|
|
"Bakı-2015" birinci Avropa Oyunlarında sambo yarışları başlayıb. |
|
Tarix: 22.06.2015 | Saat: 12:57:00 | E-mail | Çapa göndər
|
|
Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda 8 çəki dərəcəsi üzrə idmançılar mübarizəyə aparır.
Azərbaycan yarışda tam heyətlə təmsil olunur.
Yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan samboçumuz Kənan Qasımov birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov yarımfinala yüksəlib. Növbəti mərhələdə samboçumuz Rusiya təmsilçisi Alsim Çernaskulov ilə qarşılaşacaq.
Daha bir samboçumuz birinci Avropa Oyunlarında qələbə qazanıb. İslam Qasımov (57 kq) Rumıniya təmsilçisi Ornaldo Qruiaya qalib gələrək Heydər Əliyev adına İdman Sarayında olan azarkeşlərimizi sevindirib. Yarımfinalda samboçumuzun rəqibi gürcüstanlı Vaxtanqi Çidraşvili olacaq.
Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Vasif Səfərbəyov makedoniyalı rəqibi Bajro Maşvokijə qalib gələrək yarımfinal adlayıb. Onun rəqibi Ukrayna idmançısı Razmik Tonoyan olacaq.
Qadınların 52 kiloqramdan aşağı çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Nəzakət Xəlilova dörddəbir final mərhələsində rumıniyalı Kordina Yuneskunu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Azərbaycan samboçusunun bu mərhələdəki rəqibi litvalı Ruta Aksionova olacaq.
Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Martin İvanov olacaq.
İlk görüşündə ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov (90 kq) yarımfinalda Rusiya təmsilçisi Alsim Çernaskulova uduzaraq bürünc medal uğrunda mübarizə aparacaq. Üçüncü yer uğrunda görüşdə Kənan Qasımov gürcüstanlı Davit Karbelaşvilini məğlub etməlidir.
Sambo üzrə dünya çempionu İslam Qasımov (57 kq) finala vəsiqə qazanıb. Rumıniya təmsilçisi Ornaldo Qruia və gürcüstanlı Vaxtanqi Çidraşvili üzərində qələbə samboçumuza finalda mübarizə aparmağa imkan verib. Qızıl medal uğrunda görüşdə samboçumuz Rusiya təmsilçisi Aymergen Atkunov ilə üz-üzə gələcək.
Yarışda qadınların 60 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Azərbaycan samboçusu Şəhanə Hüseynova dörddəbir mərhələsində rusiyalı Yana Kostenkoya məğlub olaraq medal uğrunda mübarizəni dayandırıb.
64 kiloqramdan aşağı çəki dərəcəsində yarışan idmançımız Fəridə Qurbanova isə ilk görüşündə moldovalı Yekaterina Kretuya məğlub olub.
Bir digər qadın idmançımız Nərminə Əlizadə (-67 kq) dörddəbir final mərhələsində belaruslu Volha Namazavaya məlğub olaraq "Bakı-2015"-də medal uğrunda mübarizəni dayandırıb.
Avropa çempionu Vasif Səfərbəyov (100 kq-dan yuxarı) yarımfinalda Ukrayna idmançısı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün samboçumuz rusiyalı rəqibi Artyem Asipenkodan üstün olmalıdır.
Azərbaycan samboçusu Nəzakət Xəlilova yarımfinalda litvalı Ruta Aksionovaya 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə adlayıb. İdmançımız finalda rusiyalı Anna Xaritonova ilə qızıl medal uğrunda mübarizə aparacaq.
Avropa və dünya çempionu, dünya kuboku yarışlarının qalibi Amil Qasımov (74 kq) ikinci qələbəsini qazanaraq finala yüksəlib. İlk görüşündə gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinalda bolqarıstanlı Martin İvanovu məğlub edib. Qızıl medal uğrunda görüşdə Amil Qasımov Belarus idmançısı Stepan Papov ilə görüşəcək.
|
|
|
|
Xəbər 1770 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|