Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İkiqat dünya çempionu Hacı Əliyev: “Azərbaycan güləş tarixində ilkə imza atdığımıza görə çox şadam”
Tarix: 17.09.2015 | Saat: 07:20:00 | E-mail | Çapa göndər
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə Azərbaycan yığma komandası Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, idmançıların qohumları, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Sərbəst güləşçilərdən 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl, 125 kq-da Cəmaləddin Məhəmmov gümüş, 97 kq-da isə Xetaq Qazyumov bürünc medala yiyələnib. Hacı Əliyev həm də dünya çempionatlarında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan pəhləvanı kimi tarixə düşüb.

AGF-nin baş katibi Əjdər Cəfərov hər üç yığma komandamızın dünya çempionatında yüksək səviyyədə iştirak etdiyini qeyd edib: “Yarış hazırlıqlarına bir neçə ay öncədən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya Oyunlarına yetərincə lisenziyalar əldə etdik. Çempionatda qızıl medal qazanan Hacı Əliyev Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur. Bütün bu uğurlarımız təsadüfi deyil. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev daim idmana, həmçinin güləşə böyük diqqət ayırır. İdmançılarımız da bu qayğı sayəsində beynəlxalq arenalarda müvəffəqiyyətlə çıxış edirlər. Ümumilikdə komandalarımızın çıxışları qənaətbəxşdir. Güləşçilərimiz 8 medal və Olimpiya Oyunlarına 11 lisenziya qazanıblar”.

Baş katib qeyd edib ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərova qarşı hakimlər tərəfindən haqsızlıq edildi. Dünya çempionatında 69 ölkədən hakimlər təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Bu idmandır, belə hallar olur. Las Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev dərhal müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdiyi üzə çıxdı. Düzdür, bu görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq.

Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərimizin dünya çempionatında uğurlu çıxışları ilə bağlı Azərbaycan xalqını təbrik edib. Vurğulayıb ki, qazandığımız nəticə böyükdür. Bütün idmansevərlərimizi, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Dünya çempionatında 11 lisenziya qazandıq. Onların sayını maksimuma çatdırmaq üçün qarşıda daha 3 turnir olacaq. Yaxşı hazırlaşmalıyıq. Lizensiya qazandığımız çəkilərdə boşluqlar yaranmamalıdır. Hamı öz üzərində işləməlidir. Çünki 2016-cı ildə bizi Rio Olimpiadası gözləyir. Orada dəfələrlə bayrağımızı yüksəldib, himnimizi səsləndirməliyik.

İkiqat dünya çempionu Hacı Əliyev də sevincini bölüşüb: “İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığımıza görə çox şadam. Çalışacağam ki, üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm. Avropa və dünya çempionuyam, çalışacağam ki, Olimpiya çempionu olum”.

Xatırladaq ki, dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələniblər.
Xəbər 668 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru