Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub.
Millimizin heyətində Anna Əlimərdanova çıxışını gümüş medalla bitirib.
54 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda bolqarıstanlı Stanimira Petrovaya 2:3 (28:29, 27:30, 27:30, 29:28, 30:27) hesabı ilə uduzub.
Qeyd edək ki, “Strandja” turnirinə Əlimərdanova ilə yanaşı 9 kişi boksçumuz qatılsa da, onlar medal qazana bilməyiblər.
|