Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Formula-1” yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür
Tarix: 28.04.2016 | Saat: 18:30:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan hökuməti ilə “Formula-1” rəhbərliyi arasında “Formula-1” Dünya Çempionatı çərçivəsində Qran-pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasından iki il ötür.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib: “Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə “Formula-1” Qran-pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır. Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il “Formula-1” Avropa Qran-prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”.

“Formula-1”in ən yeni şəhər treki özündə qədimliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsunkar gözəlliyə sahib Dənizkənarı Parkın trekin ətrafında yerləşməsi Bakını “Formula-1” yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir.

Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, “Formula-1”in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. Herman Tilke əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Bakı Şəhər Halqası sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir:

“Bakı Şəhər Halqasını “Formula-1”in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Analoji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin “Formula-1” təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir. Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək. Bu baxımdan deyə bilərəm ki, “Formula-1” təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək.”

Yarış həftəsonu ərəfəsində dünya musiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran-prisini daha yaddaqalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla “Formula-1” Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş “Formula-1” azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

17-19 iyun tarixlərində Bakıda pilot və azarkeşləri nələrin gözlədiyinə şahid olmaq istəyirsinizsə, Bakı və “Formula-1”in ən yeni şəhər treki haqqında hazırlanmış video-materialı bu linkdən izləyə bilərsiniz: www.bakucitycircuit.com/az/media/video
Xəbər 776 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru