Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Gənclər və idman naziri Braziliyada Azərbaycan adını daşıyan məktəbdə olub
Tarix: 17.08.2016 | Saat: 12:18:00 | E-mail | Çapa göndər
Avqustun 16-da gənclər və idman naziri Azad Rəhimov və Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində olublar.

Məktəbin direktoru Fabio Millioni müəllim heyəti ilə birlikdə, nazir Azad Rəhimovu salamlayaraq təhsil müəssisəsi barədə məlumat verdi.

Qeyd olundu ki, ümumiyyətlə, Braziliyada təhsil müəssisələrinə nadir hallarda hər hansı ölkənin adı verilir. Rio de Janeyro şəhər Legislativ Assambleyasının qərarı ilə yeni tikilən bu məktəbə məhz Azərbaycan adının verilməsi Braziliya hökümətinin ölkəmizlə dostluğa verdiyi önəmin ifadəsidir. Qeyd edim ki, Rio şəhərinin əhalisi 10 milyondan çoxdur. Legsilativ Assambleya adlanan şəhər parlamentinin 70 deputatı var. Məktəbə Azərbaycan adının verilməsi ideyasını isə, Bakıda humanitar forumda iştirak etmiş, Joao Rikardo Ribasın təklif edib. Səsvermə zamanı böyük əksəriyyət bu layihəni lehinə səs veriblər. Şəhər meri də bu təklifi dəstəkləyib və qanunun icrası barədə sənədi imzalayıb.

Bu il martın 15-də açılışı olan orta təhsil müəssisəsi ilk gündən ölkəmizin adını daşıyır.

Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada I-V siniflərdə 700-dən artıq şagird təhsil alır. Məkəbdə xüsusi olaraq Azərbaycana həsr olunmuş ayrıca otaq ayrılıb və ölkəmiz barədə təbliğat materialları ilə təmin edilib. Həmin otaqda Azərbaycanla dərnək də fəaliyyət göstərir. Uşaqlar ölkəmizlə bağlı biliklərini paylaşır, Azərbaycana həsr edilən yaradıcılıq işləri ilə məşğul olurlar. Burada Azərbaycana dair kitablar, ölkəmizə həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər də yerləşdirilib. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı da var. Həmin otaqda bu uşaqlar üçün xüsusi dərslər keçirilir.

Təhsil müəssisəsinin direktoru Fabio Minioni Azərbaycanın təbliğində, gənc nəslin ölkəmizi daha yaxşı tanımasında yeni istifadəyə verilmiş bu məktəbin gələcəkdə böyük rol oynayacağını bildirdi.

Məktəblə tanışlıqdan sonra səfir Elnur Sultanov Heydər Əliyev Fondunun hədiyyələrini təhsil müəssisəsinə təqdim etdi.

Təhsil müəssisəsinin foyesində Azərbaycanda Olimpiya hərəkatını əks etdirən stendə baxan nazir Azad Rəhimov ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarının xatirə medalını, eləcə də, gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı xatirə hədiyyələrini məktəbə bağışladı.
Məktəbin müəllim heyəti ilə söhbət zamanı Azad Rəhimov Braziliya kimi dost ölkədə Azərbaycan adına məktəbin olmasının gələcəkdə iki dövlət arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirdi.

Məktəbin ingilis dili müəllimi Duqlas Santosla söhbət zamanı nazir Azad Rəhimova ona Azərbaycan dilini öyrənməyi məsləhət gördü. Qeyd etdi ki, bu halda tək Azərbaycana deyil, həmçinin Türkiyə və digər türkdilli ölkələrin də mədəniyyəti ilə tanış olmaq imkanı qazanacağını bildirdi.

Görüşün sonunda məktəbin kollektivi ilə xatirə şəkli çəkdirildi.

Qabil Mehdiyev
Rio de Janeyro

Xəbər 1327 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.04.2024 Fərid Qayıbov martda beynəlxalq yarışlarda uğurlu çıxış edən idmançılarla görüşüb
07.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib
02.04.2024 Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib
30.03.2024 Avropa çempionatında yüksək nəticələr qazanan Azərbaycan güləşçiləri ilə görüş keçirilib
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
10.02.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
08.02.2024 İlk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək
06.02.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru