Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
15/07 | 22:09 Azərbaycan-Kuba idman əlaqələri
15/07 | 21:13 Kriştiano Ronaldo növbəti rekorduna imza atmağa hazırlaşır
15/07 | 20:13 “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov klubdan ayrıldığını açıqlayıb
15/07 | 19:13 “Qətər-2022”nin təqvimi açıqlanıb
15/07 | 18:56 “Qarabağ”ın braziliyalı sabiq qapıçısı Azərbaycan ilə bağlı paylaşım edib
15/07 | 18:00 Azərbaycan millisinin sabiq üzvü “Büyükçekmece” klubuna baş məşqçi təyin olunub
15/07 | 17:05 “Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb
15/07 | 16:12 Beynəlxalq Gimnastika Federasiyasının konqresinin vaxtı dəyişdirilib
15/07 | 15:04 Azərbaycan triatlonçularının iştirak edəcəyi Avropa çempionatının vaxtı açıqlanıb
15/07 | 14:39 FIDE Ümumdünya Şahmat Olimpiadasına qeydiyyat müddətini uzadıb
15/07 | 14:00 Təmkin Xəlilzadə “Sabah”ı tərk edə bilər
15/07 | 13:44 Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
15/07 | 13:36 Daha bir tennis turniri ləğv olunub
15/07 | 12:41 “Qarabağ” klubu Qəbələdə hazırlığa start verib
15/07 | 12:20 “Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək nümayiş etdirib
15/07 | 11:59 Berlində keçirilən beynəlxalq tennis turnirinin finalçıları müəyyənləşib
15/07 | 11:34 Şəhriyar Məmmədyarov “Summer of Seattle” onlayn turnirində liderliyini davam etdirir
15/07 | 10:06 "Liverpul" 20 yaşlı yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
14/07 | 22:00 “Barselona” yeni mövsüm üçün əsas formasını təqdim edib
14/07 | 20:31 Dünya Güləş Birliyinin növbəti vebinarı keçirilib
14/07 | 19:33 Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində liderliyi ələ alıb
14/07 | 19:16 Azərbaycan triatlon federasiyası Ali Baş Komandan İlham Əliyevə müraciət edib
14/07 | 18:16 Voleybol millimiz beynəlxalq reytinqdə mövqeyini qoruyub
14/07 | 17:14 Azərbaycan komandası Gürcüstan şahmatçılarını böyük hesabla məğlub edib
14/07 | 16:30 “Mercedes” komandası Bottasla anlaşmağa yaxındır
14/07 | 15:53 “Zirə” klubu daha 6 futbolçu ilə yollarını ayırıb
14/07 | 14:52 Millimizin sabiq üzvü “Elazığspor” ilə anlaşıb
14/07 | 14:06 AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb
14/07 | 13:11 Yaponiya Tokio Olimpiadası iştirakçılarının ölkəyə giriş prosedurunu asanlaşdırmağı planlaşdırır
14/07 | 12:18 “Real Madrid” səfərdə minimal hesabla qələbə qazanıb
14/07 | 11:00 “İnter” klubu “Torino”nu məğlub edərək yenidən ikinci pilləyə yüksəlib
14/07 | 10:08 "Başakşəhər" və "Trabzonspor" səfərdə uduzublar
14/07 | 09:47 Bakı 2025-ci ildə karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək
13/07 | 21:49 “Kadiz” klubu La Liqaya yüksəlib
13/07 | 20:25 Yaponiyada sumo üzrə İmperator kuboku yenidən tamaşaçıların iştirakı ilə keçiriləcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Vaqif Cavadov: Çempion adını qazanmaq istəyirik - MÜSAHİBƏ
Tarix: 25.01.2012 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
Bu gün Türkiyənin Antalya şəhərində “Qarabağ”la Avstriyanın “Rid” klubu arasında sınaq görüş keçirildi. İdman.com az saytının məlumatına görə, yaxın günlərdə Ağdam komandasına qayıdan Vaqif Cavadov, matçın 2-ci hissəsində meydana daxil oldu. Bu, futbolçunun 2 illik fasilədən sonra “Qarabağ”da ilk oyunu idi. Görüş başa çatdıqdan sonra, hücumçu qol.az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinin suallarına cavablandırıb:

- “Qarabağ”a qayıtdıqdan sonra ilk matçına çıxdın. Matç və öz oyunun barəsində fikirlərin necədir?
- Əvvəlcə deyim ki, “Qarabağ”a qayıtdığıma görə çox sevinirəm. Bu il doğma komandamda ilk oyunum idi. Heyf ki, uduzduq. Hazırlıq görüşlərində belə hallar olur. Birinci hissədə hesabda irəlidə idik. Fasilədən sonra isə baş məşqçimiz əsasən gənc və yeni futbolçuları meydana buraxdı. Hardasa təcrübə öz sözünü dedi və rəqib qalib gəldi.
Öz oyunuma gəldikdə, məncə, bu haqda ən doğru fikri siz jurnalistlər deyə bilərsiniz. Heç vaxt oyunum barəsində fikir yürütməyi sevməmişəm.

- AFFA İntizam Komitəsi səninlə bağlı qərarına görə, Unibank Premyer Liqasının beş oyununda iştirak edə bilmərsən. Bununla bağlı özün və ya klub tərəfdən federasiyaya müraciət olunubmu?
- Klubumuz AFFA-ya müraciət etmək fikrindədir. Millidəki məlum məsələyə görə, mənim barəmdə çıxarılan qərarın kluba heç bir aidiyyatı yoxdur və “Qarabağ” mənə verilən cəzadan zərər çəkməməlidir. O ki qaldı milli komandaya, baş məşqçi özü komandaya qayıtmağımla bağlı qərar verməlidir. Əlbəttə, yenidən millidə oynamaq istəyirəm. Beş min manatlıq maliyyə cəriməsini demirəm, amma AFFA mənimlə bağlı beş oyunluq cəzanı ləğv etməlidir. Çünki komandamıza can yandıran futbolçulardan olmuşam.

- Ümumiyyətlə, şəxsən özün AFFA Apelyasiya Komitəsindən nə kimi qərar gözləyirsən?
- Qərarı kim çıxarıbsa, yenidən bu məsələyə baxmalıdır. Ləğv etsələr də sağ olsunlar, etməsələr də.

- “Qarabağ”a böyük ümidlərlə transfer olunmusan. Azarkeşləriniz şəxsən səndən və komandanızdan daha yaxşı nəticələr gözləyirlər.
- “Qarabağ”da oynayanda komandamız yaxşı nəticələr qazanmışdı. İndi də istəyirəm ki, həm öz oyunum, həm də komandamız yenə eyni uğurları təkrarlasın. Təbii ki, çempion adını qazanmaq istəyirik. Bu olmasa da, Avroliqaya vəsiqə qazanmaq və qrup mərhələsinə düşməyə çalışacağıq. Bunu komanda yoldaşlarım da, baş məşqşi də, azarkeşlərimiz də, klub rəhbərliyi də çox istəyir.

- Futbolçu karyeranda ən yaxşı dövrünü “Qarabağ”da keçirmisən. “Tvente”də zədə üzündən möhkəmlənə bilmədin. Sonra isə “Bakı” və “Volqa”da oynasan da, istəyinə nail ola bilmədin. İndi yenidən sənə doğma olan “Qarabağ”dasan. Səncə, burada yenidən ən yaxşı dövrünü keçirə biləcəksən?
- Bayaq da dedim ki, “Qarabağ”da çox gözəl bir dövr keçirmişəm. O vaxt heyət də indikindən fərqli idi. Mən inanıram ki, dönüşüm həm özüm, həm də komanda üçün xeyirli olacaq. Bu yeni ildə çox yaxşı çıxış etməyə çalışacağam.

- Bəlkə də bu sual yerinə düşmür. Amma maraqlıdır, nə vaxtsa yenidən “Qarabağ”ı tərk edərsən?
- Mən bir daha heç vaxt Azərbaycanda “Qarabağ”dan başqa komandada oynamayacağam. Xarici klublara gəlincə isə, peşəkar baxımdan yanaşsaq, gələcəkdə hər şey mümkündür.

- Və sonda. “Qarabağ”da hansı nömrə altında oynayacaqsan.
- Bildiyiniz kimi, ilk dəfə Ağdam klubunda 20 nömrəli formanı geyinirdim. Amma indi bu nömrə tutulduğundan 70 nömrəni seçmişəm.

Xəbər 574 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.07.2020 Kriştiano Ronaldo növbəti rekorduna imza atmağa hazırlaşır
15.07.2020 “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov klubdan ayrıldığını açıqlayıb
15.07.2020 “Qarabağ”ın braziliyalı sabiq qapıçısı Azərbaycan ilə bağlı paylaşım edib
15.07.2020 Azərbaycan millisinin sabiq üzvü “Büyükçekmece” klubuna baş məşqçi təyin olunub
15.07.2020 “Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb
15.07.2020 Təmkin Xəlilzadə “Sabah”ı tərk edə bilər
15.07.2020 “Qarabağ” klubu Qəbələdə hazırlığa start verib
15.07.2020 “Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək nümayiş etdirib
15.07.2020 "Liverpul" 20 yaşlı yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
14.07.2020 “Barselona” yeni mövsüm üçün əsas formasını təqdim edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru