Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident İlham Əliyev Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında iştirak edib
Tarix: 22.01.2015 | Saat: 23:45:00 | E-mail | Çapa göndər
Yanvarın 22-də Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu. Bu da Davos İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri barədə təsəvvür yaratmağa imkan verirdi.

Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi.

Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli xanımlar və cənablar, hörmətli dostlar.

Əvvəlcə, bu axşam bizimlə birlikdə olduğunuza görə minnətdaram. Sizin hamınızı qəbulumuzda və “Bakı-2015” Avropa Oyunlarının təqdimatında görməkdən çox məmnunam.

Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Bu Oyunlar əvvəllər heç vaxt keçirilməyib. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdı. Biz bu Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq.

Qərar 2012-ci ilin sonlarında qəbul olunmuşdur. Bilirsiniz ki, qış Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi. İyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var.

Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq.

Zənnimcə, səbəblərdən biri bu idi. Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı.

Beləliklə, biz qonaqları və turistləri gözləyirik. İndi hazırlıq işinin son mərhələsindəyik. Əlbəttə ki, Oyunlar bizə onsuz da həyata keçirilməli layihələri daha qısa müddət ərzində reallaşdırmaq imkanını yaratdı. Müasir idman infrastrukturunun yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda biz Xəzər dənizinin sahilində Bakı İdman Şəhərciyini yaradırıq. Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni zamanda, Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq.

Ümidvarıq ki, bütün ölkələr bu Oyunlara güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması, ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq. Ümidvaram ki, növbəti Avropa Oyunlarını öz ölkəsində qəbul etmək arzusunda olan bir çox namizədlər də olacaq.

Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub. Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula – 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin real təzahürüdür.

İdman yer üzünün insanlarını birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir.

Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim. Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr edəcəyik.

Hörmətli dostlar, bizimlə birlikdə olduğunuza görə bir daha minnətdaram, sizə xoş axşam arzulayıram.



X X X



Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Həmkarım, Monako Şahzadəsi Albert. Sizi burada görməkdən çox şadam.

Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar.

Dünya idmanının yenilik xarakteri daşıyan təkrarolunmaz hadisəsi - Avropa Oyunları haqqında qarşınızda çıxış etməkdən şərəf hissi duyuram. Bu Oyunlar Avropa qitəsinin ilk çox idman növlü yarışması olacaq. Həmin yarışlar iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropanın 50 ölkəsindən 6 mindən çox atlet yarışlara qatılacaq.

Bu il Davosda keçirilən toplantının mövzusu qlobal səviyyəli məsələdir. Bu mövzu, həmçinin 2015-ci ildə idmanla da bağlıdır. Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə idman hərəkatına əlavə məzmun verilir. Ənənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayaraq, biz eyni zamanda, həmin yeni eranı da alqışlayırıq.

Avropa hər zaman ənənəvi Olimpiya Oyunlarının beşiyi olub. Şimali Amerika, Okeaniya, Asiya və Afrikanın hamısını bir yerdə götürərək, 120 il ərzində Avropada daha çox idman yarışları keçirilib. İnkişaf edən dünyada vəziyyət sürətlə dəyişir. Son 20 il ərzində 10 olimpiya oyunu keçirilib. Onlardan yalnız üçü Avropada baş tutub. Növbəti dörd olimpiya oyunundan heç biri Avropada keçirilməyəcək. Lakin bununla belə bu, qlobal iqtisadi çiçəklənmənin təzahürüdür və idmanın müsbət dəyişikliklərə səbəb olduğunu nümayiş etdirir. Bu, əlbəttə ki, çox yaxşı haldır.

Lakin qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir. Avropa Oyunlarına gəldikdə, bunlar Olimpiya Oyunlarının təkrarı olmayacaq. Bu Oyunlar çox innovativ olacaq və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. Onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar. Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar.

İdman sahəsinə gəldikdə, əvvəlcə yarışmalarda olmayan yeni idman növləri əlavə ediləcək. Məsələn, üçlük basketbol, çimərlik voleybolu, karate və sair.

Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək. Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib.



İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq. Prezident, həmçinin Bakıda keçiriləcək digər yarışları da qeyd etdi. Prezident İlham Əliyevin bir fikrini yüksək dəyərləndirirəm. O deyir: “Siz 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”. Bu sözlərlə mən bu çiçəklənən ölkəni sizə xatırlatmaq istərdim. Bakıda keçiriləcək idman tədbirlərinin təqviminə gəldikdə, bunu bacarıqlı yerli kadrlar təşkil edəcək. “Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Lakin 2019-cu ildəki Oyunlar Bakıda bu yarışmanın tam təkrarı olmayacaq. Avropa Olimpiya Komitəsinin məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir, əksinə yox.

2019-cu ildəki Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar bu ilin may ayına qədər elan olunacaq. Seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq. Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilir. “Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri cənab Prezidentin mövqeyi Azərbaycan və Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında misilsizdir. Şübhə etmirəm ki, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq.

Diqqətinizə görə sağ olun.



X X X



Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra atletlərimiz olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-dək medal qazanıblar. 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

AzərTAc
Xəbər 1146 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.08.2020 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
12.06.2020 “Bakı-2015”-in ən gözlənilməz anı
18.06.2019 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
28.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru