Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Rio-2016": Olimpiya halqası ətrafında qoşaçarx dövrəsi
Tarix: 02.02.2016 | Saat: 11:30:00 | E-mail | Çapa göndər
IX yazı

“Rio-2016": Lisenziyalar necə qazanılır?

Rio-2016 Yay Olimpiya Oyunlarının bir qrup yarışı qoşatəkər üzərində - velosipedlə keçəcək. Onun da Azərbaycan üçün böyük əhəmiyyəti var. Axı, 2015-ci ilin yekunlarına əsasən, Avropa turunda müvafiq yeri tutmuş Maksim Averinin əldə etdiyi nəticələr sayəsində ölkəmiz bu idman növündə də ilk dəfə olimpiadada təmsil olunacaq.
Velosiped idmanı da olimpiya oyunlarının ayrılmaz tərkib hissəsinə çevrilib. 4 növü əhatə edəcək yarışlardan bir qismi ənənəvi hesab olunur, trekdə və yolda keçir. Qalanları isə sürətlə populyarlaşmaqdadır. "Rio-2016"ya lisenziya qazanmağın yollarını təsnifat sisteminə həsr olunmuş 9-cu məqaləmizi bu növlərə həsr edirik.

Dörd növ yarışdan biri ölkəmizə də vəsiqə qazandırıb. Kişilərin şose yürüşlərində qrup proqramında Azərbaycanın təmsilçisi də mübarizə aparacaq. Ümumən, velosipedçilərin yarışında 18 medal dəsti sahibinə çatdırılır. Ona görə də bu yarışların əhəmiyyətinə diqqət etmək lazımdır.

BMX

Qarşıdakı seçmələr - 30 may 2016 (31 may 2014-cü ildən başlanmış olimpiya reytinqi xallarının toplanması və BVİ fərdi reytinqi dövrü); 25-29 may. Medelyin, Kolumbiya (Dünya çempionatı).

Hər ölkə yarışlara 5 idmançı (3 kişi və 2 qadın) çıxara bilər. İdmançı lisenziyanı özünə deyil, ölkəsinə qazanır. Lisenziyaçıları müəyyən etmək üçün xüsusi olimpiya reytinq hesabı var. Kişilərin reytinqində ilk 4 yerin sahibi 3, 5-7-ci yerlər - 2, 8-13-cü yerlər isə 1 lisenziya əldə edirlər. Qadınlarda isə ilk 3 yer tam heyət, 4-7-ci yerlər isə 1 idmançı göndərmək fürsəti əldə edəcək.

BVİ-nin (Beynəlxalq Velosipedçilər İttifaqı) şəxsi reytinqinə gəlincə, olimpiya reytinqləri ilə (4+3 lisenziya) tam komanda formalaşdıra bilməyənlər öz ölkəsi üçün əlavə yer əldə etmiş olacaqlar. Amma hər ölkə bu yolla 1-dən artıq lisenziya qazana bilməz.

Dünya çempionatına gəlincə, bu yarış reytinqlərlə 4 kişi və 3 qadın velosipedçisinə olimpiyada vəsiqəsi ala bilməyənlər üçün son şans olacaq. Burada da cəmi 1 lisenziya sahibinə çatdırıla bilər.

Beləliklə, mundialda 5 (3 kişi+2 qadın), olimpiya reytinqində 34 (24+10), şəxsi hesabda 7 (4+3) və ev sahibinə verilmiş 2 (1+1) yer də nəzərə alınmaqla, cəmi 48 "biemiksçi" olimpiadada qələbə və 2 dəst medal uğrunda yarışacaq. Olimpiya turniri Deodorudakı 5 min yerlik BMX Olimpiya Mərkəzində avqustun 17-dən 19-dək keçiriləcək.

Dağ velosipedi

Qarşıdakı seçmələr- 24 may 2016 (25 may 2014-cü ildən başlanmış olimpiya reytinqi xallarının toplanması dövrü).


Hər ölkə mauntinbayk da adlandırılan dağ velosipedi yarışında 3 kişi və 2 qadın idmançı ilə təmsil oluna bilər. Həm də hər "dağçı" vəsiqəni özünə deyil, ölkəsinə qazanır. Olimpiya təsnifat reytinqinin iki əsas tərkib hissəsi olur: birincisi, dərə-təpə (kross-kantri) proqramı üzrə 2015-ci il mayın 25-dək BVİ-nin ölkələr üzrə reytinqi və 2016-cı ilin eyni dövrü üçün analoji reytinqinə görə olan vəziyyət əsas götürülür. Bu hesablamalarda BVİ-nin fərdi təsnifatında 3 ən yüksək reytinqə malik idmançının nəticəsi də nəzərə alınır.

Kişilərdə ən yüksək reytinqə malik 5 ölkə olimpiadaya 3 dağ velosipedçisi ilə yollana biləcək. 6-13-cü yerlərin sahibləri 2, 14-23-cü yerləri qazananlar isə 1 kişi idmançı ilə mübarizəyə qoşulacaqlar.

Qadınlarda 8 ən yaxşı ölkə 2, 9-17-ci yerlərin sahibləri isə 1 idmançı ilə olimpiya müsabiqəsində yer alacaqlar.

Afrikadan Mavritaniya və CAR, Amerikadan Braziliya və Kolumbiya, Asiyadan Yaponiya və Çin, Okeaniyadan Avstraliya və Yeni Zelandiya ən azı bir kişi idmançı ilə yürüşə qoşulacaqlar. Qadınlarda isə CAR, Meksika, Çin və Avstraliyanın bir idmançısı üçün lisenziyası var. Ümumiyyətlə, 50 kişi, 30 qadın dağ velosipedçisi olimpiya mükafatları uğrunda mübarizə aparacaqlar.

"Dağçılar" Deodoruda 5 min oturacaqlı, 20 min ayaqüstü tamaşaçı yeri olan Dağ Velosipedi Parkında avqustun 20-21-də yarışacaqlar.

Şose velosipedi

Qarşıdakı seçmələr - 31 may 2016 (1 iyun 2015-ci ildən hesablanması başlanmış BVİ Dünya turu çərçivəsində qadınların reytinq xallarının təsnifatı dövrü).

Ölkələr şose yarışlarına da 5 kişi və 4 qadın velosipedçi çıxara bilərlər. Onların hamısı qrup yürüşünə qatıla biləcəklər. Fərdi zamanla təqibetmə yürüşündə həm qadın, həm də kişilərdə bir ölkədən yalnız 2 idmançıya şans veriləcək. Bütün seçmə yarışlarda idmançılar olimpiya lisenziyasını ölkələri üçün əldə edəcəklər.

Ev sahibi Braziliyaya 2 yer ayrıldığı olimpiya yarışına, Dünya turunda 2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, kişilərdə 5 ən yüksək reytinqli ölkə (İspaniya, İtaliya, Kolumbiya, Böyük Britaniya və Belçika) 5, 6-15-ci yerlər (Fransa, Niderland, Avstraliya, Almaniya, Portuqaliya, İsveçrə) 4 idmançı yollayacaqlar. Lakin bu reytinqin ilk 15-liyində olan ölkələrdən Norveçin 1, Polşa, Çexiya və Sloveniyanın 3 idmançısı (qalanları Avropa turundan) bu hüquqa sahib çıxıb. Eyni zamanda, bu qayda ilə 15 ölkə həmçinin fərdi təqibetməyə 1 idmançı çıxaracaq. Dünya turundan savayı, Avropa turu da lisenziya verir. Həmin dövrə olan məlumata əsasən, ilk 6 ölkə (buna qədər tam tərkibli lisenziyası olmayanlar arasından, Ukrayna, Rusiya, Danimarka) 3, sonrakı 10 ölkə isə (Avstriya, Belarus, Türkiyə, Litva, Estoniya, İrlandiya, Latviya, Xorvatiya və İsveç) 2 idmançı göndərirlər. Eyni zamanda, ilk 6 yerin sahibi olan ölkə fərdi təqibetməyə də bir idmançı çıxarır. Bunlardan savayı, qitələr üzrə Yeni Zelandiya, Efiopiya, Namibiya, BƏƏ, Honq Konq, Dominikan Respublikası və Meksika da bir vəsiqə əldə ediblər. BVİ daha 4 velosipedçini reytinqdən kənar seçəcək. Beləliklə 144 idmançı qrup yürüşünə qoşulacaq. Zamanla fərdi təqibetmə yarışında isə onlardan 40-ı mübarizə aparacaq.

Qadınlarda Dünya turunun nəticələri yalnız bu il mayın 31-nə olan vəziyyətə görə təyin ediləcək. İlk 5-lik olimpiadaya tam heyət (4 idmançı) göndərəcək. 6-13-cü yerlər 3, 14-22-ci yerlər 2 velosipedçi ilə təmsil olunacaqlar. İlk 15 yerin sahibi, həm də fərdi təqibetməyə bir idmançı çıxaracaq. Qadınların qrup yürüşündə 67 idmançı mübarizə aparacaq və onlardan 25-i həm də fərdi təqibetmədə mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, 2015-ci il sentyabrın 19-dan 27-dək ABŞ-ın Riçmond şəhərində keçirilmiş dünya çempionatı da zamanla fərdi təqibetmə yarışına həm kişilərdə (Belarus, İtaliya, Fransa, İspaniya, Niderland, Avstraliya, Almaniya, Polşa, Çexiya, ABŞ), həm də qadınlarda (Yeni Zelandiya, Niderland, Almaniya, Avstraliya, ABŞ, Belarus, Belçika, Rusiya, Çexiya və Kanada) daha 10 vəsiqənin sahibini müəyyən edib. Beləliklə, digər lisenziyaları da nəzərə almaqla, bəzi ölkələrin fərdi təqibetmədə iki idmançı ilə təmsil olunması qaydası müəyyən edilmiş olur.

Qeyd edək ki, BVİ-nin ölkələr üzrə reytinqi ilə seçilməyənlər də Dünya Turunun fərdi təsnifatına əsasən, qrup yarışlarında ölkəsinə bir lisenziya qazandırmaq şansı əldə edirlər. Özü də onlar bu hüquqa yalnız daha çox lisenziyası olan digər ölkələrin bu imkanlarını əlindən almaqla yiyələnəcəklər. Buna görə fərdi reytinqə də xüsusi diqqət yetirilməlidir.

Bu mənada kişilərdə ölkəmizin də bir lisenziyası artıq təmin olunmuş sayılır. Avropa turunun nəticələrinə əsasən, Azərbaycanın qrup yarışlarında bir idmançısı mübarizə aparmaq hüququ əldə edir. Dünya turundan Slovakiya və Lüksemburq, Afrikadan Tunis və Ruanda, Amerikadan Ekvador, Qvatemala və Çili, Avropadan isə ölkəmizlə yanaşı, Serbiya, Yunanıstan, Bolqarıstan və Rumıniya da bu hüquqa sahib çıxırlar.

Şoseçilər Kopakabana zonasında yerləşən "Flamenqu park"da avqustun 6-dan 10-dək yarışacaqlar.

Trek velosipedi

Qarşıdakı seçmələr - 29 fevral 2016 (15 iyul 2014-cü ildən başlanmış olimpiya xallarının toplanmasına təsir göstərən nəticələrin təsnifatı dövrü).

İştirakçı ölkələr olimpiadaya ən çox 8 kişi və 7 qadın idmançı ilə yollana biləcəklər. Amma hər ölkə (digər proqramlarda lisenziya qazanmış idmançının hesabına) həm kişi, həm də qadınlarda daha bir əlavə vəsiqəyə ümid edə bilər. Seçmə mərhələdə hər kəs yalnız ölkəsinə lisenziya qazanır.

Fərdi proqram üzrə sprint və keyrində ölkənin şərəfini yalnız iki, omniumda isə bir idmançı qoruya bilər. Komanda təqibetmə yarışlarında həm kişi, həm də qadınlarda heyətə 4, komanda sprintində isə 3 kişi və 2 qadın velosipedçi cəlb olunacaq. Lisenziyalar BVİ reytinqinə görə veriləcək və buraya son iki qitə və dünya çempionatları, dünya kubokları daxildir.

Reytinqin ilk doqquzluğu komanda sprintində yarışmaq hüququ əldə edəcək. Amma bu mütləq hesabat deyil. Çünki qitələrə maksimal iştirakçı limiti tətbiq edilib. Məsələn, Avropadan 5-dən artıq komanda ola bilməz. Bu ölkələr fərdi sprint və keyrində iki idmançı ilə təmsil oluna bilərlər. Lakin onlar komanda sprintinin iştirakçıları arasından seçilməlidirlər. Fərdi sprint və keyrində həm də artıq seçilmişlər istisna olmaqla, qalan 9-luqdan seçiləcəklər. Özü də bu doqquzluqda bütün qitələrin təmsilçiləri yer almalıdırlar.

Komanda təqibetməsinə də reytinqin ilk doqquzluğu vəsiqə alacaq. Avropa üçün limit 6 təmsilçidir.

Olimpiya reytinqinin ilk 18 ölkəsi omniumda təmsil olunacaq. Avropa üçün limit 8 iştirakçıdır.

Trek yarışları 7500 nəfərlik Rio Olimpiya Velodromunda (və ya Barra velodromu) təşkil olunacaq. Komanda sprinti və təqibetməsinin hər birində 9, fərdi sprint və keyrinin hərəsində 27, omniumda 18 yarış iştirakçısı olmaqla, 99 kişi və 90 qadın velosipedçi Rioya yollanacaq.

BATI YAR

Xəbər 930 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru