Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Demək olar ki, müdafiə oluna bilmirdik» - MÜSAHİBƏ
Tarix: 18.01.2012 | Saat: 12:43:00 | E-mail | Çapa göndər
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibə verib. İdman.com.az-ın məlumatına görə, o, başa çatan V Bakı Beynəlxalq Futzal Turnirinin yekunları və qarşıdakı Avro-2012-nin final mərhələsi haqda danışıb:

- Bugünlərdə başa çatan V Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, bu ayın sonunda Xorvatiyada Avropa çempionatının final mərhələsinin oyunları başlayacaq. Qitə miqyaslı yarışda mübarizə aparacaq Ukrayna, Türkiyə və Azərbaycan milli komandaları üçün V Bakı Beynəlxalq Futzal Turniri yaxşı hazırlıq mərhələsi oldu. Azarkeşlər biri-birindən maraqlı və həyəcanlı oyunlar izlədilər. Turnirdə iştirak edən Özbəkistan millisi isə may ayında Asiya çempionatında iştirak edəcək. Düşünürəm ki, Avropanın aparıcı komandaları ilə qarşılaşmaq onların hazırlığına müsbət təsir göstərdi. Turnirdə iştirak edən komandalar təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirdilər.

- Əvvəlki 4 turnirdə milli komandamız birinci yeri tutmuşdu. Lakin bu dəfə kubok Ukraynaya getdi...
- Son illər futzal üzrə Ukrayna milli komandası böyük nailiyyətlər əldə edir. Onlarla daha əvvəl qarşılaşmışdıq. İlk dəfə idi bizi məğlub etdilər və turnirin qalibi oldular. Ukrayna komandası əzmkar oyunlar nümayiş etdirdi. Gennadi Lisençukun rəhbərlik etdiyi komanda həm fiziki, həm də texnik-taktiki hazırlıq baxımından çox yüksək səviyyədədir. Bunun nəticəsi idi ki, ardıcıl üç qələbə qazanıb turnirin qalibi oldular.

- Milli komandamızın oyunlarını necə qiymətləndirirsiniz?
- Son 4-5 ayda heyətlə bağlı çətinliklərlə üzləşmişik. Bildiyiniz kimi, Biro Jade zədəlidir. Andrey Tveryankin, Vitali Borisov, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadənin yaxşı formada olmamaları məni narahat edir. Milli komandanın üzvləri ilə görüşümüzdə bunu onların nəzərinə çatdıracağıq. AÇ-nin final mərhələsinə az vaxt qalıb. Onlar öz üzərlərində daha çox çalışmalıdırlar ki, ölkəmizi Avropa çempionatında layiqincə təmsil etsinlər.

- Sizi narahat edən əsas çatışmazlıq nədir?
- V Bakı Beynəlxalq Futzal Turnirində keçirdiyimiz oyunları futzalçılar və məşqçilərlə birlikdə izləyib müzakirə edirdik. Komandanın müdafiə xətti olduqca zəif təsir bağışladı. Demək olar ki, müdafiə oluna bilmirdik. Bunun da əsas səbəbi futzalçıların birlikdə az oyun keçirmələridir. Əvvəllər hamısı bir klubda çıxış edirdi. Bu da nəticədə öz əksini tapırdı. İndi isə əksəriyyəti ayrı-ayrı klubların formasını geyinir. Onların meydanda bir-birini yaxşı başa düşmədiyi hiss olunur. Əsas çatışmazlıq kimi bunları qeyd edə bilərəm. Vaxtımız azdır. Çalışmalıyıq ki, komandanı 2010-cu ildəki səviyyəyə çatdıraq.

- Komandamızın Avropa çempionatında şanslarını necə qiymətləndirirsiniz?
- Birinci oyun hər zaman çətin olur. İlk oyunda Portuqaliya yığması ilə qarşılaşacağıq. Son 3-4 görüşdə Portuqaliya millisinə oyun ərzində məğlub olmamışıq. 2010-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında onlara penalti seriyasında məğlub olmuşduq. Həmin görüşdə Portuqaliya millisinin lideri Rikardinyo bizə qarşı oynamırdı. Ancaq bu il heyətdə yer alıb və bizə qarşı mübarizə aparacaq. Təbii ki, bu, öz təsirini göstərəcək.
Millimizin xeyli vaxtdır zədəli olan üzvü Biro Jade bu dəfə də forma geyinə bilməyəcək. Futzalçılarımız bilməlidirlər ki, komandanın oyunu bir nəfərdən asılı olmamalıdır. Hamı oynamalı, sonacan mübarizə aparmalıdır.
Qrupda komandaların şansları, demək olar ki, eynidir. Qarşıdakı qısa vaxt ərzində komandanı həm fiziki, həm texniki-taktiki, həm də psixoloji cəhətdən yaxşı hazırlayıb uğurlu nəticələrə qazanmalıyıq.
Yeri gəlmişkən, ötən ilin dekabr ayında dünya çempionatının əsas seçmə mərhələ oyunlarını və V Bakı Beynəlxalq Futzal Turnirini yüksək səviyyədə təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həm dünya çempionatının əsas seçmə mərhələsində, həm də Bakı Beynəlxalq Turnirində keçirdiyimiz oyunlarda milli komandamızı sonacan dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

Xəbər 899 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru