Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda “Olimpiya tarixi, idman siyasəti” kitabının təqdimatı olub
Tarix: 21.12.2016 | Saat: 15:15:00 | E-mail | Çapa göndər
Dekabrın 21-də Bakıda “Olimpiya tarixi, idman siyasəti” kitabının təqdimatı olub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu kitab üç dildə nəfis şəkildə çapdan çıxıb.

Təqdimat mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Kitabda Olimpiya Oyunlarının yaranması, Olimpiya hərəkatının inkişafı, onun xalqlar arasında əlaqələrin möhkəmlənməsində rolu, Olimpiya dəyərləri, Azərbaycan idmanının inkişaf mərhələləri, müasir idman infrastrukturunun yaranması barədə geniş məlumat toplanıb. Müəllif qədim dövrdə Olimpiya hərəkatını, eləcə də onun tənəzzülü ilə yanaşı, Olimpiya Oyunlarını bərpa edən Pyer de Kubertenin bu sahədə fədakar əməyini geniş şəkildə oxucuların diqqətinə çatdırıb. Bu gün Olimpiya Oyunlarının keçirilməsi hər bir ölkə üçün böyük bayrama çevrilir. Bu mötəbər yarışda idmançılar öz gücünü, iradəsini, Vətənə olan sevgisini nümayiş etdirmək şansı qazanırlar. Kitabda idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları qələbələrə, Azərbaycan idmanının uğurlarına geniş yer verilib”.

Nazir bildirib ki, Xəzər İsayev idman nəzəriyyəçisi, vətənpərvər ziyalı kimi Olimpiya hərəkatı ilə yanaşı, Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu sahəyə dövlət qayğısını xüsusi qeyd edib. Nəşrdə idmanın maddi-texniki bazasının yenidən qurulması, müasir standartlara cavab verən Olimpiya İdman komplekslərinin tikintisi, həmin arenaların açılış mərasimlərində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin iştirakı barədə də geniş məlumat əksini tapıb. A.Rəhimov vurğulayıb ki, “Olimpiya tarixi, idman siyasəti” kitabı idmansevərlər və tələbələr üçün maraqlı, zəngin məlumatların toplandığı qiymətli vəsaitdir.

Kitabın əhəmiyyətini yüksək qiymətləndirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərin nəşrdə geniş təqdim olunmasını xüsusi vurğulayıb. Qeyd edib ki, kitabda ölkəmizdə inkişafda olan Olimpiya hərəkatı haqqında ətraflı məlumat verilib. Ölkə idmanına göstərilən dövlət qayğısı, idman infrastrukturunun yaradılmasına və yenidən qurulmasına kitabda geniş yer verilib. Bu inkişafın nəticəsidir ki, Azərbaycan millisi XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanıb.

Vitse-prezident deyib ki, kitabda mötəbər idman yarışlarını əks etdirən fotoşəkillər oxucuda böyük təəssürat yaradır. İdmanın geniş coğrafiyanı əhatə etməsi, müxtəlif xalqları mənəvi birliyə dəvət etməsi onun beynəlmiləlçiliyini, sülhməramlı olduğunu bir daha sübut edir. İdmanda Olimpiya çempionu adından daha yüksək fəxri ad yoxdur.

Kitabda Olimpiya hərəkatının mükəmməllik və dostluq carçısı kimi təqdim olunduğunu diqqətə çatdıran Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin bəhrələrindən danışıb. Rektor bildirib ki, bu uğurlu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Bu gün ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bakıda və regionlarda Olimpiya İdman kompleksləri istifadəyə verilib. Mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan ötən il birinci Avropa Oyunlarını peşəkarlıqla təşkil edərək dünyanın diqqətini özünə cəlb etdi.

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Adil Əliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin şöbə müdiri Fərid Mansurov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışlarında kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda müəllif Xəzər İsayev kitabın hazırlanmasında və nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda AZƏRTAC-ın materiallarından da istifadə edilib. Kitab haqqında rəyi gənclər və idman naziri Azad Rəhimov yazıb. “Ön söz”ün müəllifi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
Xəbər 1368 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru