Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
09/12 | 16:46 Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
09/12 | 15:37 Bakıda ilin son gimnastika çempionatları keçiriləcək
09/12 | 14:35 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09/12 | 13:46 Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb - STATİSTİKA
09/12 | 13:04 Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
09/12 | 12:08 Premyer Liqa: “Kəpəz” Qəbələ səfərində, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edir
09/12 | 11:15 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
09/12 | 10:36 Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib
08/12 | 20:01 Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri start götürüb
08/12 | 18:00 Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb
08/12 | 17:49 Azərbaycan badminton millisi Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə başlayıb
08/12 | 14:38 Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı müəyyənləşib
08/12 | 14:33 Güc idman növləri üzrə Azərbaycan yığması dünya çempionatının qalibi olub
08/12 | 14:31 “Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
08/12 | 09:11 Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib
08/12 | 09:02 Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər bəlli olub
07/12 | 18:21 Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub
07/12 | 16:44 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
07/12 | 14:21 Azərbaycan çempionatı: “Birbaşa Bakı” və “Zirə” mövsümə qələbə ilə başlayıblar
07/12 | 13:17 İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
07/12 | 13:00 Azərbaycan millisinin 4 boksçusu ölkə çempionatında yarımfinala yüksəlib
07/12 | 09:12 Güləş üzrə "Təhsil" turnirində ikinci günün qalibləri müəyyənləşib
07/12 | 09:08 Milli Olimpiya Komitəsi ilin yekunları ilə bağlı qala gecəsi keçirib
07/12 | 09:01 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06/12 | 19:11 AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıb
06/12 | 16:48 Azərbaycan badmintonçuları Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaqlar
06/12 | 12:44 “Formula-1”: Gələn il Azərbaycan Qran-Prisində sprint yarışı olmayacaq
06/12 | 09:00 Azərbaycanın qadınlardan ibarət yığması Millətlər Liqasını qələbə ilə başa vurub
06/12 | 08:53 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
06/12 | 08:46 Güləş üzrə “Təhsil” turnirində ilk günün qalibləri müəyyənləşib
05/12 | 17:55 Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək
05/12 | 13:01 17 yaşadək badmintonçular arasında ölkə birinciliyində 5 kateqoriya üzrə qaliblər müəyyənləşib
05/12 | 12:57 Azərbaycan paracüdoçuları Tokioda daha iki medal qazanıblar
05/12 | 12:38 Vüqar Həşimov Memorialının proqramı açıqlanıb
05/12 | 10:53 Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 11 6 2 3 21-10 20
3 Səbail 11 6 2 3 15-11 20
4 Araz-Naxçıvan 11 5 3 3 19-17 18
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan-Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
Azad Rəhimov: «Çalışırıq ki, Azərbaycanda hər ay idman hadisəsi olsun»
Tarix: 09.02.2012 | Saat: 19:41:00 | E-mail | Çapa göndər
Bu gün Gənclər və İdman Nazirliyində bədii gimnastika üzrə 2014-cü il Avropa çempionatının Bakıya etibar edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidiger, qurumun direktoru xanım Kirs Erofejef Engman və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan nazir A.Rəhimov bildirib ki, son danışıqlara əsasən 2014-cü ildə Bakı 3-cü dəfə Avropa çempionatına ev sahibliyi edəcək: “Bu Avropa Gimnastika İttifaqının Azərbaycan və Gimnastika Federasiyasına verdiyi yüksək qiymətdir. Qitənin ən möhtəşəm yarışı “Koroğlu” metrosu yaxınlığında inşa ediləcək Gimnastika Olimpiya Kompleksində keçiriləcək. Artıq biz tikintini aparan şirkətlə danışmışıq və onlar Avropa çempionatına kimi hər şeyin hazır olacağını deyiblər. Yarış həm də, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya verməsi ilə fərqlənəcək”.

Nazirin sözünə görə, 2011-ci ilin Azərbaycanda “İdman ili” elan olunması ilə bağlı çalışırlar ki, yarışlar bir-birini əvəzləsin: “Bildiyiniz kimi, bu il “İdman ili”dir. Sabah Bakıda karate üzrə gənclər və yeniyetmələr arasında Avropa çempionatı start götürür. Əsas məqsədimiz Bakıda möhtəşəm yarışların keçirilməsidir. Şahmat üzrə iddiaçıların turnirinin paytaxtımızda keçirilməsi ilə bağlı namizədliyimizi vermişik. Hazırda bu istiqamətdə müzakirələr gedir. Fevralın 15-də Bakı-2020-nin sifariş ərizəsini təhvil verməliyik. Bir sözlə, çalışırıq ki, Azərbaycanda hər ay, bəlkə də hər həftə idman hadisəsi olsun”.

A.Rəhimov Gimnastika İdman Kompleksində digər yarışların da keçirilə biləcəyini deyib: “Bu mərkəz şəhərin girişində inşa edilir. Tikintidən öncə kompleksin daha möhtəşəm olması üçün Avropa və dünya gimnastika federasiyaları ilə müzakirələrimiz olub. Yüksək səviyyədə olacaq. Əvvəlcə burada 6 min tamaşaçı tutumu nəzərdə tutulsa da, sonradan 12 minə kimi artırıldı. Əsas məqsədimiz bunun həm də Olimpiya Oyunları üçün cavab verməsidir”.

F.Qayıbov, öz növbəsində, tikintinin İngiltərə şirkəti tərəfindən aparıldığını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Onun sözünə görə, kompleksdə 2 zal olacaq: “Burada əsas zalla yanaşı, əlavə zal da olacaq. Bu isə gimnastikadan əlavə idman növləri üçün də nəzərdə tutulub”.

R.Heidiger Avropa çempionatının Azərbaycana etibar edilməsindən məmnun olduqlarını bildirib. O deyib ki, ölkəmiz həmişə belə möhtəşəm yarışlara uğurla ev sahibliyi edib: “Bizə yenidən burada olmaq xoşdur. Avropa Gimnastika Federasiyasının prezidenti də buraya gələcəkdi, lakin Fransada bəzi problemlərə görə səfər təxirə salındı. Biz İcraiyyə Komitəsinin son iclasında Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar verdik. Bunun da 3 əsas səbəbi var: Birincisi 2005, 2007 və 2009-cu illərdə Bakı dünya və Avropa çempionatının yüksək səviyyədə keçməsi üçün Azərbaycan hökuməti və Azərbaycan Gimnastika Federasiyasının bu idman növünə xüsusi diqqətinin şahidi olmuşuq. İkincisi, Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastika Federasiyasının ən önəmli tərəfdaşıdır. Üçüncüsü, gimnastikaya ölkənizdə xüsusi maraq və çox yüksək səviyyədə qayğı var. Bu səbəblərdə də biz inanırıq ki, Azərbaycan Avropa çempionatını layiqincə keçirəcək”.

Avropalı qonaq Avropa çempionatına qatılacaq ölkələrin təxmini sayını da açıqlayıb: “Bu çempionat iyunun 9-14-də keçiriləcək. Burada təxminən 21 ölkədən 120 böyük və 25 ölkədən eyni sayda yeniyetmənin iştirak edəcəyi gözlənilir. Qaliblər böyüklərin və yeniyetmələrin qrup, böyüklərin şəxsi mübarizəsində müəyyənləşəcək”.

Bakıda ilk dəfə olduğunu deyən K.Engman, Bakıda hər şeyin əla olduğunu bildirib: “Burada hər şey yüksək səviyyədədir. Düzdür, hava şəraiti ilə əlaqədar hələ Bakını yaxşı gəzə bilməmişəm. Lakin gimnastların treninqində oldum bundan çox razı qaldım”.
Qeyd edək ki, Avropa çempionatı bundan öncə 2007 və 2009-cu illərdə Bakıda keçirilib.
Xəbər 1323 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.12.2023 Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub
07.12.2023 İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
21.11.2023 Dünya çempionatında uğur qazanmış Azərbaycan gimnastları Vətənə qayıdıb
18.11.2023 Azərbaycan gimnastları dünya yaş qrupları yarışında gümüş medal qazanıblar
18.11.2023 Azərbaycan gimnastları beynəlxalq yarışlarda finala və yarımfinala yüksəliblər
11.11.2023 Azərbaycan gimnastı dünya çempionatında qızıl medal qazanıb
11.11.2023 Azərbaycan gimnastları ilk dəfə tamblinq üzrə komanda hesabında dünya çempionu olublar
10.11.2023 Bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib
06.11.2023 Azərbaycanın 5 gimnastı dünya çempionatında iştirak edəcək
01.11.2023 Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və açıq Bakı birinciliyinə start verilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru