|
|
Bakı-2015: 5 boksçumuz 1/4 finala çıxdı |
|
Tarix: 22.06.2015 | Saat: 10:13:00 | E-mail | Çapa göndər
|
|
"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün 1/8 mərhələsinin daha 5 çəki dərəcəsində görüşlər keçirilib. Bunlardan 4-də kişilər, 1-də isə qadın boksçular döyüşəcəklər. Bu gün rinqə çıxan Azərbaycan yığmasının 5 üzvü 1/4 finala yüksəlib.
Kişilər
64 kq
İlk görüşündə slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran təmsilçimiz Lorenzo Sotomayor 1/8 finalda moldovalı Dmitri Qalaqotla qarşılaşıb. Təmsilçimiz bütün raundlarda rəqibindən üstün olub - 3:0. Onun 1/4 finaldakı rəqibi rumıniyalı Daniel Nikulesku olacaq. Döyüş iyunun 23-də saat 20:15-də keçiriləcək.
69 kq
Mübarizəyə 1/8 finaldan qoşulan Pərviz Bağırov ilk görüşündə moldovalı Vasili Belusla üz-üzə gəlib. Avropa çempionumuz rəqibinə 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.B ağırov 1/4 finalda Abass Baraou (Almaniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 21:15-ə təsadüf edəcək.
75 kq
Bu çəkidə Azərbaycanı Xaybula Musalov təmsil edib. O, 1/4 finala çıxmaq uğrunda fransız Kristian Haller-Assomo Mbilli ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. X.Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə qarşılaşacaq. Döyüş iyunun 24-də saat 13:30-da başlayacağı gözlənilir.
91 kq
Ağır çəki dərəcəsində ölkəmizi təmsil edən Abdulqadir Abdullayev
ilk döyüşünü macarıstanlı Adam Hamoriyə qarşı keçirib. Hər üç raunda rəqibindən üstün olan idmançımız 1/4 finala vəsiqə qazanıb. Abdullayev 1/4 finalda Raul Omba Bionqolo (Fransa) ilə üz-üzə gələcək. Görüş iyunun 23-də saat 21:30-da başlayacaq.
Qadınlar
60 kq
Qadın boksçularımızdan bu gün rinqə Yana Alekseyevna çıxıb. O, 1/8 finalda finlandiyalı Mira Potkonenlə üz-üzə gəlib. Gərgin keçən döyüş boksçumuzun qələbəsi ilə başa çatıb - 3:0. Y.Alekseyevna 1/4 finalda rusiyalı Zinaida Dobrınina ilə qarşılaşacaq. Görüş iyunun 24-də 12:30-da başlayacaq.
Qeyd edək ki, boksçularımızdan Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) artıq adını 1/4 finala yazdırıb. Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) isə yarışa bu mərhələdən qoşulacaqlar.
|
|
|
|
Xəbər 857 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|