Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
80 yaşın mübarək və 100 yaşa, “İdman
Tarix: 07.03.2012 | Saat: 11:40:00 | E-mail | Çapa göndər
(II məqalə)

I

İdmanımızın təbliğinə layiqli töhfələr vermiş “İdman”ın Azərbaycan Respublikasında İdman İlinə təsadüf edən 80 illik yubileyi ilə əlaqədar yanvarın sonunda diqqətinizə çatdırdığım qeydləri sonra bir daha gözdən keçirərkən, bəzi məqamlara səthi yanaşdığımı, bu qəzetin, eləcə də onun “Şahmat” və “Çovqan” əlavələrinin əməkdaşı olmuş bir çox həmkarımı “oyundankənar vəziyyətdə” saxladığımı gördüm. Yaxşı ki, hələ gec deyil, həmin boşluğu doldurmaq üçün imkan var. Heç cür adət etmədiyimiz, sinoptiklərin bizim yerlərdə son 110 ilin ən sərt qışının yaşandığını söylədikləri qarlı, şaxtalı və çovğunlu fevral günlərində bu imkandan istifadə etməyi özümə borc bildim. Bir qədər gecikdirsəm də, indi sizi növbəti qeydlərimlə tanış edirəm.
Beləliklə, birinci məqalədə "İdman"ın hadisələrə operativ münasibətini bir-iki cümlə ilə, qısaca bildirmişdim. Əgər indi hər şeyə qadir internet sayəsində öz işində operativ olmaq üçün heç bir problemlə üzləşmirsənsə, əvvəllər hər hansı bir oyun haqqında hesabatın necə çətinliklə başa gəldiyi heç kimə sirr deyil. O illərdə hesabatları oxuculara vaxtında çatdırmaq üçün çox böyük səy göstərmək lazım idi. Bir-iki misal çəkim.
Deyək ki, bazar günü axşam Moskvada başa çatan "Spartak" - "Neftçi" görüşünün, bu oyunla eyni saatlarda Kiyevdə, Minskdə keçirilən voleybol və həndbol üzrə SSRİ çempionatlarının növbəti turunda Azərbaycan komandalarının oyunlarının hesabatları elə həmin axşam və ya ertəsi gün səhər tezdən "İdman" - "Sport"un öz müxbirlərinin, yaxud adları çəkilən şəhərlərdən olan həmkarlarımızın redaksiyamızın xahişi ilə "hadisə yerindən" isti-isti göndərdikləri materiallarda əksini tapırdı.
Bəzən də elə olurdu ki, "Neftçi"nin Bakıdakı oyunu qəzetin tərtib olunduğu günə təsadüf edirdi. Paytaxtımızda görüşlər adətən saat 19-a təyin edilir və 20:45-də başa çatırdı. Bundan sonra əməkdaşımız ləngimədən, əsl sprinter sürəti ilə (qəzet saat 23-də çapa imzalanmalıydı, qrafikdən kənara çıxıldıqda isə, hər artıq saata görə nəşriyyata cərimə ödənilirdi) özünü Respublika stadionundan redaksiyaya çatdırıb təxminən 100-120 xətlik hesabat yazmalı, üstəlik də, həmin axşam Sovet İttifaqının başqa şəhərlərində keçirilən daha 6-7 görüşün nəticələrini öyrənməli idi. Hələ bu da hamısı deyildi. Mərkəzi televiziyanın “Vremya" xəbərlər proqramının idman buraxılışında nəticələri dəqiqləşdirmək və nəhayət, turnir cədvəlini tərtib etmək qalırdı. Axı, cədvəlsiz nə hesabat, nə şərh! Ertəsi gün səhər tezdən köşklərdən "İdman" - "Sport" alanlar qəzetin operativliyindən razı qalmalı idilər. Qalırdılar da. Bu zaman hesabatda hətta çox cüzi yanlışlığa yol verilsəydi, məsələn, qolun 67-ci dəqiqədə yox, 66-cı dəqiqədə vurulduğu qeyd olunsaydı, oxucular bunu dərhal diqqətimizə çatdırır, belə səhvlərin gələcəkdə təkrarlanmamasını xahiş edirdilər. Onların iradları minnətdarlıqla qəbul olunurdu. Bu cür iradlar işin yalnız xeyrinə idi.
Xüsusi qeyd etmək istərdim ki, "İdman" özünün əksər əməkdaşları üçün yüksək vəzifələrə aparan yolda bir tramplin olmuşdur. Diqqət yetirək: Zaur Qədimbəyov uzun illər "Vışka"da məsul katib və redaktor müavini, on il "İzvestiya"da, beş il də "Pravda"da müxbir işləmiş, Yuli Segeneviç "Sovetski sport"un futbol şöbəsinin müdiri kimi bütün SSRİ-də məşhurlaşmış, çoxlarının Rafiq kimi tanıdığı Raqif Sədrəddinov həmin qəzetin Azərbaycan üzrə xüsusi müxbiri olmuş, Konstantin İsaakov bizdən "Moskovski komsomolets"ə keçmiş, Aqşin Kazımzadəyə "Bakinski raboçi"də məsul katib, sonralar da “Trend” informasiya agentliyində baş redaktor vəzifələri etibar olunmuş, Elman Cəfərli daha uzağa gedərək, AzərTAc-ın baş direktorunun müavini vəzifəsinə yüksəlmiş, Xədicə Orduxanova da bir müddət fəaliyyətini "Bakinski raboçi"də davam etdirmiş, Məzahir Süleymanzadə "Kommunist"də redaktor müavini vəzifəsində çalışmış, sonra "Səhər"i "meydana çıxarıb" onu bütün ölkəyə tanıtmışdır; hazırda isə Bakı Futbol Federasiyasının vitse-prezidentdir. Zahir Zahirov da "Kommunist"də çalışıb. Əlipənah Bayramov "Xalq qəzeti"ndə həmkarımdır, iqtisadiyyat şöbəsinə rəhbərlik edir; Fərhad Abdulayev "İdman"dan ayrıldıqdan sonra, idman jurnalistikasında fəaliyyətini bir müddət də Azərbaycan Dövlət Televiziyasında davam etdirib.
"İdman"ın 60 illik yubileyinin qeyd olunduğu 1992-ci ildə onlar artıq bizim komandada deyildilər. Qəzetin 6000-ci nömrəsi məhz həmin il, aprelin 30-da işıq üzü görmüşdür. Bu münasibətlə redaksiyamızın rəhbərliyi qəzetin keçmiş əməkdaşlarına müraciət edib, yubiley nömrəsinə təbriklərini çatdırmağı xahiş etdikdə, hamı təklifə böyük məmnuniyyətlə cavab vermişdi. İyirmi il əvvəl söylənmiş həmin səmimi təbriklərin bir neçəsindən bəzi məqamları diqqətinizə çatdırmaq, zənnimcə, yerinə düşər:
Xədicə Orduxanova: - Bu gün, yubiley nömrəsində öyünərək deyə bilərəm ki, "Azərbaycan bədən tərbiyəçisi"nə gəlmiş zərif cinsin ilk nümayəndəsiyəm. O vaxtlar, altmışıncı illərin ortalarında və axırlarında biz idmanın hər hansı növündə birinciləri axtarıb tapmağa çalışırdıq. Əlbəttə, heç ağlıma da gəlməzdi ki, günlərin bir günü mən də bu cərgəyə daxil olacağam.
İndi respublikanın iri qəzetlərindən birinə çevrilən “İdman” mənim üçün, əslində, təkcə mənim üçün yox, bu gün nüfuzlu ali məktəblərin tələbələri olan övladlarım üçün də, ürəkaçandır.
Arzum jurnalist olmaq idi. Bu peşədən o qədər baş çıxarmasam da, günlərin bir günü axşamçağı füsunkar - patriarxal cənub şəhərində telefon zəngi eşitdim. Bu zəng məni yola çıxmağa, gələcəyə səslədi.
“Azərbaycan bədən tərbiyəçisi” qəzetində boş yer var idi. M.Miriyev və daha tələbkar olan A.Kazımzadə, qısa yoxlamadan sonra, məni öz kollektivlərinə qəbul etdilər. Arzum həyata keçdi. Jurnalistika romantikası idman romantikası ilə qaynayıb qarışdı. Özümü necə də xoşbəxt sanırdım...
Məzahir Süleymanzadə: - “İdman” - “Sport” qəzetinin jurnalistika taleyimdə oynadığı rolu sözlə ifadə etməyə çətinlik çəkirəm. Mən bu səmimi kollektivdə 1979 - 1980-ci illərdə işləmişəm. İlk addımlarımı Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Oqtay Bayramov, Paşa Əmirov, Elman Cəfərli və Xədicə Orduxanovanın xeyir-duası ilə atmışam. Sonralar vəzifə pillələri ilə irəliləyəndə, müxtəlif yaradıcılıq mükafatlarına layiq görüləndə, “İdman”ın xeyir-duası həmişə mənə, necə deyərlər, gözmuncuğu olub.
Hətta tanışlarım deyirlər ki, “Səhər” qəzetində də “İdman”ın dəsti-xətti duyulur. Qısa, konkret söz deməyi, faktları dönə-dönə yoxlamağı, oxucu qəlbinə yol tapmağı mənə “İdman” öyrədib.
Elman Cəfərli: - “İdman” qəzeti çox adama çorək verib, çox jurnalistə qələm tutmağı öyrədib. Heç bilirlsinizmi, bu bulaqdan kimlər su içib! Şadam ki, mən də burada universitet keçmişəm, mənim burada Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Oqtay Bayramov, Paşa Əmirov kimi hami-tərbiyəçilərim olub.
Amma “İdman”a gəldiyim ilk günü heç vaxt unutmaram. İndiyədək dərin hörmət bəslədiyim M.P.Miriyev məni öz kollektivinə qəbul edərkən dedi: “Bala, bax və agah ol ki, idmançılarda və idman yazarlarında “yoxdur”, “bacarmıram”, “mən girən kol deyil” sözləri yoxdur, biz hamımız müsəlləh əsgərik. Bunları qulağına sırğa etsən, heç vaxt üzüqara olmazsan”.
Mən bu müdrik və xeyirxah insanın hikmətamiz kəlamlarını heç zaman unutmadım və çalışdım ki, onun həmişə üzünü ağardım.

II

Zaur Qədimbəyov: - Yəqin ki, hər bir insanın dünyaya göz açdığı Vətənindən savayı, daha bir, eyni dərəcədə sevdiyi məkanı - “peşə vətəni” var. Elə vətən ki, sonrakı bütün ömrün üçün seçdiyin sahədə ilk addımlarını buradan atmısan. Mənim üçün belə bir vətən təxminən 30 il bundan əvvəl “Azərbaycan bədən tərbiyəçisi” (o vaxtlar “İdman” qəzeti belə adlanırdı) olmuşdur. O, illər və hadisələr gözlərim qarşısında canlanır, neçə-neçə xatirə baş qaldırır. Hər halda, qaynaqlar bunlardan, “İdman” qəzetindən başlamışdır. Biz hamımız gənclik illərində bu qəzetlə nəfəs alırdıq, onun vurğunu idik.
Məgər mən zəngin təcrübəli redaktor Mirpaşa Miriyevin qayğılarını və ya ilk cızmaqaralarımı “İdman”ın indiki redaktorunun (Aqşin Kazımzadənin - O.B.) necə sayğı ilə redaktə etdiyini unuda bilərəm?! Mən hələ indi aramızda olmayan Fərid Səmədovu, Saşa Rozenberqi, Lyova Bedoşvilini demirəm.
Bu yubiley günündə biz onların əziz xatirəsi qarşısında ehtiramla baş əyməliyik. Seçdiyimiz və ən yaxşı saydığımz qəzet üçün birlikdə nə qədər yol keçmişik, nə qədər yazıb-yaratmışıq.
Yox, nə zəmanə, nə də sonrakı hadisələr, lap çox parlaq olsalar da, “Azərbaycan bədən tərbiyəçisi” qəzetində keçirdiyim günləri yaddaşımdan silə bilməz. Qoy, həmişə təravətli və həmişəcavan qəzetimiz bu gün onu yaradanların da həyatına, bax, beləcə parlaq səhifələrlə daxil olsun.
Raqif Sədrəddinov::- Mən öz işimlə əlaqədar “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsinə qalxmışdım və təsadüfən “İdman”da işləyən həmkarımla rastlaşdım: “Bura bax, hardasan, - soruşdu. - Tez ol, Aqşin bəyin yanına get, o səni axtarır. - Sonra da mənim çoxmənalı “Xeyirdimi?” sözümə gülümsəyərək, əlavə etdi. - Yubiley nömrəsi hazırlayırıq”.
Budur, mən “İdman”ın redaktorunun geniş kabinetindəyəm. Burada Mirpaşa müəllim Miriyevlə görüş mənim üçün fərəhli sürpriz oldu (onda M.P.Miriyev artıq bizim komandanın “sükanı arxasında” deyildi, başqa işə keçmişdi - O.B.). Sonra köhnə vaxtlardakı kimi tapşırıq aldım - qəzetin sabahkı nömrəsi üçün 50-60 sətirlik bir yazı hazırlamaq.
Bəs nədən yazım?
Bəlkə Bakıya gedən qatarın kupesində respublikanın ucqar raoynlarında idman bazalarından necə istifadə olunması haqqında tənqidi material yazdığım həmin yuxusuz gecəni xatırlayım?
Bəlkə günəşli payız səhərini yada salım? Həmin səhər Respublika stadionunda bir çox həmkarım üçün günün qəhrəmanı ilk beynəlxalq yüngül atletika yarışlarının iştirakçıları yox, hamımızın sevimlisi, duzlu-məzəli söhbətləri ilə qəlbimizi fəth etmiş Paşa Əmirov oldu.
Keçmişdə məşhur boksçu, təcrübəli jurnalist, idmanın tətbiqi növlərindən yazan Paşa redaksiyanın tapşırığı ilə 200 metr məsafəyə final qaçışının qalibindən müsahibə almalı idi. Müsahibə qəzetdə dərc olundu, amma jurnalistin çempionla söhbəti onu bir daha xatırlamağa layiqdir.
Əmirov çempion olandan sonra hələ də qaçışı davam etdirən qalibə güclə çataraq suallar verməyə başladı. Sprinter isə belə cavab verdi: “Bura bax, sən məni lap təngə gətirdin, qoy bir nəfəsimi dərim!”. “Doğrudanmı yorulmusan, - deyə Paşa təəccübləndi. - Vur-tut 200 metr məsafəyə qaçmısan. Amma heç danışa bilmirsən, özün də çempionsan...”
Telman Fərəcov: - Uzaq 1968-ci ildə mən ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi”nin astanasından içəri daxil olduqda güman edə bilməzdim ki, innən sonra həyatım tamamilə başqa bir məcraya yönəlib və bu, heç də planlaşdırdığım məcra deyildi.
Xoşbəxtəm ki, həmin gün olmuşdur, xoşbəxtəm ki, bu qəzetin səhifələrində heç olmasa kiçik bir iz qoymuşam.
Axı, hər şey heç də asan olmamışdır. Kazımzadənin dəmir, dönməz qanunu - səhər materialı masanın üstünə qoymaq göstərişi danışıqsız yerinə yetirilməli idi. Düşünüb-daşınmaq üçün bir dəqiqə belə vaxt yox idi. Mənim “Simasını itirmiş insan”, “Yalançı abituriyentlər”, “Böhtançı” kimi kəskin süjetli oçerk və məqalələrimlə də belə olmuşdur.
Bu gün vəziyyət dəyişib. İndi hamı daha cəsarətli olub, hər kəs istədiyi adamı tənqid edə bilər. O zaman isə hər şey başqa cür idi.
Yadımdadır, redaktor məni yanına çağırıb dedi ki, bilirsənmi, deyirlər, Edik Markarov qaçıb; bunu aydınlaşdır və sabah materialı masanın üstünə qoy. Mən də aydınlaşdırdım. Markarovun arvadı ilə söhbət etdim. Arvadı, böyük pullara şirnikərək onu uşaqla tək qoyub qaçdığına görə bu yaramızı lənətlədi.
Səhərisi məqalə hazır oldu. Yadımdadır, mən onu “Acgözlük” adlandırmışdım: ehtiyat başlıq isə “Satqın” idi.
Redaktorum məqaləni dərc etmək üçün yalnız gecə saat 12-yə yaxın Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Əmirovu dilə tuta bildi. Katib həmçinin məsləhət gördü ki, mənim imzamın yanında bir rus soyadı da olsun: “Allah eləməsin, bizi millətçilikdə təqsirləndirərlər”. O, daha bir necə düzəliş etdi, elə başlığı da dəyişdi: “Haradasınız, Eduard Markarov?”.
Daha bir əhvalat. SSRİ xalqlarının spartakiadasında velosipedçilərimiz ilk dəfə mükafatçılar sırasına çıxmaq imkanı qazanmışdılar. İşlər çox yaxşı gedirdi. Amma həlledici məqamda Adamyan məsafədən çıxdı və komandamız heç on güclü kollektiv sırasına da daxil ola bilmədi. Mən öz məqaləmdə Adamyanı qorxaq, yaramaz adlandırdım və sübut etdim ki, o, Ermənistan komandasının daha yaxşı göstəriciyə nail olması üçün məsafədən qəsdən çıxıb.
Bugünkü “İdman”ın hər bir nömrəsini gənclik həvəsi ilə oxuyuram. Bu qəzet mənim həmişə gənc, amma müdrik müəllimimdir.
Çox sağ ol ki, sən varsan, “İdman!”
Yuli Segeneviç: - “Azərbaycan bədən tərbiyəçisi” mənə jurnalistika üçün vəsiqə verib və Bakının “Neftçi” komandası öz şöhrətinin “bürünc” şüalarında parladığı, A.Banışevski, K.Tuayev, S.Kramarenko, V.Hacıyev, V.Semiqlazov kimi mahir futboçuların öz ustalıq və gözəl oyunları ilə azarkeşlərə böyük sevinc bəxş etdikləri illərdə qəzetdə futbol mövzusunu işıqlandırmışam.
Bir müxbir kimi Bakıda futbol məktəbi keçib, Moskvaya köçdükdən sonra, “Sovetski sport”da futbol şöbəsinin müdiriyəm. Lakin doğma qəzet məni bir mövzu ilə məhdudlaşdırmamışdı. Mən onun tapşırığı ilə Moskvadan Azərbaycanın voleybol və su polosu komandalarının iştirakı ilə keçirilən yarışlar və digər turnirlər haqqında dəfələrlə reportajlar vermişəm. Hər bir yeni tapşırıq, köhnə dost-həmkarlarımla hər bir ünsiyyət isə sevinc gətirir.
Sənə yaradıcılıq uğurları və uzun ömür arzulayıram, “İdman!”
Xəbər 5899 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru