Fransanın "Lill" klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Baş məşqçi Frederik Antonetti heyətə 26 futbolçunun adını daxil edib:
Qapıçılar: Vinsent Enyama, Mayk Menyan, Jan Byute, Kleman Petrel;
Müdafiəçilər: Sebastyan Korşya, Renato Çivelli, Julian Palmieri, Stoppila Sunzu, Frank Beriya, Adama Sumaoro, Marko Başa, Benjamen Pavar;
Yarımmüdafiəçilər: Yussuf Kone, İbrahim Amadu, Munior Obbadi, Morqan Amalfitano, Rio Mavuba, Marten Terre;
Hücumçular: Yassin Benziya, Erik Botok, Lenni Nanjis, Markuş Lopeş, Eder, Rayan Mendeş, Ronni Rodlen, İv Bissuma.
Qeyd edək ki, "Qəbələ" ilə "Lill" arasındakı ilk oyun iyulun 28-də Fransa, cavab görüşü isə avqustun 4-də Bakıda keçiriləcək.
|