“Almaniya yığması nəinki Avropanın, dünyanın ən güclü komandalarından biridir və bütün yaş qrupları üzrə yığmaları, demək olar ki, eyni sistem əsasında hazırlaşır və oynayır".
İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin baş məşqçisi Yaşar Vahabzadə "Avro-2017"nin seçmə mərhələsində Almaniyaya uduzduqları matçdan (0:3) sonra deyib.
O, bu gün bacardıqları qədər mübarizə apardıqlarını, top saxladıqlarını bildirib:
"Oyunun sonunda futbolçuların yorulması və konsentrasiyanı itirməsi hesabın 3:0-a çatmasına səbəb oldu”.
|