31 yanvar - 1 fevral 2015-ci il tarixdə Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri 2-ci beynəlxalq turniri keçiriləcək. Yarışda hər üç güləş növü üzrə yığma komandalarımız ölkəmizi təmsil edəcək.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yığmamızın 10 üzvü Parisə yollanıb. Heyətdə Yaşar Əliyev, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Toğrul Əsgərov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifo (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.
Qadın güləşçilərimiz turnirdə baş məşqçi Semyon Çterev və məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Yaışrda ölkəmizi Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), İrina Netreba (58 kq), Natalya Sinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə qatılacaq. Heyətdə Murad Məmmədov (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Ceyhun Əliyev (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin MÜrsəliyev (80 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edəcək.
Proqram isə belədir:
31 yanvar
Qadınlar: 48 kq, 55 kq, 60 kq, 69 kq
Yunan-Roma: 66 kq, 71 kq, 80 kq, 98 kq
Sərbəst: 57 kq, 65 kq, 74 kq, 97 kq
1 fevral
Qadınlar: 53 kq, 58 kq, 63 kq, 75 kq
Yunan-Roma: 59 kq, 75 kq, 85 kq, 130 kq
Sərbəst: 61 kq, 70 kq, 86 kq, 125 kq
|