Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
FİDE-nin seçim meyarları Bakıya nə vəd edir?
Tarix: 30.01.2012 | Saat: 19:16:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

Hadisələri ilə zəngin şahmat aləmi diqqət mərkəzindən kənarda qalmağa vaxt tapmır. 64-xanalı lövhənin nə üstü, nə də yan-yörəsi bu zənginlikdən məhrum deyil. Lövhə üzərində olanlara nəzər salsaq, Veyk an Zeenin, Cəbəllütariqin havası hələ iştirakçıların ciyərlərindən çıxmayıb. Lövhə ətrafında isə yenicə, yəni ötən ayın son günü başa çatmış dünya çempionu ilə görüşməyə namizədlərin turnirinin məkan iddiası ön plana çıxıb. Burada mübarizə həm iddiaçı şəhərlərin arasında gedir, həm də turnirdə iştiraka iddialıların. Bəzən də bu mübarizəyə siyasi rəng də qatılır, çirkli abu-hava da gətirilir.
Öncədən qısa xülasə ilə yazımızın məqsədini açıqlayaq. Qeyd etdiyimiz 31 yanvarda bitən ərizələrin qəbulu gününə namizədlərin turnirini keçirməyə üç şəhərin – Bakının, Londonun və Panagüriştenin iddialı olduğu ortaya çıxdı. Və dərhal da erməni siyasi oyunbazlığı burada da ortaya çıxdı – Levon Aronyan Bakıda oynamaq istəmədiyini rəsmi məktubla FİDE rəhbərliyinə bildirdi.
İndi isə hər şey haqqında növbə ilə. 3 şəhər bu turnirə öz iddiasını qaldırdı. Daha doğrusu üç ölkə federasiyasından bu məqsədlə FİDE-yə ərizə göndərildi. Bakının bu iddiası və onun arxasında duran əsaslar hamıya aydındır. Ümumiyyətlə, müxtəlif növlərdə ən mötəbər beynəlxalq yarışların təşkilatçısı kimi tanınan Azərbaycanın bu sahədə bacarığı bu ilin mayında Bakıda baş tutacaq «Eurovision» mahnı müsabiqəsində də üzə çıxacaq. Bakı 2016-cı il olimpiya oyunlarını keçirməyə iddialı idi. İndi də bu iddiasını 2020-ci illə bağlı qaldırıb. Şahmat aləmində də keçirdiyimiz turnirlərin səviyyəsi göz qabağındadır. 2008-ci ilin aprel-may aylarında şahmat dünyasının ilk qran-pri yarışı məhz Bakıda keçirildi. Düz bir il sonra «Üns» yaradıcılıq səhnəsi dünya və Azərbaycan yığmalarının ixtiyarına verildi. Daha iki il sonra paytaxtımız namizədlərin turnirinin məkanı olmalı idi. Bu barədə digər müddəa ilə bağlı hələ danışacağıq. İndi isə «Üns» səhnəsindən keçək Bakının iddiasını dəstəkləyən digər məqama. Həmin vaxt şahmat tarixində SSRİ və Rusiyadan sonra üçüncü ölkə məhz Azərbaycan oldu ki, dünya yığmasına döyüş verdi. Yəni, şahmatda kütləviliyə ilə seçilən ölkəmiz elit səviyyəli qrossmeysterlərinin zənginliyi ilə də ön sıralardadır. Daha doğrusu, yalnız Rusiyadan geri qalır. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi şahmatçılar istənilən turnirin səviyyəsini yalnız artıra bilərlər. İlk ikisi elə namizədlərin ötənilki turnirinin 8 iştirakçısı arasında idi.
Doğrudur, budəfəki turnirdə iştirakı bəlli olanlar arasında hələ ki, bir təmsilçimiz belə yoxdur. Dünya Kubokundan Petr Svidler, Aleksandr Qrişşuk və Vasili İvançuk öz adlarını 8-liyə yazdırıblar. Maqnus Karlsen, Levon Aronyan və Vladimir Kramnik yanvarın 1-nə olan reytinq 3-lüyü kimi bu təminatı alıblar. Vişvanatan Anandla Boris Gelfandın tac matçının məğlubu da bu sıraya qoşulacaq. Qalır 8-ci vəsiqə. Onun da yolu yalnız təşkilatçılıqdan keçir. Hazırda Azərbaycan şahmatının lideri və dünya reytinq 5-cisi Teymur Rəcəbov bu vəsiqəyə əsas iddiaçı sayılır. Əlbəttə, Bakı yarışı təşkil haqqını alarsa.
Beləcə, Azərbaycanın hər cəhətdən yarışı keçirməyə əsası var. Turnir üçün maliyyə məsələsi də, şübhəsiz problem məsələ deyil. Məlum olduğu üzrə, təşkilatçı ən azı 420 min avroluq mükafat fondu ayırmalıdır ki, bunun da 95 mini qalibə çatacaq.
Bakının rəqiblərini ilk öncə təşkilatçılıq baxımından nəzərdən keçirək. Şahmat aləmində əsasən «London Chess Classic»in təşkili ilə seçilən İngiltərə paytaxtı qarşıdakı namizədlər turnirinin nəzərdə tutulduğu ilin son kvartalında olimpiya və paralimpiya oyunlarının nə abu-havasından qurtula biləcək, nə də sonrakı hər hansın turniri qeyd olunan iki mötəbər yarışın kölgəsindən çıxarmağı bacaracaq. Bununla belə, London elə Londondur!
Bolqarların Veselin Topalovun hazırkı formasının qeyri-qənaətbəxşliyi şəraitində Sofiyanı təşkilati iddiaya qaldırmamaları güman edilirdi. Topalovun Veyk an Zee uğursuzluğu da bu iddiadan çəkinməyə əsas verirdi. Lakin bolqarlar geri çəkilmədilər. Doğrudur, Sofiyanın adı ortaya çıxmadı. İddiaya Sofiya ilə Plovdiv arasındakı kiçik şəhərcik qalxdı. Cəmisi 18 min əhalisi olan bir şəhərcik. Bu şəhərin ortaya çıxması mənə vaxtilə 8 min əhalisi şəhərin futbol stadionunun tribunalarının yarısını belə doldurmayan Lançxutinin SSRİ futbol çempionatının güclülər dəstəsinə komanda çıxartmasını xatırlatdı. Sofiya 2009-cu ildə Topalovla Kamski arasındakı namizədlərin matçını, 2010-cu ildə isə Anandla Topalov arasındakı çempionluq matçını təşkil etmişdi. Panagüriştenin isə bu iddianın öhdəsindən necə gələcəyi hələ sual altındadır. Bolqarıstanın baş naziri Boyko Borisov bu qərarı dəstəkləsə belə.
Təşkilatçılıq yolu ilə yarışa iştirakçı qatmaq baxımından da, bu iki şəhəri yüksəkdə saymaq olmaz. Bolqar şahmatının liderinin adı-sanı olsa da, «SOCAR-Azərbaycan»a da heç də ən yaxşı vaxtında qatılmayan Topalovun Veyk an Zee çıxışı da özünü göstərdi. İngilislərin lideri Maykl Adams isə hazırda dünya reytinqində yalnız 25-cidir. Vaxtilə Kasparovla peşəkar şahmatda çempionluq döyüşünə çıxmasına və bu günlərdə Cəbəllütariqdə uğur qazanmasına baxmayaraq, Naycel Şortun reytinqdəki mövqeyi (71-ci yer) və ümumi səviyyəsindən isə heç danışmağa dəyməz.
Bolqarlara bir üstünlüyü Danailov faktoru da verir. Avropa şahmatının rəhbərinin bu məsələdə daha təsirli ola biləcəyi istisna deyil.
İndi seçim qalır FİDE-nin öhdəsinə. Lakin burada da bir məqam ortaya çıxır. Fransa parlamentini və həmin ölkənin rəhbərini əllərində oyuncağa çevirən ermənilərin təsiri ilə artıq öz mövqesizliyini öncəki namizədlər turnirini də Bakıdan alıb Kazana verməsi ilə bir daha göstərmiş FİDE-nin bu dəfə də eyni addımı atacağı mümkün görünür. Namizəd şəhərlər bəlli olan kimi Levon Aronyan FİDE rəhbəri Kirsan İlümjinova qaçaraq göndərdiyi bəyanatda Bakının verdiyi təhlükəsizlik təminatının yetərli olmadığı bildirilir. Daha doğrusu, Aronyan bu təminatdan şübhəsini deyil, mühitdə psixoloji təzyiqdə olacağından narahatlığını çatdırır. İndi Aronyan və ya hər hansı başqası sabah bir turnirdə lövhələrin rənginin onu psixoloji cəhətdən sıxdığını, digəri yarış binasına girərkən bayırdakı quşların cikkiltisinin əsəblərinə toxunduğunu desə, FİDE bu kimi nazları əsas götürəcəkmi? Bakı təhlükəsizliyə təminat verir və əgər Aronyan psixoloji tarazlığını qoruya bilmirsə, bu, onun öz problemidir. Əgər sabah o, psixoloji cəhətdən rahat olmaq üçün yarışın cakuzidə təşkilini və ya saunada masajçıların müşayiəti ilə keçirilməsini istəsə, FİDE buna da sayğı göstərəcək? Bəlkə də. Hər halda yarış meydanlarında və ətrafında baş verənlər bəzi şahmatçıların nazı ilə çox oynayan FİDE-nin meyarlarına bu cür faktorların daxil olmasını göstərir. Teymur Rəcəbovun elə son namizədlər turnirində Kramniklə matçında saatın xarab olması isə boş şey sayılır.
İndi gözləyək həmin FİDE-nin qərarını.
Xəbər 3676 dəfə oxundu



 
Müəllifin son yazıları

13.07.2021 7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
23.09.2020 III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
07.09.2020 Dünya şahmatının gənclik zirvəsi
31.08.2020 Olimpiya halqaları - 100
26.08.2020 “Şahmat həyatdır
13.05.2020 Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru