Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxıb.
Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 27-i keçiriləcək.
Xatırladaq ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.
20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 0:0
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
Bakı. 8-ci kilometr qəsəbə stadionu
“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Rikardinyo, Rafael Santos, Arif Daşdəmirov, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets (Samir Zərgərov,58), Dodo (k) , Aleksey Antonov (Asif Məmmədov, 90)
Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Elvin Camalov, Floresku
"Panatinaikos": Lyuk Stil, Giorgos Koutroumbis, Stathis Tavlaridis, Nano, Zeka (k), Yens Vemmer, Robin Lod (Abdul Ayaqun, 67), Nikos Kaltsas (Tassos Laqos, 76), Daniel Pranyiç, Nikos Karelis ( Markus Berq, 58), Mladen Petriç
Ehtiyat oyunçular: Kotsolis, Diamantis Kukumis, Nikos Marinakis
|