Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Payız sayğacını indidən işə salaq
Tarix: 26.04.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Nə yuxarısı zirəli, nə də aşağısı rəvan çempionat

Milli futbol çempionatının hər ötən turu "Qarabağ"ı rəqiblərindən bir qədər də uzaqlaşdırır. Komandalar bir-birinin ardınca, istər qiyabi, istərsə də əyani rəqabətdə çempiondan nə qədər uzaq olduqlarını sübuta yetirirlər. Belə bir vəziyyətdə, yarışın hansısa rəqabət ab-havasından da yazmaq xeyli çətinləşir.

Maraqlıdır ki, artıq çempionluğun statistik rəqabətində də cəmi iki klub qalıb. Elə ikinci yer uğrunda mübarizənin də belə getsə, yeri olmayacaq. Yəqin ki, debütant "Zirə"nin 11 xallıq fərqi qorumağa da cürəti çatacaq və komanda böyük tarixə uğurla başlayacaq. Əlbəttə, son turlar ərəfəsində əsas maraq kəsb edən məsələ bürünc medalçıdır. Yəqin ki, iki ənənəvi iddialının rəqabətində daha bir debütantın - "Kəpəz"in də olması çempionatın nə qədər qeyri-standart mübarizə şəraitində keçməsinin əyani göstəricisi hesab oluna bilər. Başqa zamanlarda bunu yüksələn rəqabət, inkişaf, artan səviyyəyə bağlamaq olardı. Lakin "İnter"in məlum problemləri, "Qəbələ"nin təşkilati natamamlıqları, "Neftçi"nin qürubu, AZAL-ın və "Sumqayıt"ın yeni təfəkkürə qovuşa bilməməsi, "Xəzər Lənkəran"ın isə növbəti boşa verilən ümidsizlik ili belə düşünməyə əsas vermir.

Əlbəttə, ilin sonunda oyun yeniliklərindən bəhs etmək də yersiz olardı. Bu dövrdə, əsasən, Avropa kubokları uğrunda və aşağı dəstəyə yol almaqla bağlı məsələlər daha çox gündəlikdə olur. Ən son variant isə klubların yeni mövsümlə bağlı planlarına həsr olunur. Çox təəssüf ki, bu mənada da hələlik nə bir iddia irəli sürmək olur, nə də bir sistemli-planlı addımdan danışmağın yeri var. Klublar da sanki gözləmə mövqeyindədirlər. Avropa bunlar üçün elə bir-biri ilə raqəbətdən başlanacaq. Hər hansı birinin müstəqil futbol sturukturu təsərrüfatı, planları yoxdur. Ara-sıra gündəliyə gətirilən cılız "o gedir, bu gəlir, bu biri qalır" şayiələri isə, sadəcə, menecerlik təşəbbüslərindən başqa bir şey deyil.

Hələ sentyabrda çox yeniliklərə şahid ola bilərik. Ona görə də futbolun həm daxili rəqabət, həm də avrokubok "cücə"lərini də, el məsəlinə uyğun olaraq, payızda sayacağıq.

Qeyd edilənlər bu qənaətə əsas verir ki, bu gün, ədəbi dillə desək, Azərbaycan çempionatının yuxarısının zirəsi qalmayıb, alt cəbhəsində isə rəvanlıq yoxdur. Onun məşhur Xəzər ləngərinə ehtiyacı var. Diqqət etsəniz, bu gün Avropa kubokunda yer alan klublar üçün "Zirə"nin və "İnter"in müşkülləri bəllidir. Qüvvələr nisbətində də bu məqam çox həlledici rol oynayır. Aşağı diviziona enəcək klub isə yəqin ki, təşkilati seçim məsələsinə çevriləcək. Əslində, həmişəki kimi, oraya eniş, əməli olaraq, ta yüksələnə qədər itirilən illərə çevriləcək. Çünki assosiasiyalı-liqalı, təşkilatlarımız aşağı dəstələrdə yarışların canlandırılması baxımından heç bir nailiyyətə çata bilmirlər. Həm də bu istiqamətdə heç bir planlı iş də müşahidə olunmur. Bu məqsədlə bir ara birinci dəstəyə həvəsləndirici maddi mükafat da təyin edilsə belə, onun effekt verməyəcəyi əvvəldən məlum idi. Çünki nə həmin pula klub qurmaq olar, nə də onu qazanca çevirmək mümkündür.

Futbolun inkişafı üçün əsas sərmayə barədə hələ də AFFA-da bir fikir-niyyət yoxdur. Çünki bu sərmayə heç də hansısa irreal yatırımlardan, süni meydançalardan, hansısa "top", "ulduz" layihələrindən ibarət deyil, onun məğzində əsl futbol elementləri olan silsilə tədbirlər olmalıdır.


Xəbər 1771 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru