Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şərəfli ömür
Tarix: 06.12.2016 | Saat: 14:02:00 | E-mail | Çapa göndər
Qəlbi doğma yurdla, vətənlə döyünən, onların şərəfini hər zaman əməli fəaliyyəti ilə ucaltmağa çalışan, ümumbəşəri ideyalarla yaşayan Əlizadə Əsədov gözəl şəxsiyyətdir. O, şərəfli, mənalı ömrünün 61 ilini yola salır. Lənkəran rayonun Liman şəhərində yaşamaqla xeyirxah əməlləri cənub bölgəsində ona yüksək mövqe qazandırıb. Bu da ondan irəli gəlir ki, bu nəcib, vətəninə sədaqətli insan təkcə özü üçün yaşamır, başqalara da maddi və mənəvi dayaq durmağı bacarır. Əlizadə müəllim sözün əsl mənasında, insanlığın zirvəsi, bitib-tükənməz örnək məktəbidir. Həyatı dərk etdiyi gündən onun ürəyi vətən sevgisinə köklənib, el-obanın gələcəyini işıqlı görmək olub. Bu amalla məzmunlu həyatı boyu azərbaycanlı adını qürurla, iftixarla daşımış, xalqına sədaqətlə xidmət etmiş, savab əməlləri daimi onun adını ucaltmışdır.

Saf, ülvi duyğulara kökləməklə xeyirxah məqsədləri həmişə görünən Əlizadə müəllimdən nə qədər xoş sözlər desən, yazsan yenə azdır. Onun fəxri adları, titulları çoxdur. Bacarıqlı idmançı, boks ustasıdır. O, bu sahədə xalqına, vətəninə və dövlətinə vicdanla xidmət etmiş, indi də bunu əqidəsinə sədaqətli əvvəlki tək görür. Nüfuzu, təşkilatçılığı, dərin savadı, qətiyyəti, özünəməxsus səxavəti vətənimizin maraqlarında cəm olubdur. Ürəyi vətən üçün döyünməklə yüzlərə səadət gətirir.

Əlizadə Əsədov 1955-ci ildə Lerik rayonun Züvüç kəndində dünyaya göz açmışdır. Onun atası İman müəllim əslən Masallının Qızılağac kəndindən idi, dağlar diyarında gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olurdu. Halal müəllim əməyi, aydın mövqeyi, saf amalı ona el-oba arasında hörmət qazanmışdı. Ziyalılıq ucalıqdan qopub gələn nurundan hamıya pay düşür, həyatın sonuna qədər sevilə-sevilə yaşayır. Əlizadə beş yaşında olanda atası İman müəllim dünyasını dəyişir. İndinin özündə də İman müəllimi Lerik camaatı yaxşı xatırlayır, sadəlikdən, kamil mənəviyyatından, vətənpərvərlikdən ürək dolusu danışırlar. Deyirlər ki, belə ürfan sahiblərin millət üçün misilsiz xidmətləri zaman-zaman unudulmur, onların zəngin, şərəfli həyat yolu nümunə kimi qəlblərdə yaşayır. Məhz Əlizadə müəllim belə kişinin oğlu olduğuna görə əzəl gündən xalqına fayda verməyi, adamlara gərək olmağı özünə həyat amalı seçir. Fəqət, hər bir şəxsiyyətin formalaşması onun doğulub boya-başa çatdığı mühitin, ailə dəyərlərinin təsiri birmənalı özünü göstərir. Elə bunun nəticəsidir ki, Əlizadə müəllim ömrünün ağsaqqallıq dövründə də çalışmaqdan, yaratmaqdan nəinki yorulur, hətta böyük zövq alır. Boksun atası olmaqla, yeni-yeni sağlam, idmançı gənclər yetirməklə Azərbaycanın adını daima yüksəkliklərə qaldırır. Atası İman müəllimin miras qoyub getdiyi xeyirxah, nəcib, savab əməllərə halallıq qata-qata, düzlüyə tapınmaqla həqiqətin parlaqlığında yenilik gətirir, hamıya əxlaqlı, vicdanlı vətəndaş, dürüst insan olmaqla dünyanın gözəlliyini görməyə, onu sevməyi tövsiyə edir. Əlizadənin bütün gördüyü işlər bəşəri əhəmiyyət kəsb edir, yurd yerində inkişafın, tərəqqinin ön cərgəsində irəliləməklə vətən qarşısında borcunu şərəflə yerinə yetirir, ürəklərdə sağlığında özünə uca abidə qurur.

Öz mənalı ömrünün ən qaynar illərini xalqın gələcəyi olan gənclərin sağlam, mətin boy atmasına həsr edən Əlizadə Əsədov Lerikdən Lənkəran rayonun Liman şəhərinə köçür. Burada onun yeni həyatı başlanır. Xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan qeyrətli, cəsarətli bir gənc kimi tanınır sevilir. Yüksək zəkası, istedadı, nəcib həyat amalı onu yalnız səmimi xidmətə, xeyirxahlığa doğru istiqamət verir. Dağ çeşməsi kimi saf, qəlbi kövrək, düşüncəsi dərin yeniyetmə oğlan birinci özünü idmanda sınamaq istəyir. Bu məqam dünyanın daha bir ağrı-acısı ilə üz-üzə gəlir. Həyatda tam bərkiməmiş tale anasını da ona çox bilir. Qaldı ki, Əlizadə çətinliklərə sinə gələ bilir. Axı, onun həyatın enişli-yoxuşlu yollarını pillə-pillə keçib, uğur qazanmaqdan ötrü nəsildən, gendən gəlmə fərqli istedadı və qabiliyyəti vardı. Qarşısına diyirlənən maneələr onun həyat eşqini söndürmür, əksinə sınaqlardan keçə-keçə arzu və istəyinə çatır.

Əlizadə Astara şəhər internat məktəbinin səkkizinci sinfi sağlam, vətənpərvər, savadlı bitirir. Sənədlərini Razin qəsəbəsində (Bakıxanov) yerləşən 7 saylı texniki-peşə məktəbinə verəndə artıq bir işıqlı yol üstə olduğunu bilir. Oxuduğu vaxt dərk edir ki, insanın ucalığı, böyüklüyü özü üçün deyil, başqaları üçün yaşamaqdır. Məktəbdə yaxşı oxuyur, gərəkli, faydalı fəaliyyəti hiss olunur, əqidə, əməl ona sevgi gətirir. İdmanın boks növünə ürəkdən bağlanır. Peşə, sənət öyrənməklə bərabər yarışlarda iştirak edir, üç dəfə Azərbaycan birincisi olur, respublika yığma boks komandasına daxil edilir. İdman ustalığına namizəd dərəcəsini alır. Məktəbdə gördükləri onu əsl xoşbəxtliyə doğru aparır. O, da bütün eşqini, məhəbbətini xalq yolunda təmənnasız xidmətə çevirməyə çalışır. Məktəbdə onunla bağlı xoş bir hadisəni belə xatırlayır:

- 1972-ci ilin mart ayının sonunda məktəbimizin adını dəyişib “Komsomolun 50 illiyi” fəxri adı verilirdi. Mərasimə dahi şəxsiyyət, Azərbaycanın KPMK-nin birinci katibi Heydər Əliyev də gəlmişdi. O, “Şərəf lövhəsi” nə baxırdı. Əlaçı şagirdlərdə lövhənin qarşısında durmuşlar. Ulu öndər şagirdlərlə görüşür, Həsən müəllim isə bizdən ona məlumat verirdi. Növbə mənə çatdı. Həsən müəllim məni daha çox tərifləyib dedi:

- Əlizadə Əsədov məktəbimizin əlaçı, nümunəvi şagirdi olmaqla, həm də boks üzrə Azərbaycan birinciliyinin qalibidir...

Ulu öndər sağ əlini çiynimə qoydu. Sonra görüşdük və gülümsəyərək hansı rayondan olduğumu soruşdu. “ Lənkərandanam” dedim. Onun təbəssüm dolu sifətində ilahi bir nur gördüm. Söhbəti davam etdi:

- Oğul, sən Lənkəranda idmanla məşğul olmağa başladın, ya burada, yəni boksu harada öyrəndin?

- Burada, Lənkəranda boks məktəbi yoxdur. Odur ki, sənət öyrənməklə həm də vaxt tapan kimi boksla da məşğul oluram.

Ulu öndər üç dəfə çiynimə vurub dedi:

- Demək, Lənkəranda da boks məktəbi olacaq...

Bu görüş Əlizadənin sonrakı həyat yolunun mayakına çevrilir. Ona faydası dəydiyi qədər də, cəmiyyətə xeyri olur. Zaman axıb getdikcə, Əlizadə xalqla nəfəs alır, onun xeyirxah əməlləri hər kəsin dadına çatır. Güc, qüvvət aldığı isə insanların ona sevgisi olur.

Ə. Əsədov peşə məktəbini başa vuranda artıq Azərbaycan öz vətənpərvər oğlunu tanıyırdı. Vurğunu olduğu boksda qazandığı uğurlara görə onun adı örnək olaraq çəkilirdi. Tanınmış bir idmançı kimi Əlizadəni həqiqi hərbi xidmətə yola salırlar. Burada da idmanda qazandığı uğurlar ara vermir. Sovet dövrün tələblərinə uyğun ölkəyə ləyaqətlə xidmət etmək istəyi onun iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. İdman yarışlarına dəvət alır, usta normasını yerinə yetirir. Bütün bunlar onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, məqamında hədəfə yetişmək istəyindən mayalanır. Beləcə də ayrı-ayrı millətlər içində əsgəri xidmətindən alnıaçıq, üzüağ canından artıq sevdiyi Lənkərana qayıdır, yaşadığı Liman şəhərində toy-bayramla qarşılanır. Bundan sonra şərəfli idman günləri başlanır.

Azərbaycanın yığma komandasının tərkibində keçmiş Sovetlər Birliyinin müxtəlif şəhərlərində boks yarışlarında sevindirici qələbələr qazanır. Ulu öndərin dedikləri unutmur. Ən böyük arzusu Lənkəranda boks məktəbini yaratmaq olur. Əqidə və əməli rəhbər tutaraq işə başlayır. Öz evində boks guşəsi yaradaraq buraya bacarıqlı, idmana həvəs göstərən gənclər toplayır və onlarla təmənnasız məşqlər aparır. Tezliklə gördükləri gözəl nəticə verir. Bütün cənub bölgəsindən boksu öyrənmək məqsədilə buraya uşaqlar gəlir. Əlizadənin xalqına fayda vermək eşqindən yaranan enerjisinin saf çeşmə tək qaynadığı bir vaxtda boksda zirvələr fəth etməsi, fədakarlığı insanı riqqətə gətirir. Əldə etdiyi qələbələrdən ondan çox cəmiyyət qazanır. Ən əsası yaratdığı məktəblə Lənkəranda boksun atası olur.

Ə.Əsədov 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirir. Yeni zirvələrə doğru daha əzmlə çalışır. Yaşadığı evin alt mərtəbəsində gənclərə öyrətdiyi boks dünyanın çox yerinə səs salır. Bu şöhrəti daim qoruyub saxlamaq üçün 1987-ci ildə Əlizadə müəllimin təşəbbüsü ilə Liman şəhərində İdman Sağlamlıq Kompleksi tikilir. Burada 1991-ci ildə Lənkəran ərazi “Neftçi” İdman Cəmiyyəti yaradılır və ona rəhbərlik Əlizadə müəllimə tapşırılır. Az keçəndən sonra Azərbaycanın boks tarixində öz yeri olan, doğma Lənkəranda hamı tərəfindən boksun atası tək tanınan, sevilən bu dəyərli insan “Port” ərazi idman klubunu təsis edir. Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən idman klubunun boks bölməsi də Əlizadə müəllimin adı ilə bağlıdır. Bu da Lənkəranda şöhrətli idmançıların yetişməsində mühüm əhəmiyyət daşıyır. Lənkəranda Əlizadə müəllimin boks məktəbi Azərbaycanın adını dünyaya tanıtdırır, onun idman tarixinə qızıl səhifələr yazır. Odur ki, harada Əlizadə müəllimin adı çəkiləndə Lənkəranda boks məktəbi anılır.

Əsl vətən övladı olmasını əməlləri ilə sübuta yetirən Ə.Əsədovun hörməti, nüfuzu təkcə cənub bölgəsində yox, Azərbaycanda, eləcə də beynəlxalq aləmdə günü-gündən yüksəlir. Uzun illərdir ki, böyük həvəslə gənclərin təlim-tərbiyəsinə, idmanın, ən əsası boksun dinamik inkişafına, şöhrət qazanmasına qürurla xidmət göstərir. Boks sahəsində çoxlu tanınmış, dünya səviyyəli idmançılar yetişdirib. İşin davamı da sevə-sevə gəlir. Yetirmələrin 2 nəfəri Beynəlxalq dərəcəli idman ustası, 3 nəfəri Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 7 nəfəri milli və respublika dərəcəli hakim, onlarla idman ustası, yüzlərlə ustalığa namizəddir. Bəhruz Hüseynov, Fərid Əsədov dünya çempionlarıdır. Oğlanları-Elbrus, Seymur, Xəyal ayrı-ayrı sahələr üzrə mütəxəssis olsalar da, özünü boksdan kənar təsəvvür edə bilmirlər. Onlar dəfələrlə boks üzrə Azərbaycan, beynəlxalq turnirlərdə yarışıb və çempion olublar.

Bütöv şəxsiyyət, əsl vətəndaş, gözəl idmançı olan Əlizadə müəllim illərin arxasından geriyə boylananda özünü vətən, xalq üçün dəyərli, lazımlı olduğunu görür, bununla ruhən, cismən rahatlıq tapır. İnsana həyatda gərək olan xoşbəxtliyi qazanıb. Uşaqlıqda çətinliklə rastlaşsa da, sonrakı illərdə tale üzünə gülüb. Bu da boksda göstərdiyi səmərəli fəaliyyəti, başlıcası insanlığa, xeyrə, işığa dəstək verməsi hesabına olub.

Dediyim kimi, cənub bölgəsində hamı Əlizadə müəllimi özünə adam bilir, həmişə ondan ürək dolusu danışırlar. Əməkdar jurnalist, “Lerik” qəzetinin redaktoru İdris Şükürlü deyir:

- Əlizadə müəllimin çoxdankı dostuyam. Keçdiyi zəngin həyat yolu onu kamil, yetkin şəxsiyyət edib. Vətəni necə sevməyi ondan öyrənmək olar. Lənkəranda boksun inkişafı onun adı ilə bağlıdır. Bunu da Azərbaycanın qüdrətli oğlu, dünyanı heyrətə salan dahi fenomen Heydər Əliyev ona tövsiyyəsidir. Gərgin axtarışları, qətiyyətli, ardıcıl mübarizəsi, inamlı addımları, vətənə dərin məhəbbəti Əlizadəni şöhrətin pilləsinə qaldırıb. Boks ustası, boks üzrə Respublika və Beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Qazandığı qələbələr hesabına aldığı diplomların, fəxri fərmanların sayı bilinmir. AJB-nin üzvüdür. Mətbuatda onun məqalələri, çəkdiyi zəhmətə həsr olunan neçə-neçə yazılar gedib. “Döyüş şöhrəti”, “Döyüşdə qazanılan şöhrət”, “Dağlarda izin qaldı” və 60 yaşına hədiyyə olunmuş “Əlizadə Əsədov məktəbi” kitabları onun mənalı ömür yoluna dolğun işıq salır. O, həm də YAP Liman şəhər 1 saylı ərazi təşkilatının sədridir. Lənkəranın ictimai- siyasi, iqtisadi, mədəni və idman həyatında fəal iştirak edir, könüllərə təravət, ürəklərə sevinc gətirir. Elə ömrün şirinliyini də bunda görür. Onun Azərbaycan boksuna verdiyi töhfələr vətənə, xalqa, dövlətə münasibətilə bağlıdır, odur ki, çalışmaqdan, yaratmaqdan doymur.

Əlizadə müəllimlə fəxr etməyə dəyər. Çünki onun gördükləri məhəbbət soraqlı, sədaqət ünvanlı günlərdən xəbər verir.

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı”, ”İlin vətənpərvər adamı” və “Azərbaycan bayrağı” media mükafatçısı.



Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1224 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru