Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
13/07 | 19:01 MHL-də boş tribunalarda səs effektini hokkeyçilər özləri təşkil etmək istəyirlər
13/07 | 18:16 Millimizin rəqibi Çexiya və Yunanıstan yığmaları ilə qarşılaşacaq
13/07 | 17:41 Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirinə heç-heçə ilə başlayıb
13/07 | 16:52 “Zirə” kapitanı Cavid Hüseynov ilə yollarını ayırıb
13/07 | 15:38 London derbisində “Tottenhem” klubu “Arsenal”dan güclü olub
13/07 | 13:34 “Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib
13/07 | 12:58 ATP ABŞ-dakı turnirlərlə bağlı tennisçilərlə videomüşavirə keçirəcək
13/07 | 12:36 Bəzi MHL oyunçuları meydana çıxmaqdan imtina edirlər
13/07 | 11:18 “Napoli”-“Milan” oyunu heç-heçə başa çatıb
13/07 | 10:23 "Sabah" klubunda yeni təyinatlar həyata keçirilib
13/07 | 10:06 Rusiya şahmatçısı Yekaterina Laqno Qran-Pri turnirinin üçüncü mərhələsinin qalibi olub
13/07 | 09:50 Levis Hemilton Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Prisinin qalibi olub
12/07 | 19:01 “Barselona” səfərdə “Real Vallyadolid"ə qalib qəlib
12/07 | 15:33 “Çelsi” səfərdə “Şeffild Yunayted”ə böyük hesabla məğlub olub
12/07 | 13:05 Formula 1 üzrə dünya çempionatının iki yarışı dalbadal eyni trasda keçiriləcək
12/07 | 12:01 Kamaru Usman çempionluq titulunu qoruyub
12/07 | 10:12 İtaliya A Seriyası: “Roma” qələbə qazanıb, “Latsio” isə məğlub olub
11/07 | 21:42 “Vaşinqton”un iki basketbolçusu koronavirusa yoluxub
11/07 | 19:31 Fəhmin Muradbəyli "Neftçi"yə qayıdıb
11/07 | 18:21 Azərbaycan şahmatçıları blits üzrə onlayn turnirdə iştirak edəcəklər
11/07 | 18:06 Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib
11/07 | 16:59 Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb
11/07 | 15:28 "Neftçi" Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb
11/07 | 14:52 Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları azarkeşlərin yarışları izləmələrinə şərait yaradacaqlar
11/07 | 12:44 "Barselona" klubu Pau Qazolla maraqlanmır
11/07 | 11:41 Kərim Benzema ötən ayın ən yaxşı futbolçusu adına layiq görülüb
11/07 | 10:50 Azərbaycan həndbolunun əfsanələri
11/07 | 09:49 Bruno Fernandes iyun ayının ən yaxşı futbolçusu seçilib
10/07 | 22:50 Qran-Pri turnirinin üçüncü mərhələsinin finalçıları müəyyənləşib
10/07 | 21:03 Şahmatçılarımız Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcək
10/07 | 20:57 “Uimbldon” turnirinin qalibi Novak Cokoviçə dəstək olub
10/07 | 19:32 Azərbaycan futbolçusu Moldova klubunda debüt edib
10/07 | 18:36 Şahmatçımız Gülnar Məmmədova blits üzrə onlayn turnirdə birinci yeri tutub
10/07 | 18:16 “Keşlə” klubu hücumçusu ilə yeni müqavilə imzalayıb
10/07 | 17:35 Şahmat üzrə Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
5 Martı ucaldan məqam
Tarix: 26.03.2011 | Saat: 16:16:00 | E-mail | Çapa göndər
Ali təhsil ocağında idmanımızın ən ülvi anları canlandı Yaz nəfəsinin duyulmağa başladığı ilk günləri ölkə bədən tərbiyəsi və idman ictimaiyyəti yüksək ovqatla qarşılayır. Bu, təkcə soyuq qışı əvəz etməyə başlamış mövsümün ürək ovunduran xüsusiyyətləri ilə bağlı deyil.

İstilik, təbiətin oyanış səsi, təravəti sağlamlığın rəhni olan və hər bir dərd-bəlaya sinə gərmək üçün ən yaxşı vasitə olan bədən tərbiyəsi və idmanın təntənəsinin də bu ərəfəyə düşməsi, yəqin, təsadüf deyil.

5 Mart bayramı ilə əlaqədar ayın 3-də Bədən Tərbiyəsi və İdman Akademiyasında idman ictimaiyyətinin aparıcı üzvləri, veteranların iştirakı ilə geniş müəllim-tələbə kollektivi ilə görüş keçirildi.

Tədbiri açıq elan edən-sahənin Qafqazda ilk təhsil ocağının rektoru Ağacan Abiyev bədən tərbiəsi və idman gününün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu gün Azərbaycan idman sahəsinə, sadəcə, diqqət ayıran ölkə kimi deyil, dünyanın idman mərkəzlərindən biri kimi ad çıxarıb. Bunun təməlində 1993-cü ildə yenidən Azərbaycanın siyasi rəhbərliyinə qayıtmış Heydər Əliyevin yorulmaz fəaliyyəti dayanıb. Onun yolunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin səyləri ilə bu gün idman ölkəmizin hər yerində ən yüksək standarlarla inkişaf etdirilir. İnşa olunan olimpiya idman kompleksləri, bədən tərbiyəsi və idman sahəsində fərqlənənlərin sosial-məişət problemlərinin həlli bu sahədə atılan addımlara ən gözəl nümunədir. Bunun nəticəsində ölkəmizin idman nailiyyətləri də yüksəlir.

Bədən tərbiyəsi və idman günü ilə əlaqədar geniş və ətraflı nitq söyləyən akademiyanın prorektoru Dilqəm Quliyev çıxışını Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər haqqında geniş məruzə üzərində qurdu. Onun 34 illik rəhbərliyinin məqamlarından söz açan natiq, 1970-ci illərdə keçirilən iclaslar, toplantılar, verilən qərarlar, görülən quruculuq işlərinə nümunələr çəkməklə bu tədbirlərin Azərbaycan idmanına verdiyi töhfələrdən danışdı. 1968-ci ildə yaradılmış İdman komitəsinin formalaşması və respublikada ən vacib qərarları həyata keçirməsi məhz Heydər Əliyevin hakimiyyəti dövründə olub. Görülən tədbirlərin ilk hesabatı 1974-cü il iyunun 21-də keçirilən yığıncaqda verilib Respublika bədən tərbiyəsi və idman fəallarının iştirakı ilə keçirilən o müzakirələr, orada verilən təklif və tövsiyələr, eləcə də həmin il avqustun 6-da elan edilən qərar tezliklə Azərbaycanda olimpiya, dünya və Avropa mükafatçıları nəslinin yetişməsində özünü büruzə verdi.

D.Quliyev 1975-80-ci illərdə ölkədə inşa olunmuş idman qurğuları, verilmiş qərarlar, əldə olunmuş nailiyyətlər ətrafında da fikir söylədi. O, Heydər Əliyevin SSRİ rəhbərliyindəki fəaliyyəti dövründən, xüsusən «Dostluq-84» yarışından misal çəkməklə bərabər, müstəqillik dövründə gördüyü işlərdən də danışdı. Namiq Abdullyevin 1996-cı ildə Atlantada qazandığı olimpiya gümüşünü Heydər Əliyevin qızıl kimi dəyərləndirib, onu mükafatlandırmasından danışan D.Quliyev onun fenomenal bilik və bacarıqlarının idmanda qoyduğu izdən söz açdı: «H.Əliyevin bu qərarı olmasaydı, bəlkə də Namiq Sidneydəki böyük nailiyyəti qazanmazdı» deyən çıxışçı, ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı müddəti Azərbaycan idmanında yeni dövrün başlaması kimi qiymətləndirdi.

Sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdi. «6-cı ildir ki, bu tarixi təntənə ilə qeyd edirik, lakin onun kökü daha əvvəlki illərə gedib çıxır» deyən Çingiz müəllim Heydər Əliyevin idman ictimaiyyətinin nümayəndələri ilə 1995-ci il martın 5-də keçirilmiş görüşü xatırlatdı. Həmin gün o, bir neçə idmançıya fəxri mükafatlar təqdim edib, idman fondunu yaratmışdı. 1997-ci ildən İlham Əliyevin MOK-a rəhbərlik etməyə başladığı dövrü xatırlayan Ç.Hüseynzadə bildirdi ki, fəaliyyətinin elə ilk günündən o, qarşıya yüksək vəzifələr qoydu. 2000-ci ildə Sİdneydən başlayaraq olimpiya oyunlarında əldə olunan nailiyyətləri, bu müddət ərzində inşa olunan idman komplekslərini misal çəkərək, ölkədə istənilən səviyyəli yarışın keçirilməsini də qeyd etdi. Bütün bunların nəticəsində «bu gün biz istənilən yarışa təkcə iştirak üçün deyil, qələbələr üçün gedirik» deyən MOK vitse-prezidenti hər kəsi bu idman bayramı münasibətilə təbrik etdi.

Azərbaycan güləşinin fəxri, olimpiya çempionumuz Namiq Abdullayev də çıxışında Atlanta Oyunlarından sonra ölkə başçısı Heydər Əliyevlə keçirilən görüşü xatırlatdı. Olimpiadada bolqarıstanlı dəfələrlə dünya və Avropa çempionunun nüfuzuna görə sıxışdırılıb finalda məğlub edilən bahadırımız, məhz ölkə rəhbərinin verdiyi qiymətdən sonra növbəti oyunlarda qalib gələcəyinə söz verdi. «Çox şükürlər olsun ki, mən verdiyim sözə əməl etdim» deyən N.Abdullayev bu gün hər bir qayğı ilə əhatə olunan idmançılarımıza Azərbaycan bayrağını bundan sonra da ucaltmağı, yeni-yeni zirvələr fəth etməyi arzuladı.

Namiqin sözlərinə qüvvət verən Ağacan Abiyev ölkə başçısı Heydər Əliyevlə keçirilən görüşləri misal çəkərək, onun insanlara psixoloji dəstəyinin əhəmiyyətindən danışdı. Olimpiyaçıların Sidneyə yola salındığı gün o, prezidentə AİBA-nın qızıl medalını verdiyi anı xatırladı. «İndi mən də boksçu sayılıram?» deyən Heydər Əliyevə «bəli» deyə cavab verdim və çöhrəsindəki məşhur təbəssümlə bir neçə boks zərbəsi nümayiş etdirməklə ətrafda çox şən, yüksək ovqat yaratdı. Bununla məclisin ovqatı da tam dəyişdi. O belə sadəliyi ilə idmançıların da qəlbinə yol tapır və onları ruhlandırmağı bacarırdı.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov da 1995-ci ildəki tarixi görüşə toxunaraq, həmin gün yaradılan fondun, verilən mükafatların Azərbaycan idmanının sonrakı yüksəliş dövrünə böyük təsirini qeyd etdi. M.Rəhimov idman nəticələrini misal gətirərək, müqayisəli təhlil apardı. 1993-cü ilin yekunlarında beynəlxalq arenalardan cəmi 23 medal qazanmışdıqsa, bu gün medalların sayı 675-ə çatıb. «İdmana qayğı və diqqət olmasaydı, bu nailiyyətlər də olmazdı» deyən M.Rəhimov ölkənin hər yanında inşa olunan olimpiya-idman komplekslərini nümunə göstərərək, idmanımızın sabahının daha parlaq olacağına əminliyini ifadə etdi.

Sonra olimpiya himninin sədaları altında xüsusi quraşdırılmış ekranda video-klip nümayiş etdirildi. Həmin an Namiq Abdullayevin necə həyəcan keçirdiyini izləmək, onun kövrəlməsini görmək, Olimpiya oyunlarında onun və digər idmançılarımızın qəhrəmanlıqları canlandıqca, onun ürəyinin hisslərlə dolduğunu duymaq necə də xoşdur 5 Mart bayramını uca edən anlar da elə bu məqamlardır.

BATI YAR


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2330 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
05.01.2015 Azərbaycan idmanı 2014-cü ildə - əsas hadisələr və uğurlar
19.12.2012 Məzahir Süleymanzadənin 60 illik yubileyi qeyd edildi
21.04.2012 “İnkişaf Naminə İdman” jurnalistləri bir araya gətirəcək
17.01.2012 Azərbaycana daha bir etimad


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru