Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azad Rəhimov: Bu, həqiqətən Azərbaycan idmanının növbəti təntənəsidir
Tarix: 23.08.2016 | Saat: 04:30:00 | E-mail | Çapa göndər
Rio Oyunları Azərbaycan idmanında yeni olimpiya zirvəsi oldu. Qazanılan 18 medal yeni eranın, yeni dövrün başlanğıcı da sayıla bilər. Lakin hər şeydən əvvəl bu, ötən dörd il ərzində görülən işlərin, çəkilən zəhmətin, doğru tərtib olunmuş hazırlıq proqramının məhsuludur. Komandamızın çıxışını, əldə olunmuş nəticələri və ümumiyyətlə, Rioda yaşanılanları Azərbaycanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimovla geniş musahibədə təqdim edirik.

- Azad müəllim, istərdik söhbətə bir qədər əvvəldən başlayaq. Rio de Janeyro olimpiadasına gələrkən, ümumi məqsəd necə müəyyənləşdirilmişdi? Hər bir olimpiada müəyyən bir dövr üçün respublikanın idman həyatında inkişaf göstəricisi sayılır. Bununla bağlı nəyə ümid bəsləyirdiniz?

- Fürsətdən istifadə edərək, istərdim, idmançılarımıza və ən əsası, bizə böyük dəstək verən azarkeşlərimizə minnətdarlığımı bildirim. Həqiqətən, hər gün burada - uzaq Rioda idmansevərlərin dəstəyini, diqqətini hiss edirdik. Çox məlumat gəlirdi Bakıdan. Sözsüz ki, bizim üçün də, idmançılar üçün də bu çox vacib dəstək idi və düşünürəm ki, məhz bu dəstəyə görə yüksək nəticələr əldə olunub. İkinci vacib məqam, demək istərdim ki, bu günləri həqiqətən də sevinc içindəyik. Çünki, idmançılarımız Azərbaycanın idman tarixinə yeni bir səhifə yazıblar. Bu, həqiqətən Azərbaycan idmanının növbəti təntənəsidir. Bu münasibətlə hamını təbrik edirəm və idmançılarımıza gələcəkdə də böyük uğurlar arzulayıram, inanıram ki, onlar gələcəkdə də azarkeşləri sevindirəcəklər.

Sözsüz ki, olimpiya oyunları idman aləmində ən mötəbər tədbirdir və hər dörd ildən bir keçirilən bu yarışlara idmançılarımız, idman ictimaiyyətimiz, mütəxəssislərimiz və bütünlüklə cəmiyyətimiz xüsusi hazırlaşır. Dörd il ərzində aparılmış işlər təhlil olunacaq, proqram layihəsi hazırlanacaq və sonra icra olunacaq. Sözsüz ki, ilk mərhələlərdə idmançılara istirahət etmək üçün fürsət vermək lazımdır və buna görə də bir neçə ay ərzində böyük işlər fəal aparılmayacaq. Amma bizim üçün hər növbəti gün artıq Tokio Oyunlarına hazırlıq baxımından əhəmiyyət daşıyır. Həm nazirlik, həm Milli Olmpiya Komitəsi, həm də federasiyalar, əminəm ki, bu işə çox məsuliyyətlə yanaşacaqlar. İdman təşkilatları ötən hazırlıq dövrünü və Rio Oyunların nəticələrini təhlil edərək, növbəti addımlarda əsas vəzifələri planlaşdıracaqlar. Gənclər və İdman Nazirliyi onlara həmişə hərtərəfli dəstək olub. Bilirsiniz ki, nazirliyin də yaxından iştirak etdiyi təlim-məşq toplanışlarının maliyyələşdirilməsi, komandaların yarışlara göndərilməsi, farmakologiya məsələləri çox vacib olan və ən əsası, bu günlər daha çox diqqət mərkəzində olan dopinq məsələlərinə həssaslıqla yanaşır. Nazirliyin əsas prioritet məsələlərindən biri məhz qeyd etdiyim sonuncu məsələdir: buna daha da çox diqqət ayırmalı, daha çox analizlər almalı, idmançılar arasında daha güclü təbliğat işi aparmalıyıq. Federasiyalarla, həkimlərlə birgə fəaliyyət göstərməliyik. Qadağan olunmuş preparatların siyahısı tez-tez dəyişir. Biz bu prosesi dərindən izləməli, məlumatları yerlərə vaxtında çatdırmalıyıq. Ümumiyyətlə, maddi-texniki bazamız hazırlıq işlərinə kompleks yanaşmağa tam imkan verir. Bundan başqa, hər növdə, əsasən, bu gün idmançılarımızın olimpiadada təmsil olunduğu növlərdə biz vacib qərarları verməyə hazırıq. Bizdə idmançıların hazırlığı üçün hər bir şərait yaradılıb. O şərait Rio, London Yay Olimpiya Oyunlarında olduğu kimi ən yüksək standartlara uyğundur. Azərbaycan ərazi baxımından böyük ölkə sayılmasa da, dünyada olan 11 iqlimdən 9-una malikdir. Bu 9 iqlim şəraitinin - həm yüksək dağlıq, həm dəniz səviyyəsindən aşağı, həm tropik zonaları var və hər birində məşq üçün şərait qurulub. Biz bu barədə də düşünməliyik. Sözsüz k, proqram hazırlayanda baxmalıyıq ki, Yaponiya tam fərqli coğrafi cəhətdə olan ölkədir. Həm vaxt saat qurşağı fərqi var, həm də iqlim ayrıdır. Ona görə də baxmalıyıq ki, idmançılarımız məşqləri daha çox Asiya regionunda planlaşdırsınlar. Bu gün ən populyar və nailiyyətlərimiz çox olan idman növlərində rəqiblərimizi təhlil etməliyik. Onlarla sparrinqlər təşkil etməliyik. Şəxsən mənim üçün olimpiya oyunları çox vacibdir. Təbii ki, il boyu keçirilən bütün yarışlarda, daha sonra həm olimpiya oyunlarında, həm də dünya və Avropa çempionatlarında iştirak edən komandalarla birlikdə ola bilmərəm. Olimpiya oyunlarında isə bütün əsas idman növləri bir arada cəmlənir. Məhz bu zaman idmançılara birbaşa dəstək vermək, məşqçilərlə ünsiyyət qurmaq olar, digər tərəfdənsə dünyada idman sahəsində baş verən hər bir prosesi yaxından müşahidə etmək olar. Bu həm də ona görə çox vacibdir ki, əlaqələrimiz çox genişlənir, görüşlərimiz olur. Məsələn, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüş zamanı çox sevindirici haldır ki, o, Azərbaycan idmançılarını, onların nailiyyətlərini xüsusi vurğuladı. Bu da Azərbaycanda idmanın davamlı inkişaf yolunu göstərən fakt sayıla bilər. Yeni növlər də daxil olmaqla, idmanın hər bir sahəsində inkişaf var.

- 18 medal - bu, Azərbaycanın fantastik, fenomenal bir göstəricisidir. Etiraf etməliyik ki, belə nəticəni ehtimal etmirdik. 12-13 medal gözləyirdik. Amma 18 medal qazanıldı. Ümumiyyətlə, nailiyyətlər baxımından Azərbaycan idmançılarının çıxışları ilə bağlı statistik rəqəmlərə münasibətinizi bilmək istərdik.

- Mən qeyd etdim ki, olimpiada ilə bağlı işlər bir neçə mərhələyə bölünür. Birinci mərhələ hazırlıq və idmançılarla işdir. Növbəti mərhələ, idmançı və məşqçilər üçün tələb olunan yüksək hazırlıq prosesinin təşkili və yaradılan şəraitdir. Olimpiadaya hazırlıq işləri bu mərhələrlə aparılır. Son mərhələdə isə biz artıq burada - olimpiya oyunlarındayıq. Burada son hazırlığı, yarışları izləyir, məsləhətlərimizi, tövsiyələrimizi verir, idmançılara dəstək oluruq. Sözsüz ki, idmançılar bizi tribunalarda görəndə, daha çox həvəslənirlər. Çünki bu da onlara dövlət qayğısının bir təzahür formasıdır. Bu mərhələlərin sonu olimpiadadan sonrakı təhlillər dövrüdür. Bu müddətdə biz dünya və Azərbaycan idman ictimaiyyətinin, mütəxəssislərin, bizi izləyən insanların qiymətləndirməsinə, mövqelərinə xüsusi diqqət ayırırıq. Bu təhlillər də çox vacibdir. Statistik rəqəmlər də bizim üçün çox vacibdir. Sözsüz ki, 18 medal Azərbaycanı xüsusi bir yerə qoyur. Azərbaycan dünyada effektiv idman dövlətidir. Komandaların idmançıların effektivli misalına görə birinci yerdəyik - bu dünyada məşhur olan "Teleqraf" agentliyinin məlumatıdır. Həmin məlumatda, məsələn, Amerika Birləşmiş Ştatları üçüncü yerdədir. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Yenə də inanılmaz yüksək nəticədir. Avropa ölkələri arasında 7-ciyik. İslam dövlətləri arasında 1-ciyik. MDB ölkələri arasında 2-ciyik. Və bu nəticələr həqiqətən də göstərir ki, biz çox yüksək mövqelərdəyik. Gözlənilməz nəticələrdir. Medalın keyfiyyəti baxımından biz 39-cuyuq. Londonda biz 30-cu idik. Bu gün isə 39-cu. Amma gümüş medalların sayı qızıl medalları bəlkə də ikiqat əvəz edir. Bizim üçün ən sevindirici hal odur ki, bu gün biz iki növdə deyil, beş növdə medal əldə etmişik. Medal sayına görə bizi qabaqlayan ölkələr iki, maksimum üç növə üstünlük veriblər. Bu qənaətə gətmək olar ki, bir istiqamətə daha çox üstünlük verilir, digər növlər isə, ola bilsin, diqqətdən kənar qalır. Ancaq bizdə olan geniş medalçı tərkibi - 5 idman növü onu göstərir ki, bütün istiqamətlərə fikir verilir, hamısı dəstəklənir və diqqət mərkəzində saxlanılır, nəticə göz önündədir.

- Hər hansı bir komandanı, hər hansı bir federasiyanı nailiyyət baxımından xüsusilə fərqləndirmək istərdinizmi? Yoxsa bunu olimpiyaçılar ailəmizin vahid qələbəsi hesab edirsiniz?

- Sözsüz ki, biz heç kimi fərqləndirmirik. Çünki hər federasiyanın, hər idmançının böyük əməyini görürük. Yarışlardan sonra idmançılarla görüşəndə, görürük ki, fiziki baxımdan, mənəvi cəhətdən nə qədər böyük qüvvə sərf edir, bütün varlıqlarını yarış meydanında qoyurlar. Bu o deməkdir ki, heç kim biganə qalmır, hər kəs varlığını qələbəyə həsr edir, buna doğru gedir, buna hazırlaşırlar. Biz deyə bilmərik ki, bu federasiya digərindən üstündür. Amma, sözsüz ki, qeyd ediləcək məqamlar da var. Cüdonu qeyd etmək olar. Biz Londonda nəticə olacağını çox gözləyirdik, amma olmadı. Bugünkü nəticələr göstərir ki, cüdo əvvəlki düz xəttə qayıdır və inanırıq ki, gələcəkdə nailiyyətlər daha çox və yüksək olacaq. Taekvondoda Azərbaycanın müstəqillik dövründə heç vaxt olimpiya nailiyyəti olmayıb. Bu ölkədə ən geniş vüsət almış növlərdəndir. Regionlarmızda seleksiya işləri güclü təşkil olunub. Hər yerdə taekvondo inkişaf edir, məşqçilərin sayı artır. Bilirsiniz, xüsusi mərkəz də inşa olunub, maddi-texniki baza möhkəmlənib. İntəhası, bu vaxta qədər medallar yox idi. Olimpiadada əldə olunan qızıl medal bu növ üçün böyük nailiyyətdir. Belə düşünürük ki, gənclər buna baxaraq, sevinər, həmin zirvələrə yüksəlmək istəyər. Bürünc medalı qazananlara da bu olimpiya çempionu olmaq üçün bir stimuldur, indi daha əzmkarlıqla məşğul ola bilərlər. Avarçəkmə növünə də baxa bilərik. Burada əcnəbilər çıxış etsə də, Mingəçevirdəki bazamızda məşq edən yüzlərlə gənc uşaq üçün bu bir örnəkdir. Düşünürük ki, bu qələbələr həqiqətən onlara yol açacaq. Onlara böyük stimul olacaq. Güləşdə - bizim ənənəvi növümüzdə medalların sayı çoxdur. Güləşçilər bizi çox sevindiriblər. Təəssüf ki, qızıl medal olmadı. Amma biz bu olimpiadada hər dəfə qızıl medalın bir addımlığında, yarım addımlığında hakimlərin səhvləri səbəbindən dayandıq, haqsızlıq edildi. Bəzi hallarda gözə görünməyən məqamlar rol oynadı. Götürək, Toğrulumuzu. Toğrul - olimpiya çempionumuz, qızıl medalçımız tam hazır idi. inal qarşılaşmasından sonra Toğrulla görüşdük: üzündə böyük bir şiş var idi.
Sual verəndə ki, "Toğrul, bu necə əmələ gəlib", dedi ki, lap əvvəldə toqquşanda olub, rəqibi başı ilə qəsdən və ya təsadüfən onu zədələyib. Özü də çox möhkəm xəsarət yetirib. Toğrul deyirdi ki, demək olar ki, görmürdü, gözü qaralmışdı və nəticədə, belə bir məğlubiyyət - 0:11. Bu məğlubiyyətin səbəbi yarışdan sonra məlum oldu. Qeyri-idman hərəkətləri, davranışı, sözsüz ki, bizi sevindirmir. Və başa düşürük ki, bu idmandır, olimpiya oyunlarıdır. Burada stress də böyükdür. İdmançıların əsəb sistemi çox gərgin vəziyyətdə olur. Boks haqqında da çox şey demək olar. Amma göz qabağında olan final qələbəsi, təəssüf olsun ki, məğlubiyyət sayıldı. Bir daha qeyd edim ki, hər gün biz medal qazanırdıq, hər gün Rioda Azərbaycan bayrağı yüksəlirdi. Günlər var idi ki, iki-üç medal olurdu. Londondan fərqli olaraq, burada idmançılarımızla birlikdə daha çox qələbə sevinci yaşadıq. Burada ilk gündən medallar var idi. Medalları erkən görüb, dərhal qızılı gözləməyə başladıq. Yenə də mətbuat işçilərinə, idmanla məşğul olan jurnalistlərə müraciət edirəm ki, təhlillər çox vacibdir. Cəmiyyətə bu təhlilləri, fikirlərinizi siz verməlisiniz; cəmiyyət bu əsaslı məlumatları sizdən əldə edib, qənaətə gəlir, təhlil edir. Ona görə də məlumatlar neçə çatdırılırsa, cəmiyyət də eləcə - ya sevinir, ya da oturub nəticə gözləyir. Ümumiyyətlə, məlumatlandırma çox vacibdir. Ona görə də burada təşkil olunan mətbuat mərkəzimiz fəal olaraq bütün məlumatları Bakıya - həm mətbuata, həm ictimaiyyətə, həm də azarkeşlərə ötürürdü.

- Azad müəllim, psixoloji hazırlıqla bağlı bir məsələni qeyd edək. Sizcə son anda qələbəni rəqibə vermək, haradasa psixoloji gərginliklə bağlı ola bilərmi?

- Mübarizədə hər amil çox vacibdir. Psixoloji, fiziki, texniki-taktiki hazırlıq. İdmançılarımızın əksəriyyəti olimpiya oyunlarında 3-4 ay qabaq çəki azaldırlar. 10 kiloqram azaldanı da var, 5 kiloqram azaldanı da. Bir nazir, rəsmi şəxs kimi, mən bu işlərə qarışa bilmərəm. Bu hər məşqçinin öz iş prinsipi, öz xəttidir. Amma idmanda uzun müddət çalışan bir insan kimi, belə düşünürəm ki, 3 ay ərzində 10 kq çəki azaldan idmançı yarışda, sözsüz ki, fiziki cəhətdən daha zəif olacaq. Bu normal tibbi prosesdir - mən bununla nə bir velosiped kəşf edirəm, nə yeni bir fikir söyləyirəm. Buna fikir vermək, baxmaq, təhlil etmək lazımdır. Çox vacib məsələdir. Amma bu məşqçilərin öz işidir. Hərçənd müasir tibb, xüsusən də farmokologiya, psixoterapiya, psixoloji dəstək çox vacibdir. Deyim ki, tibbi əməkdaşımız Toğrulla görüşüb söhbət edəndə onun nə qədər gərginlik altında olduğunu aşkar etdi. Psixoloqla söhbətdən sonra Toğrul sakitləşdi, bir saat rahat yatıb dincəldi və əsəbdən uzaq, çox rahat, özünə gəlmiş idmançı kimi gümrahlıqla oyandı. Yenə də deyirəm, Toğrulun məğlubiyyəti onun psixoloji və ya fiziki durumundan asılı olmadı. Bu, sadəcə, fiziki təmasda alınan bir zədə səbəbilə baş verdi. Belə deyək, ani zədə, Toğrulun qızıl medalını əlindən aldı.

- Siz özünüz də zallarda yarışları izləyirdiniz və idmançılara dəstək olurdunuz. Avarçəkmədə, taekvondoda olduğu kimi, ilk dəfə medal qazanıldı, özü də birdən-birə iki medal. Bu onu göstərir ki, ənənəvi növlərlə yanaşı, yeni növlərdə çəkilən zəhmət bəhrəsini verir. Amma elə növlər də oldu ki, qələbəyə yaxın ikən son anda fürsət əldən verildi.

- Triatlonu qeyd edə bilərik. Bu növdə olimpiya oyunlarında medal gözləmək çox çətindir. Ona görə ki, orada çıxış edən idmançılar, belə müqayisə etmək mümkündürsə, sanki dəmirdən hazırlanan insanlardır. Çox mürəkkəb idman növüdür. Triatlon bizim üçün yeni növdür və düşünürük ki, bacarıqlı gənclərimiz yetişməkdədir, gənclərimizdən gələcəkdə nəticə gözləyə bilərik. Rioda bu növdə də Azərbaycanın bayrağı, Azərbaycanın adı 55 idmançının siyahısında oldu. Halbuki MDB ölkələrinin, əksər Avropa ölkələrinin təmsilçisi orada yox idi. Bu növdə olimpiya debütümüz bizi sevindirir. İdman nəticələri baxımından yüksək olmasa belə, 39-cu yer bu gün üçün həqiqətən əhəmiyyətlidir. Amma hətta bu növdə də iyirmilikdə olacağımızı gözləyirdik. Durundanın çıxışını da nümunə çəkə bilərik. Yarışdan sonra müxtəlif ölkələrin, federasiyaların rəsmiləri, prezidentləri, Avropa olimpiya komitələrinin prezidentləri yaxınlaşıb deyirdilər ki, Marina çox gözəl çıxış etdi. Medal olmasa da, bürüncə layiq idi. Hakimlərin qərarı nəyə əsaslanırdı, təəssüf olsun ki, nə idmanın təmizliyinə, nə də ədalətli yanaşmaya. Velosiped növündə idmançıların çıxışına da qiymət verək. Dövri idman növləri çox ağırdır, lakin indiki dövrdə bu növlərdə Azərbaycanın iştirakı bizim üçün gələcək baxımından çox vacibdir. Amma təsəvvür edin ki, avarçəkmədə nə qədər sevindik. Bu tamamilə ayrı bir dünyadır. Azərbaycanın adı təsnifatlarda, yarımfinallarda ilk yerlərdə dəfələrlə səsləndi, nəhəng idman qurğusunda çoxsaylı azarkeşlər qarşısında böyük qürur hissi ilə diktorların elanlarına qulaq asırdıq. Təsəvvür edin ki, bizi qələbə sevincindən cəmi 5 santimetr ayırdı. Orda real olaraq qızıl ala bilərdik. güləş ulduzumuz Stadniki xüsusi vurğulamaq istəyirəm. Fiziki, texniki-taktiki, psixoloji məsələlərdən də danışdıq. Amma bəxt məsələsi çox maraqlı bir faktordur. Sözsüz ki, bəxtlə idmana yanaşmaq olmaz. Hər bir idmançı hazırlıqlı olmalı, şansını bəxtə bağlamamalıdır. Amma bu qızın niyə bəxti gətirmir axı?!

- Bəlkə idmançı arxayınlaşır ki, qələbə əlindədir. Bu da ola bilərmi?

- Hər idmançının öz üslubu var. Stadnikin üslubu budur. Xalları qazanır və o qədər mübariz qızdır ki, sonda istəyir hamıya göstərsin ki, cəmi iki xala görə rəqibinə qalib gəlmir, daha yüksək xalla üstünlüyünü sübut edə bilər. Bir neçə dəfə Stadnikdə bunu müşahidə etmişəm. Məhz bu məqamda, sonluqda, görürsən ki, cüzi səhvə yol verir və uduzur. Olimpiadada isə zəif idmançı olmur. Onlar həmin anda bu məqamdan məharətlə istifadə edirlər.

- Eyni ssenari Rövşəndə də oldu.

- Bəli, Rövşənin artıq üçüncü olimpiadasıdır. Onun da son anlarda bəxti gətirmir. Qızılın bir addımlığında ikən iki dəfə olimpiya gümüş medalı qazandı. Amma o, həqiqətən də bizim qızıla layiq çempionumuzdur.

- Hacı da, Rəsul da elə siz deyəni təsdiqləyirlər. Ümumiyyətlə, bütün idmançılar qeyd edirlər ki, olimpiya oyunlarına gələndə, nədənsə çəkinmək, ehtiyatlanmaq olmaz. Bu olimpiya oyunları olsa da, dünya və Avropa çempionatları kimi bir yarış formatıdır. Amma biz özümüz də bilirik ki, olimpiya oyunları həm də kəşfləri ilə yadda qalır. Bu Oyunlarda özünüz üçün hansısa idmançını kəşf etdinizmi?

- 18 medalçımızdan hər hansı birini xüsusi fərqləndirə bilmərəm. Onlar hamısı qəhrəmanlarımızdır. Azərbaycan xalqının övladlarıdır, layiqli vətəndaşlardır. Yarışlardan sonra onlarla görüşüb, ürək sözlərinə qulaq asmışam. Ən gərgin vəziyyətdə, insan ürəkdən gələn ən səmimi sözlər ifadə edir. Mən qururla deyirəm ki, onların hamısı, ilk növbədə, ölkəni, Vətəni düşünürlər. Ona görə də hər birinə minnətdaram. Həqiqətən də Azərbaycan, ölkə, xalq üçün çalışır, xalqı sevindirmək istəyirlər.

- Legionerlərlə bağlı olimpiadada kifayət qədər məsələlər müzakirə olundu. Bununla bağlı münasibətinizi öyrənmək istərdik?

- Hazırda qloballaşan bir dünyada yaşayırıq. İnsanlar kütlələrlə bir ölkədən, öz el-obalarından başqa məkanlara axın edirlər. Özünüz də hər gün eşidirsiniz ki, hansı proseslər baş verir - Afrikadan, Yaxın Şərqdən Avropaya köçlərdən də xəbəriniz var. Toğrulun italiyalı rəqibi əslən Kubadandır. Amerikanın təmsilçisi, 10 min metrdə qələbə qazanan idmançıdizi üstə çökərək, Allaha dua etdi. Güləş növündə Dağıstan idmançılar, baxın, neçə ölkənin şərəfini qoruyurdular. Elə bizim də bir yetirməmiz Qazaxıstana qızıl medal qazandırdı, Ramil Quliyev isə Türkiyənin bayrağı altında çıxış edir. Kimsə buna xüsusi diqqət ayırırsa, bunda bəhanə axtarırsa, məncə düzgün yanaşma deyil. Əgər idmançı qərar verib, ölkəsini tərk edərək başqa bir məmləkətə köçürsə, olimpiya oyunları qaydalarına görə, 3-4 il bu yarışlarda çıxış edə bilməz. Bizim də ölkənin şərəfini qoruyan əcnəbilər var. Bu isə o deməkdir ki, onlar 3-4 ildən artıqdır ki, Azərbaycanda yaşayıb, Azərbaycanın çörəyini yeyib, məşqlər edib, yarışlara hazırlaşıblar. Onlar Azərbaycan vətəndaşlarıdırlar. Bu legioner söhbəti, sözsüz ki, bugünkü idmanda, bugünkü dünyada gülməli bir söhbətdir. Mən siyasətə tamamilə toxunmaq istəmirəm. Axı, Amerika Birləşmiş Ştatlarından, İngiltərədən çıxan idmançılara nə dərəcədə anqlosaks demək olar. Ordakıların 80 faiz anqlosaks deyil. Onlar üçün kimin nə vaxt, hansı ölkədən Amerikaya, yaxud İngiltərəyə köçməsi əhəmiyyət kəsb etmir: dünən köçüb, 3 il öncə, yaxud da 5 il öncə - hamısı yerli idmançı statusunda olur. Bizim legionerlər Azərbaycan idmanı üçün lazımdır, vacibdir. Gənclər və İdman Nazirliyinin məqsədi ondan ibarətdir ki, Azərbaycanın gənc idmançıları böyüsün, hazırlaşsın və seleksiyaçılar gəlib onları tapıb aşkar edib yığma komandalara cəlb etsinlər. İşimiz ondan ibarətdir ki, idmançıların sayı çoxalsın, düzgün məşq etsinlər. Biz diqqət etməliyik ki, məşq prosesi düz qurulsun. Qurğular yüksək səviyyədə hazırlansınlar, qapıları isə daim açıq olsun. Sonrakı, növbəti addım, mərhələ federasiyalarındır. Onlar istedadlı uşaqları tapmalı, aşkar etməli, komandalara cəlb etməlidirlər. Yalnız bu işlərin yekununda qələbələr ola bilər. Amma bu gün legioner Azərbaycan vətəndaşı olaraq Azərbaycanda yaşayıb qızıl medal qazanır. Bu idman üçün böyük təkanverici inkişaf vasitəsidir. Bu bizim üçün mühüm məsələdir. Biz legionerləri Azərbaycanın idmançılarından fərqləndirmirik. Onlar bizim vətəndaşlarımız, qardaşlarımız, oğullarımızdır və onları öz idmançılarımız kimi dəstəkləyirik.

- Çox sağ olun, Azad müəllim.

Fotolar DİLAVƏRindir

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1518 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.04.2024 Fərid Qayıbov martda beynəlxalq yarışlarda uğurlu çıxış edən idmançılarla görüşüb
07.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib
02.04.2024 Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib
30.03.2024 Avropa çempionatında yüksək nəticələr qazanan Azərbaycan güləşçiləri ilə görüş keçirilib
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
10.02.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
08.02.2024 İlk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək
06.02.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru