Türkiyənin “Beşiktaş” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi Gökhan İnleri transfer edib. Təcrübəli futbolçu ilə “2+1” illik müqavilə imzalanıb. İnler “Beşiktaş”da 2 ilinə 3 milyon 852 min avro qazanacaq. 2017-2018-ci il mövsümündə o, ən azı 23 oyunda meydana çıxsa, müqaviləsi daha bir illiyinə artırılacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu daha əvvəl “Bazel”, “Aarau”, “Sürix”, “Udineze”, “Napoli” və “Lester”də forma geyinib.
|