Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Berti Foqts: «Dubaydakı hazırlıq futbolçular üçün tətil olmayacaq» - MÜSAHİBƏ
Tarix: 17.02.2012 | Saat: 14:37:00 | E-mail | Çapa göndər
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts affa.az-a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə, almaniyalı mütəxəssis yeni köməkçi-məşqçindən söz açıb, «ay-ulduzlular»ımızın keçiricəyi Dubay toplanışından danışqıb:

- Vəli Qasımovun köməkçi-məşqçi vəzifəsindən ayrılmasından sonra bu posta yerli məşqçilərdən birinin cəlb olunacağı məlum idi. Köməkçinizin kim olacağını müəyyənləşdirmisinizmi?
- Dubaydakı təlim-məşq toplanışına Nazim Süleymanov köməkçi-məşqçi kimi gedəcək. Ona fürsət vermək istəyirik ki, komanda ilə birlikdə olsun. Onun məşq prosesini, futbolçularla necə işlədiyini görmək istəyirəm. Məqsədimiz odur ki, azərbaycanlı məşqçilərə millidə də öz işlərini nümayiş etdirməyə imkan yaradaq.

- Nazim Süleymanovla yanaşı bir neçə məşqçinin də adı hallanırdı. Nəyə görə məhz Nazim Süleymanova üstünlük verdiniz?
- Bilirəm ki, Nazim keçmişdə yaxşı futbolçu olub. Bu təlim-məşq toplanışından fürsətdən istifadə edib onun məşqçi kimi işini görmək istəyirəm. Şübhəsiz, biri-birimizlə açıq söhbət etməliyik. Qarşılıqlı inam olmalıdır. Nazim Süleymanov barəsində çox müsbət fikirlər eşitmişəm, özüm də bunu görmək istəyirəm. Bu təlim-məşq toplanışından sonra bizim birlikdə işləyib-işləməyəcəyimiz məlum olacaq. Bu, hər ikimizdən asılıdır.
Vəli Qasımovun bütün diqqətini U-19-a yönəltməsini istədik. Onun həm milli komandada köməkçi-məşqçi, həm də U-19-da baş məşqçi işləməsi bəzi çətinliklər yaradırdı.

- Açıqladığınız heyətdə bir çox gənc futbolçunun adına rast gəldik. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu təlim-məşq toplanışı ilə birlikdə yeni mərhələyə başlayırıq. Çox vacib bir hazırlıq mərhələsi olacaq. Bildiyiniz kimi, 3 yoxlama oyunu keçirəcəyik. Bizi sentyabrda İsrail yığması ilə dünya çempionatının seçmə oyunu gözləyir. Heyətə bir neçə gənc oyunçu dəvət etmişəm. Bu təlim-məşq toplanışı dünya çempionatının seçmə mərhələsi ilə yanaşı, eyni zamanda, 2016-cı ildə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Gənc oyunçular indidən təcrübə yığıb, beynəlxalq səviyyəli oyunlara hazır olmalıdırlar. Heyətdə mübarizə aparacaq gənc və ya təcrübəli futbolçulardan asılı olmayaraq, bu 3 oyunun heç birində məğlub olmaq istəmirəm. Dubaydakı hazırlıq mərhələsi futbolçular üçün tətil olmayacaq. Bir həftə ərzində üç oyun oynamalıdırlar. Bilirəm ki, bu, çox çətin olacaq. Seçmə mərhələlərdə bu cür hal ilə qarşılaşacağıq, yəni 4 gündən bir oyun keçirməli olacağıq. Gənc futbolçuların bu ritmə uyğunlaşmaları çox vacibdir. Dubaya geniş heyətlə yollanırıq. Hər bir futbolçu hazır olmalıdır.

- Heyətə cəlb etdiyiniz oyunçuları hamısını nəzərdən keçirmək imkanınız olacaqmı?
- Qış fasiləsindən sonra futbolçuların oyun praktikası istənilən səviyyədə deyil. Əlverişsiz hava şəraiti Premyer Liqanın XIX turunun təxirə salınmasına səbəb oldu. Artıq təcrübəli futbolçuların nəyə qadir olduqlarını bilirəm. Dubayda imkan daxilində bütün futbolçulara şans verməyə çalışacağıq. Əsasən gənc oyunçulara diqqət yetirəcəyəm. Onların beynəlxalq səviyyədə keçirəcəkləri oyunlar mənim üçün maraqlıdır.

- Qarşılaşacağımız rəqiblər milli komandanın strategiyasına nə dərəcədə uyğundur?
- İsrail millisi Portuqaliya və Rusiya yığmasından sonra qrupumuzda 3-cü güclü komandadadır. Onlar sürətli futbol nümayiş etdirmirlər. Əsasən ayağa qısa ötürmələrə üstünlük verirlər. Dubaydakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağımız rəqiblər İsrail yığmasının üslubuna oxşar oyun nümayiş etdirən komandalardır. Şübhəsiz, bu aylarda güclü rəqiblərlə, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış komandalarla oynamaq çətindir. Çünki onların öz hazırlıq planları var. Daha güclü komandalara qarşı oynamaq istərdik. Ancaq qarşılaşacağımız rəqiblər dünya reytinqində bizdən heç də uzaq deyillər.

- Fevralın 29-da U-21 Bakıda İslandiya yığması ilə qarşılaşacaq. Heyətə cəlb etdiyiniz futbolçulardan hansınınsa U-21-in heyətində çıxış etmək ehtimalı varmı?
- İstəyirəm ki, bizimlə Dubaya gedən futbolçular fikirlərini ancaq milli komandaya yönəltsinlər. Bizim heyətdən U-21-in düşərgəsinə gedən olmayacaq. Araz Abdullayevlə Amit Quluzadə U-21-in hazırlığında iştirak edəcəklər.

- Bu toplanışda Premyer Liqa klublarının məşqçiləri də iştirak edəcək. Məşqçilərin toplanışda iştirakına necə baxırsınız? Qarşılıqlı fikir mübadiləsi aparacaqsınızmı?
- Daha əvvəl də bu cür sualla qarşılaşmışam. Beynəlxalq səviyyədə klub məşqçiləri milli komandanın təlim-məşq toplanışını izləyirlər. Məşqçilər milli komandada çıxış edən futbolçusuna qarşı münasibətin hansı səviyyədə olduğunu görür, hazırlığın necə getdiyini izləyirlər. İstəyirəm ki, Premyer Liqa klublarının məşqçiləri ilə birlikdə İngiltərə və Almaniya klublarının məşqlərində iştirak edək. Bu, məşqçilər üçün vacibdir. Hər bir məşqçi öz qarşısına məqsəd, tələb qoymalıdır. O məşqçi ki öz üzərində işləmir, nəsə öyrənmək istəmir, məncə, bugünkü dövrdə çətin özünə iş tapa bilər. Misal üçün, mən Bundesliqa oyunları zamanı stadiona bir qədər tez gedib komandaların oyun öncəsi hazırlığına diqqət yetirirəm. Klubların məşqlərini izləyirəm, sual verirəm, maraqlanıram. Bu baxımda Premyer Liqa klublarının məşqçiləri Dubaydakı toplanışda iştirak etsələr, özləri üçün nəsə öyrənə bilərlər. Bəlkə qarşılıqlı olaraq mən də nəsə öyrəndim. Müzakirə zamanı mütləq yeni nəsə aşkara çıxır. Bizim işdə bu normal prosesdir. Şübhəsiz, onlarla orada söhbət aparacağam. Biri-birimizlə açıq münasibət qurmalıyıq. Ümid edirəm ki, orada danışacaqlarımız öz aramızda qalacaq, ictimaiyyətə açıqlanmayacaq. Eyni zamanda, onların hər bir sualına cavab verməyə hazıram.

- Bəzən futbolçuların milli komandada həddən çox yüklənməsi fikirləri səslənir...
- Bizim məşq proqramımız beynəlxalq səviyyədə peşəkar futbolçu üçün tərtib edilib. Əgər futbolçular milli komandanın təlim-məşq toplanışından sonra yorğun olduqlarını deyirlərsə, bu, o deməkdir ki, onlar əvvəl yaxşı məşq etməyiblər. Hər il tibbi testdən keçirik. Oyunçuların göstəricilərinə görə məşq prosesi qurulur. Misal üçün, Bakıdakı 4 günlük təlim-məşq toplanışında texnika və taktika üzərində çalışırıq. Məşq ərzində cəmi bir dəfə dözümlülük qaçışı verirəm. Bu da həmişə olmur. 65 yaşımda mən də verdiyim tapşırıqdakı qədər qaça bilirəm. Əgər futbolçu həmin 4 günlük təlim-məşq toplanışından sonra klubuna yorğunluqla bağlı şikayət edirsə, deməli, həmin oyunçu əvvəl öz üzərində az işləyib, lazımı qədər məşq etməyib. Ona görə biz məşqçilər həmişə futbolçudan tələb etməliyik.

Xəbər 1070 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru