Dünən Almaniyanın Halle şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun matçı baş tutub. İdman.com.az saytının məlumatına görə, ölkəmizi təmsil edən «Baku Fires» klubu səfərdə «Leipzig Leopards»lə qarşılaşıb. Üstün döyüş nümayiş etdirən «Bakı Alovları» növbəti qələbəsinə qazanıb - 4:1. Bununla da, naməğlub adını davam etdirib.
Fevralın 10-da «B» qrupunda daha bir görüş keçirilib. İstanbulda yerli «Istanbul Bosphorus» klubu «Mexico City Guerreros» qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə nəticələnib. «Baku Fires» qrup mərhələsində sonuncu matçını məhz Meksikada keçirəcək. Döyüşlər fevralın 17-də baş tutacaq.
«Leipzig Leopards» - «Baku Fires»:
54 kq. Dennis Villi Ceylan (Danimarka) - Məhəmməd Əbdülhəmidov (Azərbaycan) - 49:46, 47:48, 47:48
61 kq. Artur Bril (Almaniya) - Semyon Qrivaçyov (Azərbaycan) – 45:50, 45:50, 45:50
73 kq. Ştefan Hertel (Almaniya) - Nikolay Veselov (Belarus) - 45:50, 45:50, 45:50
85 kq. Kevin Küntsel (Almaniya) - Vətən Hüseynli (Azərbaycan) - 48:47, 48:47, 48:47
+91 kq. Filipp Gruner (Almaniya) - Hacı Murtuzəliyev (Azərbaycan) - Murtuzəliyev 2-ci raundda texniki nokautla qələbə qazanıb
Turnir cədvəli:
1.«Baku Fires – 27 xal, döyüşlərin fərqi – 37-8 (9 matç)
2.«Mexico City Guerreros» – 16, 24-15 (8)
3.«Leipzig Leopards» – 13, 22-23 (9)
4.«Paris United» – 12, 17-22 (8)
5.«Istanbul Bosphorus» – 11, 18-27 (9)
6.«Beijing Dragons» – 3, 6-29 (7)
|