Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
25/05 | 19:23 Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
25/05 | 16:25 Şahmatçılarımız blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirində mübarizə aparacaqlar
25/05 | 14:03 Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib
25/05 | 13:43 Redaktor olmaq asan deyil
25/05 | 12:19 Şahmat üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür
25/05 | 11:30 Necə UFC çempionu olmaq olar
24/05 | 21:32 Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb
24/05 | 09:36 Yaponiyalı tennisçi Naomi Osaka yeni rekord müəyyənləşdirib
23/05 | 15:10 Avropa çempionatının C qrupunun final yarışında 11 şahmatçımız mübarizə aparacaq
23/05 | 14:09 Veteran idmançılara dəstək
23/05 | 10:10 “Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib
23/05 | 09:51 "IndyCar" təqvimə düzəliş edir, lakin mövsüm iyunun 6-da başlayır
23/05 | 09:20 Şahmatın blits növü üzrə Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib
22/05 | 21:11 Dünya karatesində bir sıra dəyişikliklər baş verib
22/05 | 19:38 Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır
22/05 | 18:01 Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub
22/05 | 17:42 Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər
22/05 | 17:38 “Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır
22/05 | 17:22 “Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir
22/05 | 17:10 “Reno” Formula 1-dəki komandasını sata bilər
22/05 | 17:00 Ölkəmizdə futbol üzrə aşağı liqalarda mövsüm başa çatdırılıb
22/05 | 16:24 Formula 1 İtaliya Qran-Prisi azarkeşlərin iştirakı ilə keçirilə bilər
22/05 | 16:15 “Barselona” klubu qapıçısı Andre ter Ştegenlə razılığa gəlib
22/05 | 16:02 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22/05 | 15:30 Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib
22/05 | 15:29 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
22/05 | 15:14 Bundesliqanın 27-ci və 28-ci turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq
22/05 | 14:54 Tennisçi Novak Cokoviç xeyriyyə aksiyalarını davam etdirir
22/05 | 14:25 Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb
22/05 | 13:39 Virtual Monako Qran-Prisində 8 Formula 1 pilotu gücünü sınayacaq
22/05 | 13:07 Macarıstanda şou xarakterli “Budapest Kupa-2020” tennis turniri start götürür
22/05 | 13:04 İdmandan “İdman”a
22/05 | 12:32 “Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer etmək istəyir
22/05 | 11:18 Amerikalı şahmatçı Hikaru Nakamura “Lindores Abbey Rapid Challange” turnirinin qalibi olub
22/05 | 10:05 “Yuventus” klubu Pol Poqbanı transfer etmək niyyətindədir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Cəmşid Məhərrəmov: «Bizdə «İnter»ə qarşı kin yox idi» - MÜSAHİBƏ
Tarix: 03.03.2012 | Saat: 22:36:00 | E-mail | Çapa göndər
«Bakı» klubu ilə «İnter» arasında oynanılan paytaxt derbisi həmişə maraqlı və prinsipal olub. Bu gün ölkə çempionatı çərçivəsində keçirilmiş matç isə gərginliyi ilə digərlərindən seçilib. İlk dövrənin güzəştsiz rəqabətdə hesab 0:0 olarkən, son dəqiqələrdə «ağ-göylər» daha bir dəfə 11-metrlik cərimə zərbəsi vurmaq hüququ qazanmışdı. Hakimin bu qərarına etiraz edən «İnter» rəhbərliyi futbolçuları meydandan çıxararaq, görüşü davam etdirməkdən boyun qaçırmışdı. Belədə, rəqib texniki məğlubiyyət almışdı.

Bu dəfə «bankçılar» həmin üzüntünün əvəzi çıxmaq və Unibank Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək niyyətində idi. «Bakı» isə, son dövrdə itirməkdə olan imicini geri qaytarmaq, ilk «altılığda» mükafat uğrunda döyüşdən qopmamaq üçün əla fürsət tapmışdı. Amma matç gözləniləndən sakit məcrada keçdi və Aleksandr Starkovun rəhbərlik etdiyi komanda sonda minimal hesablı qələbəni bayram etdi (1:0). Görüşdən sonra «Bakı»nın kapitanı Cəmşid Məhərrəmov «İdman» qəzeti və idman.com.az saytına verdiyi müsahibədə deyib ki, bu matç onlar üçün dönüş nöqtəsi olub.

- «İnter»i yaxşı tanıyır, taktikasına bələd idlk. Bilirdik ki, qısa ötürmələr edən, uzun hava pasları ilə oynayan komandadır. Ona görə də yaxşı hazırlaşmışdıq. Şükür Allaha, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik. Sonda bizə çox vacib olan bir qələbə qazandıq.

- Necə düşünürsünüz, Elvin Məmmədovun qırmızı vərəqə alması «Neftçi» ilə növbəti görüşdə sizə çətinlik yaratmayacaqmı?
- Onun ağır cəzalanmasına heyifsilənirəm. Əlbəttə, «Neftçi» ilə mühüm matç öncəsi bizə ağır itkidir. Ancaq inanıram ki, onun yerinə oynayacaq futbolçu etimadı doğruldacaq. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, «Bakı»da hamı meydana yalnız qələbə üçün çıxır.

- Bu rəqiblə ilk dövrədə gərgin anlar yaşadınız. Hakimə etiraz edən «İnter» görüşü sonadək davam etdirmədi. Qalmaqallı 3 xal qazandınız…
- Deyə bilmərəm, onların ürəyində bu kin qalmışdı, ya yox. Amma bizdə kin yox idi. Başqa oyunlara necə hazırlaşırdıqsa, «İnter»lə oyuna da belə hazırlaşmışdıq. Şükür Allaha, bu çətin görüşdən qələbə ilə ayrıldıq.

- Yəqin razılaşarsınız ki, bu uğurla ilk «atlılığ»da medallar uğrunda mübarizəni davam etdirmək imkanı əldə etdiniz.
- Əlbəttə. İndi bizim xal itirməyə haqqımız yoxdur. İtirdiyimizi, əvvəldə itirmişik. Ona görə var qüvvəmizi toplayıb, yalnız qələbə qazanmağa çalışırıq. Düzü, yaradılan bu gözəl şəraitin qarşılığında avrokuboklara düşməmək, biz tərəfdən yaxşı hal deyil.

Kamran HACI

Xəbər 705 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.05.2020 “Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib
22.05.2020 “Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır
22.05.2020 “Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir
22.05.2020 Ölkəmizdə futbol üzrə aşağı liqalarda mövsüm başa çatdırılıb
22.05.2020 “Barselona” klubu qapıçısı Andre ter Ştegenlə razılığa gəlib
22.05.2020 Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib
22.05.2020 Macarıstanda şou xarakterli “Budapest Kupa-2020” tennis turniri start götürür
22.05.2020 “Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer etmək istəyir
22.05.2020 “Yuventus” klubu Pol Poqbanı transfer etmək niyyətindədir
21.05.2020 İtaliya A seriyası fərqli formatda tamamlana bilər


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru