Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilir. İlk oyun günündə iki görüş baş tutacaq.
Öncə Gəncədə “Kəpəz” əzəli rəqibi “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Şüvəlanda isə AZAL və “Sumqayıt” üz-üzə gələcək.
Topaz Premyer Liqası
13-cü tur
27 noyabr (bazar)
14:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
Gəncə şəhər stadionu.
16:00. AZAL – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Bakı. “AZAL Arena”.
Turun digər oyunları: 28 noyabr (“Zirə” – “İnter”). 29 noyabr (“Qarabağ” – “Qəbələ”).
|