“İnter” klubu 3 futbolçusunu icarəyə verdiyini rəsmən açıqlayıb. İdman.com.az-ın məlumatına görə, “bankçılar”ın rəsmi internet saytı icarəyə verildiyi xeyli əvvəl məlum olan Dmitri Kramarenko və Şəhriyar Rəhimovla yanaşı, daha 1 oyunçu ilə bağlı xəbər yayıb.
Belə ki, bakılılar 2 deyil, 3 futbolçu ilə yollarını müvəqqəti ayırıb. Müdafiəçi Ruslan Poladov da qapıçı Kramarenko ilə yanaşı, yaxın 6 ayı Zaqatalanın “Simurq” klubunda keçirəcək.
Qeyd edək ki, yarımmüdafiəçi olan Şəhriyar AzAL-a icarəyə verilib.
|