 3 oyundan birində qələbə qazanmaq kifayət edəcək. Buna ehtiyac olmaması üçün "Qarabağ"a hədiyyəni "Qəbələ" özü, elə ötən turda olduğu kimi, büdrəməklə etməlidir.

"Qəbələ"yə isə tam əksinə, təkcə qarşıdakı tet-a-tet dueldə qələbə və sonrakı görüşlərdəki qələbələr kifayət etməyə bilər. Komanda indiki 4-xallıq fərqi hətta bir xala endirsə belə, sonrakı turlarda "Qarabağ"ın daha bir dəfə büdrəməsini gözləməlidir. Təbii ki, bütün bunlarla yanaşı, son 3 görüşdə "Qəbələ" özü mütləq qələbələr qazanmalıdır.

Bir variant da var: qarşıdakı dueldə liderlərin heç-heçəsi. Bu halda "Qarabağ"a iki qələbə, yaxud "Qəbələ"nin büdrəməsi lazımdır. "Qəbələ" isə "Qarabağ"ın sonrakı rəqiblərdən birinə məğlubiyyəti ilə yanaşı, daha bir qarşılaşmada xal itkisini gözləməlidir. Bir sözlə, ilk baxışda bu mürəkkəb riyaziyyat mənzərəsi sadədən də sadədir. O, hər turda bir qədər də sadələşib adiləşəcək.

Keçək ötən oyunlara. "Qarabağ" keçən tur daha bir çempionluq zirvəsinə ciddi addım atdı. Əlbəttə, özünün qələbəsi ilə yanaşı, məhz prinsipial rəqibi kimi, "Qəbələ"nin məğlubiyyətə bərabər heç-heçəsi sayəsində. Hərçənd qarşılaşmaları eyni vaxtda başlayan bu cütlüyün görüşlərinin birinci hissəsində vəziyyət tam əksinə idi. İlk qolu buraxan "Qarabağ" hesabı yalnız fasilə ərəfəsində bərabərləşdirdi; "Qəbələ" isə hesabda önə çıxmaqla ümidləndi. Fəqət ənənələrə sədaqət qalır: hər iki klub haqqında il boyu söylədiklərimiz, demək olar ki, olduğu kimi yenə özünü büruzə verdi. "Qarabağ" vacib məqamda özünü-gücünü toparladı, "Qəbələ" isə yenə illərdir davam edən oyunsuzluq sindromuna düşdü. Ümumiyyətlə, ənənəsinə sadiq qalsa, "Qarabağ"ı bundan sonra keçmək heç asan olmayacaq. Bu komanda finiş xəttini yaxşı templə ötməyi bacarır. Ənənəvi eniş dövrünü isə klub, belə görünür ki, artıq "Kəpəz"lə oyunda geridə qoydu. Bundan savayı, "Qarabağ" ən həlledici məqamda özünü toparlaya bilir. Üstəlik, bu mübarizədə sülh "Qarabağ" üçün qızıla bərabər bir xal, "Qəbələ" üçünsə 4 xala bərabər itki qiymətində olacaq. Buna görə "Qarabağ" "Qəbələ" ilə matça sürprizlərlə çıxa bilər. "Qəbələ" isə artıq tapmacalara cavab tapmaq üçün həmin görüşdə istənilən ssenariyə hazır olmalıdır. Əks təqdirdə, onun bir çıxış yolu var: əvvəldən rəqibi tam təzyiq altında saxlayıb bəxtə güvənmək. Çünki indiki vəziyyətində "Qəbələ"nin rəqibi tam təzyiq altında saxlamağa gücü-qüdrəti yoxdur, deməli, ən çox bəxt amilinə ehtiyacı var. Qafqaz klubunun oyun planında problemləri hələ göz dağı kimi “pöhrələnir”, onun həllinə məşqçinin nə üçün gücünün yetmədiyini söyləməyə çox fərziyyə var. Həqiqət isə birdir - artıq "Qəbələ" dəyişikliyə və kursu yeniləməyə tam hazır olmalıdır. Bunun oyun, oyunçu, ya məşqçi planında baş verən bir hadisəyə çevrilməsi isə klub rəhbərliyinin qərarı və qənaətinə bağlı olan məsələdir. "Qarabağ"ın da dəyişikliyə kəskin ehtiyacı var. Amma burada çox şey bəllidir - ilk növbədə, oyunçu, daha sonra bunun davamı olaraq oyun.

Çempionluğa namizədlər barədə sözü-söhbəti başa vurub, keçək digər yerlərə iddialılara. Başı dərdli "İnter" artıq çıxış yolunu elitada daha yüksək yer tutmaqla həll etmək üçün çalışmalıdır. Bu halda hansısa oyun elementindən danışmağa dəymir.
"Zirə" finiş ərəfəsində daha bir şansı, həm də sanbalını təsdiq edən fürsəti Qəbələdə qazandı. Həm də komandanın UEFA-dan aldığı müsbət rəydən sonra daha inamla oynamağa stimulu, şövqü var və bunu da nümayiş etdirdi. Fəqət Avropa arenasında "Kəpəz"in ötənilki yolunu təkrarlayıb, yarıyolda dayanmamaq üçün "Zirə"nin ciddi dəyişikliklərə, ən əsası, strateji hədəfləri yüksəltməyə ehtiyacı var. Çünki ötənilki strateji planlar məhz səbatın yetərli olmaması üzündən böhranla əvəzləndi.
"Kəpəz"in də ləngər vurması eyni qəbildən olan məsələdir. Əvəzində tam yeniləşmək niyyətində olan "Neftçi"nin özünə gələ bilməməsi, hələ qış fasiləsində qeyd etdiyimiz kimi, heç də komandada uyğunlaşmaya bağlı olan proses deyil. Bu məsələ həm kubokun yarımfinal, həm də "Sumqayıt"la matçda göründüyü kimi, məhz oyun quruculuğuna yanaşmadakı nöqsan və qüsurların cəmini özündə ehtiva edən yetkinsizlikdir. Əgər "Neftçi" nə oynayır" sualı verilsə, "Sumqayıt"la oyuna baxmaq yetər: 90 dəqiqə bu komandanın meydanda nə istəyib, nəyə çalışdığı, nəyə can atdığı bəlli olmadı. Çünki məntiq ardıcıllığı və yetkinliyi yox idi. Hətta qapıya vurulan zərbələrin özü də kal - dəyməməmiş meyvə kimi, sadəcə, kor-koranə zərbələrə bənzəyirdi. Buna görə də ən məntiqli hücum sonluqlarında belə, ədalətin hökmü ilə nəticə əldə olunmadı.

Nəhayət, "sonuncu kimdir" sualının cavabı. Artıq AZAL-ın bu pillədə qərar tutacağı məlumdur. İndi komandanın aqibəti daha maraqlıdır. Bunun üçün də gözləmək lazım gələcək. Oyun planında isə bu gün məhz məğlubiyyətlərə düçar olan bu komanda ən məzmunlu, ən məntiqli, təkamüllü və yetişən siması ilə meydana çıxır və açığı, daha xoş təsir bağışlayır. Ona görə də bu klubu da aşağı dəstəyə yola salmaqla itirmək Azərbaycan futboluna bir zərbə olacaq. Bu məqamda düşündürücü bir süal ortaya çıxır: AFFA PFL-i ilə birlikdə nə vaxt aşağı diviziona ciddi münasibət bəsləməyə başlayacaq. Söz yox ki, məntiqdən söz salmışıqsa, oxucularımızın məntiqli cavabı da ola bilər: yüksək diviziona münasibətdə ciddi yanaşma varmı ki, aşağı dəstədə də olsun?! Axı bir vaxtlar, futbol anlayışı olanların kəskin etirazına baxmayaraq, 8-komandalıq yarış formatını böyük və güclü rəqabət rəmzi kimi təqdir edənlərin xülyalarının puç olduğu bir dövrdə azarkeşin bu kimi məntiqə hər bir əsası var.


Xəbər 1544 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru