Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dünya kubokunun sirləri
Tarix: 20.10.2015 | Saat: 13:58:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

Bakıda bir aya yaxın gedən mübarizədə şahmat üzrə səkkizinci dünya kubokunun yeni sahibi məlum oldu. Bu, Rusiya təmsilçisi Sergey Karyakindir.

Yarışa qatılmış 5 Azərbaycan şahmatçısından ən çox irəliləyən Şəhriyar Məmmədyarov oldu. Şəhriyar turnirin 1/4 final mərhələsinədək irəlilədi. Bu mərhələdə şahmatçımız turnirin gələcək finalçısı rusiyalı Sergey Karyakinlə qarşılaşıb. Tərəflər ilk partiyada sülh bağlayıblar. İki güclü şahmatçının mübarizəsində ikinci partiya da qalibi müəyyən etməyib. Beləliklə, bu matçda tay-breykə ehtiyac yaranıb. Sergey Karyakin yalnız tay-brekdə 3:1 hesabı ilə üstün olaraq, ümumi 4:2 hesablı qələbə ilə yarımfinala adlayıb. Turnirdə sonuncu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə bu mərhələdə mübarizəni dayandırıb.

1/4 finalın digər qarşılaşmalarında ukraynalı Pavel Elyanov ABŞ təmsilçisi Hikaru Nakamuranı (1,5:0,5), niderlandlı Anış Giri fransalı Vaşye-Laqravı (1,5:0,5) əsas partiyalarda üstələyiblər. Rusiyalı Pyotr Svidlerlə çinli Vey İnin qarşılaşmasında əsas qalib partiyaların heç-heçələrindən sonra, tay-brekdə müəyyənləşib. Svidler bu partiyalarda 2,5:1,5 (ümumi - 3,5:2,5) hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Yarımfinaldan finala ilk keçən Pyotr Svidler olub. Sankt-Peterburqdan olan şahmatçı 1,5:0,5 hesabı ilə Aniş Giriyə qalib gələrək, 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçıların turnirinə də vəsiqəni özünə təmin edib. Digər vəsiqə ilə bərabər finalçı olmaq imkanını Sergey Karyakin əldə edib. Karyakin və Elyanov arasında matçın ilk iki partiyası heç-heçə başa çatıb. Rəqiblər klassik nəzarət vaxtı rejimində ilk partiyada 77 gediş ediblər. İkinci partiyada isə ancaq 14-cü gedişdə heç-heçə qeydə alınıb.

Bu matçın taleyi sentyabrın 29-da, qısaldılmış nəzarət vaxtı rejimində əlavə partiyalarda həll edilib. Tay-breyklərdə 2,5:1,5 hesabı ilə üstün olan Karyakin ümumi 3,5:2,5 hesablı qələbə ilə finala adlayıb.

Dünya kuboku zamanı yarışın təşkilatçıları iştirakçıların istirahəti zamanı maraqlı mədəni proqram da hazırlamışdılar. Sentyabrın 30-da şahmatçıların Azərbaycanın tarixi-mədəni abidələri ilə tanışlıq turu təşkil edilmişdi. Turnirdə yarımfinala vəsiqə qazanan şahmatçılar, onların məşqçiləri, əcnəbi hakimlər və jurnalistlər istirahət günündə Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Qonaqlar əvvəlcə "Qala" kompleksində olublar. Onlara Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi, burada saxlanılan əşyalar, eksponatların tarixi, qədim dövrdə insanların həyat şəraiti haqqında ətraflı məlumat verilib. "Qala" kompleksində gənclər qayaüstü rəsmlər, orta əsr keramikası, məişət və bəzək əşyaları, silah və sikkələrlə, orta əsrlərdə istifadə edilən çəki vahidləri ilə tanış olub, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə ediblər.

Sonra dünya kubokunun iştirakçıları "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Bakı 2015 birinci Avropa Oyunlarının məşəli "Atəşgah Məbədi"ndə alovlandırılıb.

Ertəsi gün dünya kubokunun iştirakçıları paytaxtda yerləşən "Sevimli Bala" incəsənət və şahmat klubunda olublar. Sabiq dünya çempionu Vladimir Kramnik, Pyotr Svidler, qadınlar arasında dünya çempionu Hou Yifan, Olimpiya və dünya çempionu Suzan Polqar uşaqlarla görüşüblər. Sonra şahmatçılar balacaların suallarına cavab verib, onlarla xatirə şəkli çəkdiriblər.

Və nəhayət, final.

Həlledici görüşdə Rusiyanı təmsil edən iki şahmatçı - Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşıblar. Mütəxəssislər rəqiblərin təxminən bərabər səviyyədə olduğunu söyləsə də, Svidlerin dünya kubokunda çıxışını unudurdular. Bakıdakı yarışda P.Svidler yüksək səviyyədə və sürətli oyun nümayiş etdirirdi. Rəqiblərini yaxşı təhlil edən Svidler gedişlər zamanı uzun düşünmürdü.

Finala gəldikdə, ilk iki görüşdə azarkeşlər Pyotr Svidlerin Sergey Karyakin üzərində qələbəsinə şahidlik etdilər. Heç kim ilk görüşlərdə Karyakinin acınacaqlı məğlubiyyətini gözləməsə də, Sergey rəqibindən "iki zərbə" aldı.

İlk partiyanın taleyini Svidlerin debütü həll etdi. Ağ fiqurlarla mübarizə aparan Pyotr maraqlı debüt seçimiylə Karyakini çaşdırdı. Saat yarımlıq oyundan sonra Svidler 16.d4 gedişiylə hamını təəccübləndirdi. Artıq çoxları şahmatçıların fiqurları dəyişəcəyini, sonra isə heç-heçəyə razılaşacaqlarını gözləməyə başladı.

İlk görüş göstərdi ki, Svidlerlə Karyakin arasında şahmat taxtasından kənarda heç bir danışıq olmayıb. Fiqurları dəyişməyə tələsməyən Svidler piyadanı itirmədi, üstəlik, mərkəzdə irəliləməyə başladı. Karyakinin Rb8 gedişi məğlubiyyətini tezləşdirdi. Svidler üstünlüyü sona qədər davam etdirərək, rəqibin şahını mat vəziyyətinə saldı. Bu məğlubiyyətdən sonra şok yaşayan Karyakin səhərisi gün belə, özünə gələ bilmədi.
İkinci görüşdə Karyakin ağ fiqurlarla oynadı. Sözsüz, Sergey əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışdı, amma yenə də səhvlərə yol verdi. İlk görüşdə Svidler debütü sayəsində uğur qazanmışdısa, bu dəfə Karyakin özü rəqibin sevinməsinə kömək etdi. Ağ fiqurlar üstünlük qazansa da, onu inkişaf etdirə bilmirdi. Nəticədə, hətta kompüter belə görüşün heç-heçə başa çatacağını proqnozlaşdırırdı. Ağ fiqurlar hücum etsə belə, Svidlerin qara fiqurları ustalıqla müdafiə olunurdu. 38.Rd5 Nb6 gedişindən sonra Karyakin təslim olmağa məcbur oldu. Ağır fiqurlarını itirən Sergey oyun nizamını qoruya bilmədi. Düzünü desək, P.Svidler qələbə üçün heç nə etmədi, amma məğlubiyyətə də layiq deyildi. Pyotr, sadəcə, Karyakinin "hədiyyə"sindən istifadə etdi.
Dünya kubokuna sahib olmaq üçün üçüncü partiyada Svidlerə heç-heçə yetərli idi. Lakin bu partiya 30-cu gedişdə Karyakinin qələbəsi ilə başa çatdı. Beləliklə, 25 yaşlı Karyakin finalda hesab arasındakı fərqi azaltdı - 1:2.

4-cü partiyanın keçirildiyi gün FİDE prezidenti Kirsan İlümjinov dünya kubokunun finalına baxmaq üçün Bakıya gəldi. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və FİDE-nin rəhbəri finalçılarla görüşərək, onlara uğurlar arzuladilar. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlümjinov yaradılan şəraiti yüksək qiymətləndirdi, təşkilatçılara təşəkkürünü bildirdi.

Gənclər və idman naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlümjinov, eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görüş keçirdilər.
4-cü partiyanın özünə gəldikdə, ilk ikisində məğlub olaraq, çoxlarının uğuruna inamını itirdiyi Karyakin ardıcıl ikinci qələbəsini qazanaraq, hesabı bərabərləşdirdi.

Svidler oyunda tezliklə arzuolunmaz vəziyyətə düşdü. Karyakin sonradan bir cüt yüngül fiquru dəyişməklə rəqibin işini asanlaşdırdı. Lakin Svidlerin qərarsızlığı öz təsirini göstərdi. Fəallıq göstərmək imkanına malik Pyotr tam müdafiə mövqeyinə oturmuşdu. Ağlar isə şahı mərkəzə keçirərək, şah cinahında piyadaların keçidini hazırladılar və bununla da rəqibin müdafiəsini sarsıtdılar. 45-ci g3 gedişindən sonra partiya qaralar üçün ümidsiz top endşpilinə keçdi.

Bununla da kubokun taleyi tay-breyklərə qaldı. Tay-breyklərdə 4:2 hesabı ilə qələbə qazanan Sergey Karyakin ümumi 6:4 hesablı nəticə ilə finalın qalibi və bununla da dünya kubokunun sahibi oldu.

Beləliklə, 2016-cı ildə keçiriləcək şahmat üzrə iddiaçıların turnirinin də beş iştirakçısının adı məlum oldu. Bakı yarışından bu hüququ, qeyd etdiyimiz kimi, rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler dünya kubokunun finalına çıxmaqla əldə etdilər.

İddiaçıların turnirində, ümumilikdə, səkkiz nəfər oynayacaq. Turnirdə Bakı finalçılarından savayı, 2014-cü ildə dünya çempionu adı uğrunda matçın iştirakçısı olmuş Hindistan şahmatçısı Vişvanatan Anand, qran-pri seriyasının yekunlarına görə amerikalı Hikaru Nakamura və italiyalı Fabiano Karuana, FİDE versiyası üzrə ən yüksək reytinqə malik olan iki şahmatçı və təşkilatçıların fərdi qaydada dəvət etdiyi daha bir şahmatçı iştirak edəcək. İddiaçıların turnirinin qalibi isə dünya tacı matçında norveçli Maqnus Karlsenin rəqibi olacaq.

Vüqar İNQİLABOĞLU


Xəbər 5012 dəfə oxundu



 
Müəllifin son yazıları

13.07.2021 7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
23.09.2020 III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
07.09.2020 Dünya şahmatının gənclik zirvəsi
31.08.2020 Olimpiya halqaları - 100
26.08.2020 “Şahmat həyatdır
13.05.2020 Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru