Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/11 | 14:19 Türkiyənin məşhur futbol klubu dağılır
28/11 | 14:17 “Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarılıb
28/11 | 12:09 Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar
28/11 | 10:36 Qurban Qurbanova həsr olunmuş filmin premyerasında mütəxəssis göz yaşlarını saxlaya bilməyib
27/11 | 20:20 “Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib
27/11 | 18:02 Azərbaycan Kuboku: İkinci təsnifat mərhələsinin hakimləri açıqlanıb
27/11 | 14:39 Prezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
27/11 | 14:17 “Sabah”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley oyununu keçirib
27/11 | 12:25 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
27/11 | 11:58 Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
27/11 | 11:35 Azərbaycanlı qardaş hakimlər Avropa Liqasının oyununu idarə edəcəklər
27/11 | 10:37 Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb
27/11 | 10:23 AFFA Hakimlər Komitəsinin sədri avrokubok oyununa təyinat alıb
27/11 | 09:45 Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman Şəbəkəsi Təşkilatının üzvlüyünə qəbul edilib
27/11 | 09:06 “Sumqayıt” – “Zirə” oyununda qapılara top vurulmayıb
26/11 | 18:15 Azərbaycan Premyer Liqası: “Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb - 1:1
26/11 | 17:28 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
26/11 | 16:01 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
26/11 | 11:58 Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atıblar
26/11 | 11:03 Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
26/11 | 09:59 Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi olub
26/11 | 09:32 Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb
26/11 | 09:11 Bakıda atletikanın atma növləri üzrə məşq bazası açılıb
25/11 | 17:07 Premyer Liqa: “Səbail” – “Kəpəz” oyununda qalib müəyyənləşməyib
25/11 | 16:35 "Heydər Əliyev İli"nə həsr olunmuş boks birinciliyinin qalibləri müəyyənləşib
25/11 | 15:10 Azərbaycan və Tatarıstanın idman akademiyaları arasında memorandum imzalanıb
25/11 | 14:50 İngiltərə derbisi: Mançesterdə liderlərin dueli
25/11 | 14:05 AFFA Arbitraj Tribunalının növbəti qərarları açıqlanıb
25/11 | 11:30 Azərbaycanın MMA döyüşçüsü dünya çempionu olub
25/11 | 10:51 Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
24/11 | 22:38 Premyer Liqa: "Qarabağ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib
24/11 | 20:41 Milli Olimpiya Komitəsində Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüş olub
24/11 | 19:30 Bakıda beynəlxalq futzal turniri keçiriləcək
24/11 | 18:05 Bakıda keçirilən ultramarafon qaçışının qalibləri mükafatlandırılıb
24/11 | 17:00 Azərbaycan şahmatçısı dünya çempionu olub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 11 6 2 3 21-10 20
3 Səbail 11 6 2 3 15-11 20
4 Araz-Naxçıvan 11 5 3 3 19-17 18
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan-Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub
Tarix: 09.03.2012 | Saat: 22:00:00 | E-mail | Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Tofiq Bəhrəmov adına Stadionda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının “Samhoa” şirkəti həyata keçirir. 29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaqdır. Burada “ailə otağı” adlanan 16 xüsusi otaq inşa olunacaq.

Təzə inşa olunan tribunanın alt hissəsində 4 komanda üçün eyni vaxtda soyunub-geyinmə otağı tikilir. Tribunada mətbuat üçün kompyuterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaqdır. Burada, eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq və VİP restoran fəaliyyət göstərəcək.

Stadiondakı oturacaqların tamamilə yenidən qurulacağı qeyd olundu. Bunun üçün bütün oturacaqların alt hissələrinin təzədən betonlandığı bildirildi. Stadionun su, kanalizasiya və işıqlandırma sistemləri tamamilə yenidən qurulacaqdır. FİFA-nın və UEFA-nın standartlarına uyğun olaraq stadionun hasarı boyu hər biri 250 nəfərlik yeni sanitariya qovşaqları inşa edilir. Stadionda əlavə olaraq üç yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur. Köhnə işıq dirəkləri söküləcək, yeni işıqlandırma sistemi oturacaqların üstündə xüsusi qurğulara birləşdiriləcəkdir. Oturacaqların üst hissəsini saxlamaq üçün 12 metr dərinlikdə dirəklər svalyarla bərkidiləcəkdir. Hər biri 200 tona qədər yükə davamlı olan bu dirəklər, 90 ton yük götürəcək.

Tikintidə əsasən Koreya və yerli inşaat materiallarında istifadə olunur. Yeni quraşdırılacaq konstruksiyanın üstü Almaniya istehsalı olan membran qatı ilə örtüləcəkdir. Stadionun girişində turniketlər qurulacaqdır. Əlavə tikinti işlərindən sonra meydandakı qaçış zolaqları yenilənəcək, meydanın ot örtüyünün alt hissəsində drenajlar və isitmə sistemləri quraşdırılacaq, ot örtüyü təzələnəcəkdir. Stadion əlavə kamera sistemləri ilə təchiz ediləcək.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

AzərTAc

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1370 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
29.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
27.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
08.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru