Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/01 | 20:37 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
22/01 | 20:09 Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
22/01 | 19:17 Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti yığma komandaların baş məşqçiləri ilə görüşüb
22/01 | 17:48 Gürcüstan – Azərbaycan oyunu başlayıb
22/01 | 17:41 Bakının “Neftçi” klubu xorvatiyalı qapıçı ilə 1,5 illik müqavilə bağlayıb
22/01 | 16:58 Azərbaycan çempionu argentinalı futbolçu ilə yollarını ayırıb
22/01 | 15:54 “Neftçi”nin sonuncu yoxlama matçındakı rəqibi müəyyənləşib
22/01 | 14:52 Azərbaycan millisinin iki futzalçısında koronavirus aşkarlanıb
22/01 | 13:51 “Sumqayıt” Antalyada son yoxlama oyununu keçirəcək
22/01 | 12:33 Bakının “Neftçi” klubu futbolçusu Harramiz Soareslə yollarını ayırıb
22/01 | 11:00 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Macarıstan təmsilçisi ilə mübarizə aparacaq
22/01 | 10:54 Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində mübarizəyə başlayır
22/01 | 10:30 Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov oyunçularla görüşüb
22/01 | 09:09 Formula 1 yarışlarının açılış mərasimlərində hərbi təyyarələrin uçuşu qadağan edilib
21/01 | 22:32 Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirinin altıncı turunda heç-heçə edib
21/01 | 20:00 “Qəbələ” yoxlama oyununda Şimali Makedoniya klubuna qalib gəlib
21/01 | 19:45 Formula 2-də debüt edəcək “Van Amersfoort” komandasının ikinci pilotu müəyyənləşib
21/01 | 18:31 “Qarabağ” klubu “Baçka Topola” ilə yoxlama oyununda məğlub olub
21/01 | 17:56 Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatının və birinciliyinin açılış mərasimi keçirilib
21/01 | 16:57 “Səbail” klubu müdafiəçi Turan Manafov ilə müqaviləni yeniləyib
21/01 | 16:19 Azərbaycanın U-18 komandası Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan yığmaları ilə qarşılaşacaq
21/01 | 16:00 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda İsveç təmsilçisi ilə qarşılaşacaq
21/01 | 15:54 Beynəlxalq Cüdo Federasiyası növbəti Olimpiya dövrü yeni qaydalar tətbiq edib
21/01 | 15:41 Bu gün üç Premyer Liqa klubu yoxlama oyunları keçirəcək
21/01 | 15:28 Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi Şəhidlər xiyabanını ziyarət ediblər
21/01 | 14:23 “Liverpul” klubu İngiltərə kuboku yarışında yeni rekorda imza atıb
21/01 | 13:31 Gürcüstan - Azərbaycan oyununu fransalı baş hakim Sedrik Pelissier idarə edəcək
21/01 | 12:06 İtaliya kuboku yarışının dörddədir finalçıları müəyyənləşib
21/01 | 11:40 Kişi voleybolçulardan ibarət Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində irəliləyib
21/01 | 10:26 Azərbaycan idmançılarını 2022-ci ildə gözləyən mötəbər turnirlər - SİYAHI
21/01 | 10:02 Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək
21/01 | 09:54 Bakı yunan-Roma güləşi üzrə dünya kuboku yarışına ev sahibliyi edəcək
20/01 | 23:50 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək
20/01 | 22:09 "Sabah" klubu Antalyada ikinci yoxlama oyununu keçirib
20/01 | 21:00 Badmintonçumuz Edi Reski Dviçayo 2750 reytinq xalı qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Slovakiya 0 0 0 0 0-0 0
2 Belarus 0 0 0 0 0-0 0
3 Azərbaycan 0 0 0 0 0-0 0
4 Qazaxıstan Moldova 0 0 0 0 0-0 0
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 14 10 3 1 30-8 33
2 Qəbələ 14 7 5 2 23-14 26
3 Neftçi 14 6 4 4 21-19 22
4 Zirə 14 6 4 4 22-16 22
5 Sabah 14 5 2 7 20-23 17
6 Keşlə 14 4 2 8 17-24 14
7 Sumqayıt 14 3 3 8 9-20 12
8 Səbail 14 3 1 10 11-29 10
Cavid Çələbiyev: “Rinqdə zərbələri hiss etmirəm
Tarix: 17.05.2016 | Saat: 13:09:00 | E-mail | Çapa göndər
O, 1992-ci il mayın 17-sində Qəbələdə anadan olub. Yeddi yaşından boksa maraq göstərib. Atasının SSRİ dövründə 71 kq çəki dərəcəsində boks üzrə Azərbaycan, habelə Latviya və Estoniyada beynəlxalq yarışlarda qalib gəlməsi, onun bu idman növünə sevgisini artırıb. Özünü dərk edəndən atasının boks əlcəkləri, diplomları, medalları idman sevgisinə yeni ab- hava qatıb. Həmin əşyalar arasında ən çox sevdiyi boks əlcəkləri olub. Əlcəklər ağır olsa da, tez-tez onlarla ilk uşaq məşqlərini edirmiş. Boksun ilk sirlərindən onu, təbii ki, atası agah edib. Sonralar oğlunun maraq və istedadını görüb onu Nəriman Abdullayevin qrupuna yazdırıb və beləliklə, rinq yolunda onun uğurlarının təməli qoyulub.

Söhbət 2013-cü ilin dünya çempionu və həmin ildə ilin idmançısı adına layiq görülən, Avropa çempionatının bürünc mükafatçısı, ustalar arasında neft ölkələri kubokunun sahibi, Kazan Yay Universiadasının mükafatçısı, dəfələrlə ölkə çempionu, cari ildə Türkiyənin Samsun şəhərində keçirilmiş Avropa təsnifat turnirində 56 kq çəki dərəcəsində qızıl medal qazanaraq, Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş boksçu Cavid Çələbiyevdən gedir. Onunla söhbətimin ilk ağlıma gələn sualı, nədənsə, belə oldu:

- Yenidən sənət seçməli olsaydın?

- Təbii ki, boksu.

- Çətindir axı...

- Çətin olmayan heç nə yoxdur. Boksu çox sevirəm, indiyədək başqa idman növü ilə heç maraqlanmamışam da. Bu yolda heç bir çətinliyi özümə maneə bilməmişəm.

- Boks zədələri bol olan idman növüdür. Bu da səni heç qorxutmadı?

- Əsla yox. Bu növə sevgimə hətta, valideynlərimin etirazı da mane ola bilmədi. O qədər istəkli idim ki, artıq onları da bezdirmişdim. Uşaqkən anam narazılığını bildirirdi. Yəqin ki, zədə alacağımdan ehtiyatlanırdı. Atam bir gün qardaşımla məni boksa yazdırmaq qərarına gəldi. Bununla sanki mənə bütün dünyanı bəxş etdi. O vaxtlar cəmi 7 yaşım var idi. Müəllimimin məsləhəti ilə ilk yarışım 13 yaşınmda Sumqayıt şəhərində olub və o zaman çempion oldum. Daha sonra bir sıra beynəlxalq yarışlarda, özündən razılıq kimi çıxmasın, qalib olmuşam. Bütün bu qarşılaşmalar qorxu hisslərini kölgədə qoydu.

- Boksda kumirin kimdir və onun hansı keyfiyyətini özündə görürsən?

- Bir boksçu kimi Mayk Taysona vurğunam. Döyüşlərini həmişə yaxından izləmişəm. Onun inadlı döyüşkənliyini özümdə hiss edirəm. Düzdür, o, ağır çəkili olduğu üçün çox elementlər üst-üstə düşmür, yəni döyüşümə yaxın deyil. Döyüş üslubuma yaxın bildiyim idmançı əslən rusiyalı, dəfələrlə Avstraliyanın bayrağı altında fəxri kürsünün yüksək pilləsinə qalxmış Kostya Szyudur. Taysonun bir cəhətini özümə yaxın görürəm: aldığı zərbələr sanki ona dəymir, heç nə hiss etmir. Zərbələrdən asanlıqla yayınaraq, rəqibinin üzərinə gedir. Mən də rinqdə çox vaxt elə hallar yaşayıram. Rəqibimin zərbəsini hiss etmirəm, həmin an ancaq əvəzində ikiqat, beşqat cavab verməyi düşünürəm.

- İlk parlaq uğuruna 2013-cü ildə Qazaxıstanın Almatı şəhərində nail olmusan. Növbəti böyük qələbəni isə Samsunda təşkil olunan Avropa təsnifat turnirində əldə etdiyin qızıl medalla və lisenziya ilə təkrarladın. Açığı, son yarımfinalda yaşananlar daha çox əks-səda doğurub və oxucularımızın marağına daha çox səbəb olub.

- Döyüşlərimin gedişi bir çoxlarına yaxından məlumdur. Yarımfinalda erməni boksçu Aram Avakyanla vuraşacağımı bilirdim və məsuliyyət birə-beş artmışdı. Axı, cəbhədə baş verənlərdən xəbərdar idim. Mütləq ona qalib gəlməliydim. İstəyimə çata bildim və bununla fəxr edirəm.

- Erməni boksçuya sənə ağır zərbə vurmaq tapşırığı verildiyi barədə söz-söhbətlər var idi.

- Ermənilər həmişə belə olublar. Düzdür, Avakyana tapşırıq verilmişdi ki, uduzsan belə ona elə bir zərbə yetir ki, finala çıxa bilməsin. Ancaq döyüş zamanı taktikasını asanlıqla başa düşdüm və arzusunu ürəyində qoydum. O, məğlubiyyətinin səbəbini hakimlərin mənə köməyində gördü. Amma onun üzərində qələbəni əldə etməyim hamının gözü qarşısında baş verdi.

- AİBA-nın peşəkar boks yarışında olimpiadaya lisenziya qazanmağa çox yaxın idin. Amma alınmadı. Buna baxmayaraq, Avropa təsnifat turnirindəki döyüşlərdə psixoloji durumun daha üstün görünürdü.

O zaman keçirdiyim beş döyüşün üçündən qalib ayrıldım. Lakin son iki döyüşdə hakim haqsızlığı ilə rastlaşdım. Bütün bunlar gücümə güc qatdı. Ona görə də, lisenziya yarışlarında daha rahat və sərbəst mübarizə apardım.

- Keçmişi kənara qoyaq və biraz gələcəkdən danışaq. Nəhayət, çətin yollardan keçib növbəti hədəfinə - "Rio-2016" Oyunlarına çatmısan.

- Uşaqlıqdan istəmişəm ki, ya biliklə, ya da hər hansı bir başqa sahədə ölkəmi tanıdım. Şükürlər olsun ki, yolum idmana düşdü. İdmançı dostlarım olimpiadada ab-havanın, hətta rinqə daxil olanda, həyəcanın belə tamam fərqli olduğunu deyirlər. Əsla, bunu özümə psixoloji kompleks etmirəm - artıq şeylərdir. Ümumiyyətlə, məndə auditoriya həyəcanı olmur. Əgər rinqə qalibiyyətə gedirəmsə, vuruşub qalib olmalıyam. İndi tək istəyim bayrağımızı dalğalandırmaq və himnimizi bizləri sevməyənlərə qulaq asdırmaqdır. Ona görə də olimpiadaya yalnız bir fikirlə gedirəm - nə olursa-olsun qalib olmaq!

- 2013-cü ildən sonra bir müddətlik sükutu cari ildə qızıl medalla pozdun.

- Bu yola tam əminliklə çıxmışam. Yəqin ki, davamlı olacaq. İdmançı dostlarımdan heç də geri deyiləm. Artıq irəliyə doğru getməyin vaxtıdır.

- Boksçulardan hansı fərqli keyfiyyəti özündə duyursan?

- Ümumiyyətlə, özümdə yalnız bir fərqli keyfiyyəti aşkarlamışam. Bunu hətta şəxsi məşqçim də deyir. Ən üstün keyfiyyətim sona kimi mübarizə aparmağım və üçüncü rinqdə belə sanki birinci rinqdəki kimi döyüşməyimdir. Nəriman müəllim tam arxayındır ki, son ana kimi inamla mübarizə aparıb qələbə qazanacağam. Məncə, daha bir üstün cəhətim mənə zərbə dəyən zaman ağrını rinqdə hiss etdirməyi sevməməyimdir. Olimpiadada da əgər belə hal yaşansa, əlimdən gələn qədər çalışacağam ki, bunu büruzə verməyim. Orada da yalnız fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq barədə düşünəcəyəm.

- Olimpiadaya yollanan idmançı üçün bürünc medal da uğurdur. Bu birincilik istəyinin arxasında gizlənən sirri aça bilərsən?

- Düzü, qalib olmaqla iki böyük arzumu həyata keçirmək istəyirəm: Bayrağımızı Braziliyada şərəflə dalğalandırmaq və atamın olimpiya çempionluğu arzusunu gerçəkləşdirmək. Atam əvvəllər boksçu kimi bir çox turnirlərin qalibi olub. Lakin olimpiya çempionu olmayıb - bu, ən böyük arzusu olub. İndi isə atamın tək istəyi övladını həm dünya, həm də olimpiya çempionu kimi görməkdir. Çox şükür dünya çempionu olmaqla, arzusunu reallaşdırdım. Qaldı olimpiya çempionu kimi onun sevincinə sevinc qatmaq. Olimpiya çempionu kimi, mənimlə fəxr etməyini istəyirəm. Ona görə də, çalışdığım qədər mübarizə aparacağam.

- Qalibiyyətdən söhbət düşmüşkən. Belə bir ifadə var: "dostun üzüntüsünə hamı, nailiyyətlərinə isə ancaq uca ruhlular qatılar".

- Deyərdim ki, əsl dost səni səndən çox sevəndir. Təbii ki, ətrafımda olan insanları yaxşı sınayıb, daha yaxşı tanıyacağam. O zaman çalıçacağam ki, dost olmayanlardan mümkün qədər uzaq gəzim. Elə indi də belə insanlar az deyil (gülür).

Aynurə PƏNAHQIZI

“İdman" qəzeti


Xəbər 1767 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.01.2021 Azərbaycan əsilli amerikalı xokkeyçi: “MHL-də oynamaq mənim arzumdur” - MÜSAHİBƏ
24.08.2020 Ayxan Abbasov: “Sumqayıt” əsl peşəkar futbolçuları Azərbaycan futboluna bəxş edəcək”
16.04.2020 "Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər"
03.04.2020 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
27.10.2017 Ağacan Abiyev: “Pis oxusam məni boksa qoymayacaqdılar”
24.08.2016 Ağacan Abiyev: Bir gümüş, bir bürünc medal komandamız üçün yaxşı göstəricidir MÜSAHİBƏ


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
“Unutma, YAŞAT!” və “Qürurla irəli!”
BATI YAR
batyyar@mail.ru
“Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
Səkinə Novruzqızı
miss.sekine@mail.ru
Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru