Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AŞPA-nın sessiyasında Azərbaycanın idman sahəsindəki uğurlarından danışılıb
Tarix: 12.10.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər
İdman və onun cəmiyyət həyatındakı yeri Avropa Şurasının daim diqqətdə saxladığı mövzulardandır. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında əvvəlcə mədəniyyət, elm, təhsil, media komitəsində, sonra isə Assambleyanın plenar iclasında İspaniyadan olan deputat xanım Kuintanillanın hazırladığı “İdman hamı üçün – bərabərlik, inteqrasiya və ictimai yaxınlaşma üçün körpü” adlı məruzə ətrafında müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bu mövzuda hazırladığı çıxışın mətni AŞPA Katibliyi tərəfindən nəşr edilərək yayılıb.

İdmanın fəlsəfəsi etibarilə demokratik mahiyyətindən bəhs edən deputat Rafael Hüseynov bir sıra maraqlı məqamlara diqqəti çəkib: “Fəlsəfəsi etibarilə idman bizim uğrunda mübarizə apardığımız idealların – demokratiyanın, insan haqlarının, bərabərliyin, dostluğun, əməkdaşlığın, sülhün rəmzi sayıla bilər. Lakin təəssüf ki, ayrı-ayrı insanların arzuedilməz fəaliyyətləri nəticəsində idman həm də əleyhinə mübarizə apardığımız və cəmiyyət həyatı üçün təhlükə hesab edilən bir sıra neqativ halların da əsas meydanlarından birinə çevrilib. Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahı qarşısında 192 dövlətin bayrağı dalğalanır. O ölkələrdən hansısa ərazicə çox böyük, hansısa iqtisadi, hərbi cəhətdən çox güclü, hansısa əksinə, xeyli kiçikdir. Lakin yanaşı dalğalanan bayraqların hamısı eyni hündürlükdə, eyni ölçüdədir. Heç bir cəhətdən dünyanın böyük, qüdrətli dövlətləri ilə müqayisə edilə bilməyən xırda bir ölkənin nümayəndəsi idman yarışlarında həmin böyük ölkənin təmsilçisinə qalib gələr, yaxud tanklarının, təyyarələrinin sayı üz-üzə gəldiyi ölkənin əhalisinin miqdarından çox olan ölkənin komandası balaca ölkəyə uduzar və heç kəs də bunu məntiqdən kənar, qeyri-adi saymaz. İdmanın bütün başqa məziyyətlərindən əlavə bir gözəlliyi də məhz bu mənadakı qeyri-adiliyi, demokratik mahiyyətidir. Özünəməxsus siyasəti olsa da, idman siyasət deyil, lakin idmanı siyasi məqsədlər üçün istifadə etmək, idmanın siyasiləşdirilməsi cəhdlərinin varlığı da danılmazdır. Həm də bunu yalnız idmanla bilavasitə bağlı olan qurumlar deyil, hərdən sırf siyasətlə məşğul olan beynəlxalq təşkilatlar da edirlər”.

Müstəqillik illərində Azərbaycanın dünya miqyasında idman sahəsindəki misilsiz nailiyyətlərinə toxunan Rafael Hüseynov bunun ilk növbədə dövlətin apardığı uğurlu siyasətin bəhrəsi olduğunu qeyd edib: “Azərbaycanda idman tarixin bütün dövrlərində sevilib və müxtəlif sahələrdə çox güclü idmançılar da yetişib. Lakin Azərbaycan dünyanın idman xəritəsində yalnız son 25 ildə bütün əzəməti ilə görünüb, məhz müstəqil olduğu dövrdə öz sözünü deməyə, dünyada tanınan idman ölkəsinə çevrilməyə başlayıb. Bu gün Azərbaycan mütəmadi olaraq bir sıra beynəlxalq idman yarışlarına, dünya çempionatlarına ev sahibliyi edir. Halbuki elə 25 il bundan əvvəl də dünya idman arenalarında müvəffəqiyyətlə çıxış edən azərbaycanlı idmançılar olub. Lakin ölkə müstəqil olmadığından onlar tamam başqa bayraq altında çıxış edirdilər və öz xalqlarını deyil, içərisində yaşamış olduqları imperiyanı təmsil edirdilər. Onlar diskriminasiya, haqlarının tapdalanması halları ilə də az qarşılaşmırdılar. Azərbaycanın nümunəsi, qısa zaman kəsiyində çox da böyük olmayan bir ölkənin dünyanın tanınan idman ölkələrindən birinə çevrilməsi dövlətin idmana qayğısının münasib modeli kimi öyrənilməyə layiqdir. Bəzən şəxsi nümunə çox şeyi həll edir. Hazırda Azərbaycan dövlətinə rəhbərlik edən Prezident İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Ölkənin bütün regionlarında idmanın inkişafı üçün dövlət başçısının gördüyü işlər, tikilən müasir idman kompleksləri bəhrəsini verməkdədir. Ölkələr idmana sadəcə bədən tərbiyəsi, ənənəvi idman yarışları kimi deyil, siyasətin, dövlət və cəmiyyət həyatının vacib istiqaməti kimi yanaşsalar, belə uğurlu nəticələrin mütləq əldə ediləcəyi şəksizdir”.

İdmana önəm verəcək hər ölkənin də, hər insanın da mütləq qazanacağını bildirən R.Hüseynov mülahizələrini belə yekunlaşdırıb: “Olimpiya Oyunları ilə bağlı hətta məğlubiyyətə uğrayanlara da təsəlli verən məşhur bir deyim var ki, əsas iştirakdır. Əlbəttə, mübarizəyə qatıldığın istənilən sahədə, o cümlədən idmanda ilk növbədə qələbəyə nail olmağa can atmaq lazımdır. Lakin Olimpiya Oyunları haqqında söylənmiş həmin məşhur aforizmin bütövlükdə idman anlayışının özünə aidiyyəti var. Əsas olan idmana yaxşı münasibət bəsləmək, ümumən, mütəmadi idmanla məşğul olmaqdır. Ən azı daha sağlam olacaqsan, ovqatın xoş olacaq, xəstəliklərə qalib gələcəksən, dostların artacaq. Bu, bir insana da, bütöv bir dövlətə də aiddir”.

AZƏRTAC
Xəbər 583 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru