Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/06 | 22:28 Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub
03/06 | 21:50 “Qəbələ” klubu Gənclər Liqasının beşqat qalibi olub
03/06 | 19:41 Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək
03/06 | 19:27 SSKA-nın kapitanı “Milan”a üz tutub
03/06 | 19:00 “Qarabağ” “Sabah”la yoxlama oyunu keçirəcək
03/06 | 18:44 Tokioda Olimpiada və Paralimpiadanın açılış və bağlanış mərasimləri birgə keçirilməyəcək
03/06 | 18:36 Bakıda Karate1 Premyer Liqa turnirinin birinci mərhələsi təşkil edilə bilər
03/06 | 17:49 Atletika üzrə Azərbaycan millisi məşqləri bərpa edib
03/06 | 17:30 Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə icazə veriləcək
03/06 | 17:24 Basketbol üzrə Avroliqa titullu sponsorunu itirib
03/06 | 17:00 “Sabah klubu paraqvaylı hücumçusu ilə yeni müqavilə bağlayıb
03/06 | 16:14 Formula 1 rəhbərliyi komandalardan gigiyena qaydalarına əməl olunmasını tələb edib
03/06 | 15:53 Azərbaycan Milli Paralimpiya Komitəsinin videokonfrans formatında ümumi yığıncağı keçirilib
03/06 | 15:41 Muay-tay Birinci MDB Oyunlarının proqramına daxil edilib
03/06 | 15:22 “Çelsi” yayda transferlərə 100 milyon funt sterlinq xərcləyəcək
03/06 | 15:09 MotoGP üzrə Yaponiya Qran-Prisi ləğv olunub
03/06 | 14:55 Karatenin kata növü üzrə onlayn beynəlxalq turnir keçiriləcək
03/06 | 14:22 Filipp Koutinyo yenidən “Barselona”ya qayıdır
03/06 | 14:14 MBA-da mövsüm oktyabrın 12-dən gec olmayaraq başa çatdırılacaq
03/06 | 13:42 Bakı Olimpiya Stadionunun loqosu əmtəə nişanı olaraq qeydiyyatdan keçib
03/06 | 12:21 Güləş üzrə beynəlxalq hakimlərin kateqoriyaları 2020-ci ildə sabit qalacaq
03/06 | 12:15 Luvo Manyonqa: Narkotik, diskvalifikasiya və Olimpiadanın gümüşü
03/06 | 11:59 “Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb
03/06 | 11:30 Avstriya və Böyük Britaniyada Formula 1 yürüşləri startda hərəkət istiqamətini dəyişdirməklə keçirilə bilər
03/06 | 10:08 Yaxın günlərdə Formula 1-in Avropa mərhələsinin təqvimi açıqlanacaq
03/06 | 09:50 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq
02/06 | 21:49 DTM-nin mövsümqabağı sınaq testlərinin keçiriləcəyi tarix məlum olub
02/06 | 21:05 “Yuventus” Canluici Buffonla yeni müqavilə imzalamaq barədə razılığa gəlib
02/06 | 20:03 “Panatinaikos”un basketbolçusu “Barselona” ilə anlaşıb
02/06 | 19:44 Azərbaycanlı məşqçi FIG prezidentinin layihəsinə ekspert qismində dəvət alıb
02/06 | 19:03 “Neftçi” klubu xüsusi karantin rejiminin yumşaldılmasından sonra ilk məşqini keçirib
02/06 | 18:58 “Red Bull” Sebastyan Fetteli geri qaytarmaq fikrində deyil
02/06 | 18:13 Montsada Formula 1 yarışı tamaşaçısız keçiriləcək
02/06 | 18:03 “Neftçi” yetirməsi ilə müqavilənin müddətini artırıb
02/06 | 17:46 “Neftçi” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Azərbaycan Prezidenti İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb [YENİLƏNİB]
Tarix: 23.09.2016 | Saat: 15:06:00 | E-mail | Çapa göndər
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bir neçə gün bundan əvvəl Rioda Paralimpiya Oyunları başa çatıb. Bizim komandamız Vətənə qayıdıb. Bu gün mən sizi dəvət etmişəm ki, sizi təbrik edim. Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır.

Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərmişdir, 18 medal qazanmışdır. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir.

Bildiyiniz kimi, idmanın inkişafına böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas prioritetlərindən biridir. Hər bir ölkənin gücünü əks etdirən həm də onun idman potensialıdır, idman nailiyyətidir. Azərbaycanda hər sahədə olduğu kimi, idmanda da böyük inkişaf var. Şadam ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır. İdmançılar Azərbaycanda böyük hörmətə layiqdirlər və ictimaiyyət tərəfindən onların fəaliyyətinə yüksək qiymət verilir.

Dövlət idmançıları həmişə qayğı ilə əhatə edir və bizim idmançılarımız həm idman yarışlarında, eyni zamanda, məişətdə də nümunəvi davranış qaydaları göstərirlər. Çünki idman elə bir fəaliyyət növüdür ki, burada güclü qalib gəlməlidir, burada daim ədalət zəfər çalmalıdır. Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar.

İdmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılmışdır və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə almışdır. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülmüşdür, o cümlədən paralimpiyaçılar da bizi sevindirmişlər.

Bütövlükdə ölkəmizin inkişafı ilə bağlı lazımi addımlar atılır. Bu inkişafla bilavasitə bağlı olan əlbəttə ki, ölkəmizin dünyaya tanıdılmasıdır və burada idmanın xüsusi yeri var. Misal üçün, Avropa Oyunları bütün Avropanın diqqətini Azərbaycana cəlb etmişdir. Bu il keçirilmiş “Formula-1” yarışının auditoriyası 500 milyon insandır. Bu 500 milyon insan gördü ki, Bakı şəhəri bu yarışı keçirməyə qadirdir. Eyni zamanda, onlar Bakının gözəlliyini, abadlığını, şəhərimizin, sakinlərimizin həyatını gördü və əlbəttə ki, bu, bir çoxları üçün sürpriz idi. Təsəvvür edə bilmirdilər ki, Azərbaycan bu dərəcədə inkişaf edib, Bakı şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilib.

Bu il, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilmişdir. İştirak edən komandaların sayına görə bu, rekord nəticə idi. Beynəlxalq Şahmat Federasiyasının rəhbərlərinin fikrinə görə, bu, ən yaxşı təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadası idi. Yəni, bizim bu sahədə gözəl təcrübəmiz var, bütün təşkilati işlər yüksək səviyyədə həll olunur və bu gün Azərbaycan dünya miqyasında güclü dövlət, güclü idman dövləti kimi tanınır. İdmançılar əldə etdikləri medallarla idman şöhrətimizi ucaldırlar. Bakıda keçirilən beynəlxalq yarışlar bütün dünyaya Azərbaycanı gözəl, inkişaf etmiş, mütərəqqi ölkə kimi təqdim edir.

Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi davam edir. Gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əgər keçən il biz Avropa idmançılarını Azərbaycana yığmışdıqsa, gələn il müsəlman idmançılarını Bakıda bir yerə toplayacağıq. Bu, ölkəmizin inkişafını, bizim niyyətimizi göstərir. Mən əminəm ki, idman xalqlararası, dinlərarası əlaqələrin inkişafına çox əhəmiyyətli töhfə verir. Bizim ölkə idman yarışlarının keçirilməsi ilə, eyni zamanda, bu məqsədi də güdür.

İdmanın cəmiyyətə çox böyük müsbət təsiri var. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün idmanın çox böyük rolu var. Gənc nəslimiz - uşaqlar, yeniyetmələr sizə baxıb nümunə götürürlər ki, siz dövlətimizi necə ləyaqətlə təmsil edirsiniz, bayrağımızı yüksəklərə qaldırırsınız. Bizim paralimpiyaçılarımız Rioda bayrağımızı 11 dəfə qaldırmışlar. Gənc nəsil həm bilikli, peşəkar, eyni zamanda, mütləq vətənpərvər olmalıdır. Çünki vətənpərvərlik dövlətçiliyimizin əsasıdır.

Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illərin mütləq əksəriyyəti şanlı-şöhrətli illərdir. Fəxr edirik ki, bu gün bu səviyyəyə qalxmışıq. Gənc nəsil bu dəyərləri mütləq gələcəkdə yaşatmalıdır ki, inkişafımız dayanıqlı olsun, Azərbaycan daim müstəqil ölkə kimi yüksək zirvələrdə olsun. Ona görə, sizin Rioda gözəl çıxışınız, eyni zamanda, gənclərə də gözəl bir nümunədir. Əminəm ki, bu yarışlardan - Olimpiya, Paralimpiya Oyunlarından sonra bizim idman bölmələrimizə müşahidə olunan axın daha da güclənəcək.

Mən bu gün sizi bir daha ürəkdən təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Oyunlarda fərqlənən idmançılar dövlət mükafatları ilə təltif olunmuşlar. İndi isə təltifetmə mərasiminə keçək.

X X X

Sonra təltifetmə mərasimi oldu.

Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya komandasının üzvlərinin təltif olunması ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev, “Rio-2016”da nizəatma yarışlarının gümüş medalçısı İradə Əliyeva, cüdo komandasının baş məşqçisi İbrahim İbrahimov, XV Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Ramil Qasımov Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdilər.

Paralimpiyaçıları bir daha təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, sizi bir daha ürəkdən təbrik edirəm. Doğrudan da bu, böyük qələbədir. Siz xalqımızı bir daha sevindirmisiniz. Gələcəkdə yeni yarışlar, yeni döyüşlər olacaq. Əminəm ki, siz bütün yarışlarda xalqımızı, millətimizi, dövlətimizi ləyaqətlə təmsil edəcəksiniz, bizi sevindirəcəksiniz.

Növbəti böyük yarışlar dörd ildən sonra Tokioda keçiriləcək. Ondan əvvəl də yarışlar olacaq. Əsas odur ki, bizim komandamız həmişə belə gözəl, vətənpərvər komanda olsun. Siz həmişə çalışasınız, dövlətimizi, xalqımızı sevindirəsiniz və bir daha bütün dünyada göstərəsiniz ki, Azərbaycan qüdrətli dövlətdir. Bizim gücümüz xalqımızın gücünə əsaslanır. İdman yarışlarında, bütün digər sahələrdə Azərbaycan yalnız qabağa gedəcək. Sizi bir daha təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3071 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10.12.2018 Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16.11.2018 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
13.11.2018 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.09.2018 Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
26.09.2018 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.06.2018 Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru