Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Vüqar Həşimov memorialında növbəti qələbə qazanıb. Səkkizinci turda Məmmədyarov hazırda dünyada iki nömrəli şahmatçı sayılan Fabiano Karuanuya qalib gəlib.
Səkkizinci turun bütün qalan oyunları (Eltac Səfərli – Sergey Karyakin, Pavel Elyanov – Rauf Məmmədov, Aniş Giri – Hou İfan, Teymur Rəcəbov – Pentala Harikrişna görüşləri) sülhlə başa çatıb.
Səkkiz turdan sonra iştirakçıların vəziyyəti belədir: Fabiano Karuana və Aniş Giri – hərəyə 5,5 xal, Şəhriyar Məmmədyarov – 5 xal, Sergey Karyakin– 4,5 xal, Pentala Harikrişna - 4 xal, Rauf Məmmədov, Teymur Rəcəbov - hərəyə 3,5 xal, Eltac Səfərli, Pavel Elyanov – hərəyə 3 xal, Hou İfan – 2,5 xal.
Bu gün keçiriləcək sonuncu, doqquzuncu turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Şəhriyar Məmmədyarov - Aniş Giri, Sergey Karyakin - Fabiano Karuana, Pentala Harikrişna - Eltac Səfərli, Pavel Elyanov - Teymur Rəcəbov, Hou İfan - Rauf Məmmədov. Turnir bu gün başa çatır.
|