Kiyevdə sərbəst və qadın güləşi üzrə keçirilən ənənəvi beynəlxalq turnir davam edir. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar. Proqrama əsasən, ilk gün 48, 55, 63, 72 kq çəkidə qadın, 55, 66, 84, 120 kq-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
Xanım pəhləvanlarımızdan Mariya Stadnik (48 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ardıcıl olaraq, 2 Rusiya və 1 Ukrayna təmsilçisinə qalib gələn dünya çempionu, finalda İrina Merleniyə (Ukrayna) qalib (1:0, 1:0) gəlib.
63 kq çəkidə Olesya Zamula və 72 kq-da Dina İvanova isə bürünc medal əldə ediblər.
Sərbəst güləşçilərimizdən Yaşar Əliyev (55 kq) və İlya Xamikoyev (84 kq) çıxışlarını 3-cü yerdə başa vurublar.
Qeyd edək ki, bu gün 51, 59, 67 kq çəki dərəcələrində qadın, 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.
|