Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rio-2016: Olimpiya medalı sürpriz olmayacaq növlər
Tarix: 01.12.2015 | Saat: 11:32:00 | E-mail | Çapa göndər
III yazı

Lisenziyalar necə qazanılır?

2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya yarışları davam edir. Braziliyada keçiriləcək olimpiadaya lisenziyaların qazanılması yolları ilə bağlı üçüncü məqaləni təqdim edirik. Bu dəfə olimpiada zamanı medal qazanılması qeyri-adi qarşılanmayacaq, daha doğrusu, uğurları çoxdan gözlənilən növlərdən söhbət açacağıq. Olimpiya lisenziyalarına həsr olunmuş ilk yazıda haqqında söhbət açdığımız gimnastika yarışları ilə yanaşı, bu növlər arasında ağırlıqqaldırma, taekvondo və atletika da yer alır.

Olimpiadaya daha 4 lisenziya

Söz vaxtına çəkər, srağagün ABŞ-ın Hyuston şəhərində başa çatmış dünya çempionatı ağırlıqqaldıranlarımızın uğurları ilə yadda qalıb. Kişilər komanda hesabında 5-ci yeri tutublar. Valentin Xristov (62 kq) 317 kiloqram (141+176) nəticə ilə bütün proqramlarda bürünc medal qazanıb və yekun 3-cü yer komandamıza 23 xal qazandırıb. Firudin Quliyev (69 kq) təkanla qaldırmada 185 kq-ı ram etdikdən sonra, iki cəhddə 188 kq-ın öhdəsindən gələrək, gümüş medal sahibi olub. «B» qrupunda yarışsa da, Elxan Əliquluzadə (77 kq) 190 kq, sonra 197 kq və nəhayət, 203 kq nəticə ilə təkanla qaldırmada yalnız Nicat Rəhimovdan (207 kq) geri qalıb və gümüş medal qazanıb. Onların hər biri ümumi hesabda 6-cı yerlə (Firudin – 331 kq=143+188; Elxan – 357 kq=154+203) komandaya 20 xal qazandırıblar. Onlardan savayı, 94 kq-da İntiqam Zairov (9-cu yer, 380 kq=173+207) və Rövşən Fətullayev (12-ci yer, 373 kq=166+207) 31, 105 kq-da Dadaş Dadaşbəyli (9-cu yer, 395 kq=185+210) 17 xal qazanmaqla, komanda hesabını 111 xala çatdırıblar. Bir il əvvəl Azərbaycan Qazaxıstandakı dünya çempionatında 23 xalla 31-ci yeri tutmuşdu.

Ağırlıqqaldıran qadınların dünya çempionatında Boyanka Minkova Kostova (58 kq) 252 kiloqram (112+140) nəticə ilə birdən qaldırmada və ümumi nəticədə dünya rekordunu yeniləyərək, hər 3 proqram üzrə qızıl medala sahib olub. Bu, komanda hesabına 28 xal deməkdir. Ondan savayı, 69 kq-da Anastasiya İbrahimli (13-cü yer, 230 kq=100+130) hesaba daha 13 xal daxil edib. Nəticədə, yığma 41 xalla 23-cü yeri tutub. Bir il əvvəl komanda 19 xalla 31-ci olmuşdu. Ümumi hesaba görə, artıq ölkəmiz olimpiya oyunlarına daha 4 lisenziyanı təmin edib. Dünən beynəlxalq federasiyanın yaydığı məlumata görə, nəticələrlə bağlı son qərar dekabrın 4-də elan ediləcək. Qeyd edim ki, ötən olimpiadada Azərbaycan bu növdə olimpiya medalı qazanmış 60 ölkə siyahısında yer alıb. Bürünc nailiyyətin müəllifi Valentin Xristov idi.
Beləliklə, ümumi hesabları aparmağa başlayaq.

Ağırlıqqaldırma

Qarşıdakı seçmələr– 20 iyun 2016 (2014-cü il iyunun 14-dən başlanmış olimpiya reytinq xalları təsnifat dövrü); 10-16 aprel 2016- Ford, Norveç (Avropa olimpiya təsnifat turniri).

2014-cü ilin Qazaxıstandakı və noyabrın 20-dən 29-dək ABŞ-ın Hyuston şəhərindəki dünya çempionatları əsas təsnifat yarışları idi. Dünya çempionatlarına əsasən, hər ölkənin olimpiadada ən çoxu 6 kişi və 4 qadın idmançıya güvənmək imkanı var. Bunun üçün dünya çempionatlarının nəticəsində kişilər arasında ilk 6 yeri tutan komandalar hərəsi 6 (Rusiya, Qazaxıstan, Şimali Koreya, Belarus, Çin və Misir), 7-12-ci yerləri tutanlar 5 (İndoneziya, Özbəkistan, İran, Kolumbiya, Moldova və Tailand), 13-18-ci yerlər 4 (Polşa, AZƏRBAYCAN, Cənubi Koreya, Almaniya, Ukrayna və Ermənistan), 19-24-cü yerlər isə 3 (Fransa, Vyetnam, Gürcüstan, İspaniya, Çin Taypeyi, Bolqarıstan – cəzalı, Rumıniya – 2 ya 3) idmançı aparacaqlar. Bir sözlə, iki dünya çempionatının yekununa əsasən, 108 olimpiyaçı məlum olacaq. Qadınların mundialları isə 1-9-cu yerlər üçün 4 (Çin, Rusiya, Şimali Koreya, Qazaxısstan, Tailand, Çin Taypeyi, Kolumbiya, Belarus və Yaponiya), 10-16-cı yerlər üçün 3 (Ukrayna, Cənubi Koreya, Venesuela, Misir, ABŞ, Meksika və Türkiyə), 17-21-ci yerlər üçün 2 (Ekvador, Dominikan Respublikası, Ermənistan, İndoneziya, Rumıniya – 1 ya 2)- ümumən 67 idmançıya lisenziya verəcək. Hər ölkə Rio Oyunlarına bir çəkidə iki idmançı çıxara bilər. İdmançılar, fərdi təsnifatı çıxmaq şərtilə, vəsiqəni öz ölkələri üçün qazanırlar.

4 lisenziya ölkəmiz üçün hələ son deyil. Qarşıda reytinq təsnifatı və yarış da var. Qitələr üzrə təsnifat yarışlarının yekununda Avropadan kişilər üçün 1-7-ci yerlərin sahibləri daha 7, qadınlarda isə 1-6-cı yerlərə daha 6 idmançını olimpiadaya aparmaq hüququ veriləcək.

Fərdi mübarizədə isə 2014-cü ildə Xoşməramlı Oyunlar, dünya çempionatı, Asiya Oyunları, qran-prilər, 2015-ci ildə gənclərin dünya çempionatı, Sakit Okean Oyunları, Panamerika Oyunları, dünya çempionatı, qran-prilər, 2016-cı ildə qitələrin seçmə turnirləri və qran-prilər daxildir.

Kişilərdə 8 vəsiqənin taleyi 2016-cı il iyunun 20-də bəlli olacaq reytinqlə müəyyənləşdiriləcək. Qadınlarda eyni qaydada 7 lisenziya sahibini tapacaq. Maraqlıdır ki, hər ölkə fərdi təsnifatda həm kişi, həm də qadınlarda daha bir lisenziya sahibi olmaq imkanına malikdir.

Rio de Janeyroda olimpiya turnirini «Riosentru»nun 6500 yerlik 6-cı pavilyonu qəbul edəcək. Burada avqustun 6-dan 16-dək kişilər 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq və +105 kq; qadınlar 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq, 75 kq və +75 kq çəki dərəcələrində qalib və mükafatçıların adlarına aydınlıq gətirəcəklər. Onu da əlavə edək ki, ağırlıqqaldırmada adi turnirlərdən və çempionatlardan fərqli olaraq, medal yalnız iki cəhdin cəminə görə verilir. Ümumən, 260 (104 qadın) ağırlıqqaldıran yarışacaq. Braziliya ev sahibi qismində kişilərdə 3, qadınlarda 2 vəsiqəni təmin edib. 10 lisenziyanın sahibini «üçlər komissiyası» təyin edəcək.

Taekvondo

Qarşıdakı seçmələr – 31 dekabr 2015 (2014-cü il mayın 1-dən başlanmış olimpiya reytinq xalları təsnifat dövrü); 16-17 yanvar 2016. İstanbul, Türkiyə (Avropa olimpiya təsnifat turniri).

Çoxdandır iddialı olduğumuz bu növdə ilk olimpiya uğurunun axtarışındayıq. Avropa Oyunlarından sonra bu ümid daha əsaslı şəkil alıb. Hər çəki dərəcəsində milli olimpiya komitələri olimpiadaya yalnız bir idmançı çıxara bilər. Həm də hər bir taekvondoçu əldə etdiyi vəsiqəni öz adına qazanır və onu başqa heç kim əvəz edə bilməz.

Dünya Taekvondo Federasiyasının olimpiya reytinqinin son yarışı 4-5 dekabr Meksika qran-prisi olacaq. 2015-ci ildə buna qədər keçirilən və reytinqdə nəzər alınan yarışlar isə Moskva (Rusiya, 14-16 avqust 2015), Samsun (Türkiyə, 18-20 sentyabr 2015) və Mançester (Böyük Britaniya, 6-8 oktyabr) qran-priləri olub. Hər çəki dərəcəsində ən yaxşı 6 dayanq ustası (hər ölkədən yalnız bir nəfər olmaqla) Rio-2016-ya vəsiqə ilə tmin ediləcək.

Avropa təsnifat turnirində isə olimpiya lisenziyasına sahib çıxmaq üçün hər çəkidə mütləq finala adlamaq lazımdır. Özü də bu yarışlarda həm qadınlarda, həm də kişilərdə 2 lisenziya qazanmış ölkələr iştirak edə bilməz. Buna görə də şanslar bir qədər yüksək olacaq.

Olimpiya turnirində 128 (64 qadın və bir o qədər də kişi) idmançı qüvvəsini sınayacaq. Beləliklə, reytinq üzrə 48, təsnifat yarışlarında isə 72 idmançı seçiləcək. Təsnifatlar üçün qitələr üzrə limit belədir: Avropa — 16, Afrika — 16, Amerika — 16, Asiya — 16 və Okeaniya — 8 taekvondoçu. Daha 4 lisenziyanı «üçlər komissiyası» verəcək. Ev sahibi də 4 idmançı ilə yarışlara qatılmaq hüququna malikdir.

Azərbaycan idmançılarının noyabrın 1-nə olan reytinq vəziyyəti belədir:

Kişilərdə

58 kq (6-cı yerin reytinqi – 249,82 xal). Mikayıl Əliyev (28-ci yer, 96,17 xal)
68 kq (277,51). Ayxan Tağızadə (17-ci yer, 134,74- ölkələrin hərəsinə 1 yer hesabı ilə 11-ci)

80 kq (242,10). Milad Beygi Harçeqani (35-ci yer, 87,51 xal);
+80 kq (249,82 xal). Radik İsayev (3-cü yer, 327,67 xal – 1-ci və 2-ci yerdə Özbəkistan idmançıları olduğundan, 2-ci yer);

Qadınlarda

49 kq (6-cı yerin reytinqi – 258,04 xal). Patimat Abakarova (20-ci, 136,81 xal);
57 kq (249,05). Günay Ağakişiyeva (48-ci, 61,40);

67 kq (286,54). Fəridə Əzizova (12-ci, 199,39 - ölkələrin hərəsinə 1 yer hesabı ilə 10-cu);

+67 kq (303,47). Marina Tedeyeva (45-ci, 50,07).

Olimpiadanın taekvondo proqramı üzrə yarışlar avqustun 17-20-də Barra Olimpiya parkında və ya «Karioka Arena»nın 2-ci zalında keçiriləcək.

Avarçəkmə

Qarşıdakı seçmələr – SLALOM - 13–15 may 2016. Liptovski-Mikulaş, Slovakiya (Avropa çempionatı); KANOE-KAYAK – 18-19 may 2016. Duysburq, Almaniya (Avropa olimpiya təsnifat turniri); AKADEMİK AVARÇƏKMƏ - 22–25 may 2016. Lütsern, İsveçrə (Qitələrarası olimpiya təsnifat turniri).

Bu yarışlarda dünya və Avropa arenasındakı uğurlar olimpiya uğurlarına da zəmin yaradıb. Avarçəkmə iki idman növünü əhatə edən bir yarışdır. Olimpiada bölgüsündə kanoe və akademik avarçəkmə fərqli növlər sayılır. Kanoe özü də iki qismə bölünür. Kanoe və kayak üzrə sprint və slalom yarışları növün tərikbindədir.

Kanoe yarışlarında əsas mərhələ avqustun 19-dan 23-dək İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatı idi. İnna Osipenko-Radomskaya burada iki proqram üzrə yarışlarda olimpiyaçı olmaq hüququ əldə edib. O, 200 m və 500 m məsafələrdə mübarizə aparacaq. Bu yarışlarda da hər bir ölkə olimpiadaya ayrı-ayrılıqda proqramlar üzrə yalnız bir qayıq çıxara bilər. Beləliklə, bir ölkənin olimpidada kişi kayakında 8, qadınlarda 6, kişi kanoesində 4 idmançı ilə mübarizə aparmaq imkanı var. Dünya çempionatında 4-nəfərlik kayaklarda 1 km-ə yürüşdə 10 (qitələr üçün ayrılmış limit nəzərə alınmaqla, həm qadınlarda, həm də kişilərdə), təkyerlik kayaklarda 200 metrdə hərəsi həm kişi, həm də qadın yarışları üçün 8, kişilərin 1 km-ə təkyerlik kayak və 200 metrə təkyerlik kanoe, nadınların 500 metrə təkyerlik kayak yürüşündə 7, qalan proqramlar üzrə (kişilərdə - 200 m və 1000 m-ə ikinəfərlik kayak, 1000 metrə təkyerlik kanoe və 1000 metrə ikinəfrlik kanoe; qadınlarda – 500 metrə ikiyerlik kayak) 6 lisenziya qazanmaq mümkün idi. Əgər bir idmançı bir proqramdan çox lisenziya əldə edirsə, həmin ölkəyə olimpiadada uzun məsafələrə çoxyerlik komanda yürüşündə yalnız bir vəsiqə ayrılacaq. Bu halda qalan boş yerlər digər namizədlər arasında bölüşdürülür.

Avropa təsnifat turnirində ölkələr yalnız lisenziya qazanmadıqları prqramlar üzrə çıxış edə bilərlər. Duysburqda yalnız qadınların və kişilərin dördyerlik kayak yarışları üzrə turnir keçirilməyəcək. Kişilərin 100 metrə ikinəfərlik kanoe yürüşündə 4, qalan növlər üzrə 2 lisenziya uğrunda gərgin mübarizə olacağı gözlənilir. Dünya çempionatında olduğu kimi, burada da bir idmançı iki və daha çox proqramda lisenziya sahibi olarsa, ölkəsinə uzun məsafələrə çoxyerlik yürüşlərdə iştirak etmək üçün bir lisenziya da qazandırmış olacaq. Amma Avropa təsnifatında hər ölkəyə 2-dən artıq lisenziya qazanmağa icazə verilmir. Buna uyğun olaraq, olimpiya vəsiqələrinin yenidən bölüşdürülməsi də mümkündür.

Slalomçuların mübarizəsində ölkələr hər proqram üzrə yalnız bir qayıqla çıxış etmək hüququna malikdirlər. Deməli, hər bir ölkə bu növ üzrə yarışlarda 4 kişi və 1 qadın idmançı ilə təmsil oluna bilər. Özü də hər idmançı lisenziyanı özü üçün deyil, ölkəsinə qazanır. Olimpiadaya ilkin təsnifat yarışı Böyük Britaniya paytaxtı Londonun «Li Valley» parkında sentyabrın 16-20-də keçirilmiş dünya çempionatı idi. Kişi və qadınların fərdi kayak yarışında ilk 15-likdə, kişilərin təknəfərlik kanoesində ilk 10-luqda, ikinfərlik kanoelərdə ilk 8-likdə yer alan komandalar qalıblar. Bu hesabatda ev sahibi ölkənin təmsilçilərinin tutduqları yerlər nəzərə alınmayıb. Azərbaycanın bu yarışlarda bir lisenziyası var. Birnəfərlik qayıqla mübarizədə Yure Meqliç ölkəmizə lisenziya qazandırıb.

Avropa çempionatında, kişilərin ikinəfərlik kanoesi istisna olmaqla, qalan proqramlarda bir lisienziya alacaqlar. Bu qayda yalnız dünya çempionatında lisenziya qazanmamış ölkələrə aiddir. Kişilərin cütlüklərdəki nailiyyətləri yalnız dünya çempionatı ilə ölçülür. Çünki bu proqram üzrə hər bir qitəyə müəyyən limitlər qoyulub.

Akademik avarçəkmənin əsas lisenziya yarışı avqustun 30-dan sentyabrın 6-dək Fransanın Egebele şəhərində keçirilən dünya çempionatı idi. Bu növ üzrə də hər ölkə müxtəlif proqramlar üzrə yarışlara bir qayıqla çıxa bilər. Olimpiadaya lisenziya qazanmış ölkələrdən növbəti yarışlara da eyni proqram üzrə həmin idmançıları çıxarmaq tələb olunur.

Dünya çempionatında ölkəmizin bir lisenziyası artıq təmin edilib. Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət cütlük bu hüquqa 2 km-ə yürüşdə sahib çıxıblar. Kişilər həm qoşaavarlı, həm də uzunkürəkli iki və dördnəfərlik, eləcə də səkkizyerlik və qoşaavarlı yüngül dördnəfəlik, qadınlar isə uzunkürəkli həm ikinəfərlik, həm də dördnəfərlik, səkkiznəfərlik qayıqların hər birində 2 vəsiqə uğrunda mübarizə aparacaqlar. Qadınlar qoşaavarlı ikinəfərlik qayıqlarla 4 yer uğrunda yarışacaqlar.

Fərdi və cütlərin yüngül çəkili qayıqlarında yalnız Avropa ölkələri ilə Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanada idmançıları yarışa bilərlər. Kini və qadınların təknəfərlik qayıqlarında 3 lisenziya uğrunda mübarizə aparılacaq. Həmçinin qadınlar və kişilər qoşayerlik ikinəfərlik yüngül qayıqlarda iki lisenziyanın taleyinə aydınlıq gətirəcəklər. Bir proqramda hər ölkə iki vəsiqə əldə edərsə, milli qurum onlar arasında seçim etmək məcburiyyətində qalacaq.

Olimpiadanın slalom yarışları avqustun 7-dən 11-dək «Olimpik Uaytuotə» stadionunda keçiriləcək. Sprintdə mübarizə ayın 15-dən 20-dək baş tutacaq. Slalom isə Kopakabanada «Laqoa Rodrigeş de Freytaş» arenasında olacaq. Ümumən 16 proqram üzrə 330-dək idmançının mübarizəsi gözlənilir. Onlardan 21 qadın və 61 kişi slalomda medallara sahib çıxmağa çalışacaq. Kanoe-kayakda isə 158 kişi və 88 qadın idmançı mübarizə aparacaq. Hər proqram üzrə "üçlər komissiyası» daha iki idmançıya vəsiqə verə bilər.

Akademik avarçəkmə də «Laqoa Rodrigeş de Freytaş»da keçiriləcək. 14 medal uğrunda yarışacaq 550 «akademik»dən 331-i kişi, 219-u qadın olacaq.

Atletika

Qarşıdakı seçmələr – 11 iyul 2016 (2015-ci ildə yanvarın 1-dən 10 min metrə qaçış, idman yerişi, marafon, çoxnövçülük və estafet turnirlərində, mayın 1-dən isə digər proqramlar üzrə başlanmış olimpiya normativləri və nəticələrinin təsnifat dövrü).

Atletikada son illərin beynəlxalq miqyaslı uğurları medal ümidinin əbəs olmadığını göstərir. Xüsusən, Hayle buna qadirdir. Atletikada hansısa yarış konkret seçim xarakteri daşımır. Olimpiyaçı olmaq üçün təyin edilmiş normativi yerinə yetirmək lazımdır. Lisenziya qazanmağın digər yolu Beynəlxalq Həvəskar Atletika Federasiyasının (İAAF) xüsusi reytinq cədvəlinə uyğun dəvətnamə almaqdır. Bu, hər hansı ölkənin lazım olan normativlərə çatmadığı halda mümkündür. Bir atletika proqramında hər bir ölkə olimpiadaya yalnız 3 (estafet proqramlarında 6) idmançı apara bilər. Normativləri 3-dən artıq idmançı yerinə yetirərsə, hər bir ölkənin milli federasiyası və yaxud olimpiya komitəsi özü olimpiyaçını müəyyənləşdirir. 100 və 400 m estafetlərində vəsiqələrə sahib olmuş ölkələr təsnifatı keçmiş 6 idmançını milli komandanın heyətinə daxil etməlidirlər. Bu normativləri nəzərə alsaq, Oyunlarda bir ölkənin heyətinə 72 kişi və 69 qadın atlet daxil edilə bilər. 4 estafetin hər birində 16 komanda yarışacaq. Dünya çempionatının nəticələrinə əsasən onlardan 8-i artıq məlumdur. Daha 8-i 100 və 400 metrə qaçış yarışları üzrə hər ölkədən iki idmançının göstərdiyi nəticələr arasında iki ən yüksəyinin seçilərək tərtib olunacaq reytinq cədvəlinə uyğun müəyyənləşdiriləcək.

Ölkəmizin atletika yarışlarında təmsil olunacağı artıq təsdiqlənib. Olimpiya normativlərini ilk olaraq, Belarusda çəkic atan Dmitri Marşin yerinə yetirmişdi. Lakin o, karyerasını başa vurduğu üçün, bu hüquqdan məhrum edilib. Əvəzində, qadın çəkicatanların yarışında Anna Skidan milli komandaya salınacaq. Üç təkanla tullanmada gənc ümidlərdən Nazim Babayev çıxış edəcək. 1500 metrdə isə Hayle İbrahimovun medal qazanmaq şansı var.

Qeyd edək ki, əvvəlki olimpidalardan fərqli olaraq, atletikada olimpiya normativlərinə baxış da dəyişib. Buna qədər normativlər «A» və «B» adlanmaqla, iki qismə bölünürdüsə, indi bu fərq ləğv olunub və idmançılar üçün vahid ortaq hədlər müəyyənləşdirilib. Nəticədə, yalnız qadınların 10 min metrə qaçışında normativlər «London-2012»nin təsnifatlarının «B» kateqoriyası ilə müqayisədə aşağı salınıb. Qalanları ya «A» kateqoriyası ilə eyni, ya da daha yuxarıdır.

Olimpiya normativləri barədə də məlumat vermək lazımdır (mötərizədə qadınlar üçün normativlər qeyd olunub): 100 m - 10,16 san. (11,32 san.); 200 m - 20,50 (23,20); 400 m - 45,40 (52,00); 800 m - 1.45,80 (2.01,00); 1500 m - 3.36,00 (4.06,00); 5000 m - 13.25,00 (15.20,00); 10000 m - 28.00,00 (32.15,00); marafon - 2:17.00 (2:42.00); 3000 m. maneələrlə - 8.28,00 (9.45,00); 100 m. sədlərlə – (13,00); 110 m. sədlərlə - 13,47 (-); 400 m. sədlərlə - 49,40 (56,20); hündürlük - 229 sm (194 sm); şüvül – 570 sm (450 sm); uzunluq – 815 sm (670 sm); 3-təkanla – 169 sm (142 sm); ağırlıqatma – 20,5 m (17,8 m); diskatma – 66 m (61 m); çəkicatma – 78 m (71 m); nizəatma – 83 m (62 m); 7-növçülük – (6200 xal); 10-növçülük – 8100 (-);idman yerişi (20 km) – 1:24.00 (1:35.00); idman yerişi (50 km) – 4:03.00 (-). Qeyd edək ki, bəzi proqramlarda kişilər (100 metrə sədlərlə qaçış, 7-növçülük), bəzilərində isə qadınlar (110 metrə sədlərlə qaçış, 10-növçülük, 50 km-ə idman yerişi) çıxış etmirlər.

İlk dəfə olaraq, Beynəlxalq Atletika Federasiyası 5 min və 10 min metrə qaçışın, eləcə də marafon və idman yerişi proqramları istisna olmaqla, qalan proqramlar üçün idmançıların iştirakına da limit qoyub. 100 və 200 metrdə 56, 400 və 800 metrdə 48, 1500 və 3000 metrə maneələri dəf etməklə qaçışda 45, sədlərlə qaçış proqramları üçün 40, tullanma və atma proqramları üçün isə 32 idmançı təyin edilib. Yalnız 10 metrə qaçışın ilkin təsnifatında daha çox idmançı ola bilər.

Ən kütləvi olimpiya yarışı, ən çox medal paylayan idman növü olan atletikada 2005 nəfərin 47 dəst medal uğrunda mübarizəsinə şahidlik edəcəyik. Atletlər son 10 olimpiada günü -avqustun 12-dən 21-dək yarışacaqlar. Mübarizə, əsasən, Joau Avelanj adına Olimpiya stadionunda keçiriləcək. İdman yürüşləri və marafon üçün start xəttinin «Flamenqo park»da, finişin isə Sambadromda olması nəzərdə tutulub.


BATI YAR
Xəbər 1281 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru