Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Problemlər hər klubda eynidir
Tarix: 03.11.2015 | Saat: 12:18:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Sadəcə, özünü birində qabarıq, o birində ötəri göstərir

Ötən iki həftə ərzində milli futbol çempionatında ard-arda 3 tur keçirilib, yarışda 4 dövrədən birinə yekun vurulub, ikincisi başlanıb. Qış fasiləsi ərəfəsində komandalara veriləcək son kiçik istirahət dövründə nələr baş verəcəyini isə indidən ehtimal etmək çətindir. Hər şey turdan-tura dəyişməyə başlayıb.

Ümumiyyətlə, son bir ay əsasən, məşqçi dəyişiklikləri və buna cəhdlərlə yadda qalıb. Bu dəyişikliklər, AZAL-da və "Neftçi"də gözlənilsə də, "Rəvan"la "Sumqayıt" daha sürətli tərpəndilər. Birinin məşqçisi könüllü getdi, digəri ilə bağlı məsələ isə hələ də qaranlıqdır. "Muğan" adlandığı dövrdən belə mənzərələri adi hala çevirmiş "Rəvan"da baş verənləri heç də birmənalı qarşılamaq olmur. Klubda yenə də və növbəti dəfə köhnə sükançının erası başlanıb. Məsələ köhnə-təzə məşqçinin daim və könüllü bu vəziyyəti ilə bağlı deyil, klub rəhbərliyinin işinə yanaşmasındadır. Axı, qəfil elita qapısı açılıb mövsümə tez-tələsik hazırlıq keçmiş bir komanda üçün mövsüm heç də pis başlanmamışdı. Lakin sonradan qəribə, heç bir qanunauyğunluğa sığmayan eniş başlandı. Halbuki həm oyunlar, həm də məşqlər bunun tam əksinin baş verməli oldğunu göstərirdi. Əvəzində, "Sumqayıt"da Aqil Məmmədovun könüllü istefasını alqışlamaq olar. Çünki bu komandanın yeni nəfəsə ehtiyacı var. "Qarabağ"la görüş bunu bir daha sübut etdi. Komanda yeni sükançısı ilə siması, təbii olaraq, çox da dəyişməyən oyunu ilə çempionu məğlubiyyətə uğratdı. Söz yox ki, bu məğlubiyyətdə rəqibin sükançısının qalaqurmalı oyunu, futboçuların bu görüşdə asan qələbə ovuna çıxmaq niyyəti daha çox rol oynadı. Lakin "Sumqayıt"da məhz qələbə əzmi və oyunla açılan iştaha xoş təsir bağışladı - ona saymazyana yanaşan rəqib cəzalandırıldı. Bu matçın təkrarını "Qarabağ" "Rəvan"la görüşdə də yaşatmalı idi. Lakin məhz məşqçi dəyişikliyinin mənfi təsirindən autsayder bunu bacarmadı. Bəlkə də "Qarabağ" bu mövsüm belə məzmunsuz qələbəni bir daha qazanmayacaq. Çünki rəqib meydanın hər qarışında sanki futbol oynamırdı, sözün həqiqi mənasında, topu özü də nə edəcəyini bilmədən qovmaqla məşğul idi.

AZAL, nəhayət ki, seriyalarını qıraraq, qol vurmağa, nəticə göstərməyə başlayıb. Halbuki bu komandada suların durulmasına hələ çox var. Rəhbərliyinin səbrli olması da klubun karına gəldi.

Əlbəttə, mövqelərdən söhbət düşürsə, "Neftçi"dən daha çox bəhs edilməlidir. Baş məşqçinin istefasının qəbul edilməməsini də doğru saymaq olar. Çünki komandanın problemi məşqçidən qaynaqlanmır və o bu problemlər zəncirinin son halqalarından biridir. Söz yox ki, bu gün "Neftçi"yə nüfuzlu məşqçi əli lazımdır. Baş məşqçi nə qədər perspektivli olsa da, mövsümdə buna qədər istefa vermiş həmkarları kimi, hələ çox təcrübəsizdir. Bu, komandanın epizodik mənalı oyunlarında özünü büruzə verir. Əlbəttə, həmin gənc məşqçilərin yanında təcrübəli köməkçilər və ya məsləhətçilər, yaxud da əcnəbilər olsa, nəticə fərqli ola bilər. Ancaq indiki halda bu məşqçilərin iş başında təcrübə toplamasına öyrəşməliyik. Azərbaycan futboluna "yeni məşqçi qanı" da lazımdır. Amma hələlik bu məşqçilərin iş tempi və stimulları sələflərindən heç nə ilə fərqlənmir. Bu, istər taktiki, istərsə də klubdaxili məsələləri əhatə edən məsələlərdir.

Əlbəttə, klublarımızda hələ çox şeylər yerində deyil. Təkcə "Neftçi"də deyil, digər klublarda da vəzifələr bölgüsünün Avropa qaydası ilə aparılmasına başlanılıb. Amma icraçı, futbol və ya idman direktoru anlayışları kimi, əsas vəziflərin iş prinsipi və mahiyyəti mənzərəsi qarma- qarışıq görünür "Neftçi"nin oyunlarına hakimlərin sayğısızlığı artıq komandanın oyununa da təsir göstərib. Bu səfin dağılması isə növbəti mərhələyə - nizam-intizama da keçib. Maneələrin aşılması üçün klubun ciddi psixoloji təkana ehtiyacı var. Bu isə təcrübəli və yaxud nüfuz sahibi olan futbol adamının işi ola bilər. Təsəvvür edin ki, indi klubda ya cavanlar, ya da qeyri-futbol peşəkarları çalışırlar. Onsuz da bərbad futbol təsərrüfatında bunlar nəyə qadir ola bilərlər?

Bu problem təkcə "Neftçi"də deyil. "Ağ-qaralar" futbolumuzun olan-qalan iki qaymaq klubundan biri olduğu üçün, bu cəhət özünü onda daha çox büruzə verir. "Qarabağ"ın isə nailiyyətləri və məşqçisinin az-çox təcrübəsi buna şərait yaratmır.

Elə eyni qayda ilə Avropa miqyaslı yarışda uğur qazanıb qrup yarışına düşmüş "Qəbələ" də "Neftçi"dən çox uzaqda deyil. Bir anlıq bu komandanın Avroliqanın qrup mərhələsinə düşmədiyini təsəvvür edin: əlbəttə, tənqidlər bir-birinin ardınca düzüləcəkdi. Çünki komanda Avroliqa ilə ölkə çempionatına eyni tərzdə yanaşmır. Çempionatın limit tələbi ilə Avroliqada yerli futbolçular olmadan keçirilən oyunlar bu qarışıqlıq mənzərəsinin mənbəyidir. Axı, bizim təmsilçilər Avropanın heç bir klubundan gərgin oyun keçirmirlər. Söz yox ki, komandanın göstərdiyi nəticələri yerli futbolçuların da qismən iştirakı ilə təmin etmək olardı. Hər halda nə Rəşad Sadiqov, nə Ruslan Abışov, nə Vaqif Cavadov, nə də Vüqar Nadirov bu mənada əcnəbilərdən heç də geri qalmırlar. Hətta bu futbolçulardan Avropa səhnəsində istifadə olunmaması komandanın ümumi oyun simasının müəyyənləşməsinə də mənfi təsir göstərir. Açığı, baş məşqçinin komandaya - gəldi-gedər, gətirdiyi futbolçuların isə - qeyri-ciddi münasibətini hiss etmək olur. Bunun cəzasını isə AZAL-la "Kəpəz" verdilər. Hələ bu münasibət davam edərsə və komanda Avroliqa yarışını başa vurduqdan sonra nəticə indiki vəziyyətində qalsa, daha betər olacaq.

Hər halda istəməzdik ki, daha bir klubumuz "İnter"lə "Simurq"un, "MKT Araz"la "Karvan"ın taleyini təkrarlasın. Axı, Qəbələdə futbolun inkişafı üçün ən sanballı və nümunəvi şərait qurulur.

Söz yox ki, debütantların - "Kəpəz"lə "Zirə"nin yüksəlişi haqqında əsaslı bəhs etmək lazımdır. Lakin kimin üçünsə hətta klubun rəsmilərinə görə bu, gözlənilməz yüksəlişdirsə, bizim üçün əsla belə ola bilməz. Bunun üçün onların hansı şəraitdə və kimlərlə rəqabətdə nailiyyət əldə etməsinə baxmaq və heyətlərinə nəzər salmaq yetərlidir.

BATI YAR


Xəbər 1265 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru