Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsil” RİM tərəfindən təşkil edilən uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq birincilik başa çatdı. Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatı dəstəyi ilə 15 noyabr tarixində baş tutan yarışda,9 təhsil komandası və 8 idman klubundan 148 taekvondoçu tatami üzərinə çıxmışdır.
Uşaq və yeniyetmələr arasında keçirilən, 2001-2003-cü və 2004-2005-ci təvəllüdlü taekvondoçuların iştirak etdiyi açıq birincilik, Quba Rayon Olimpiya Kompleksində keçirilmişdir.
Yarışın rəsmi aşılış mərasimində isə bir neçə qonaq iştirak etmişdir. Qonaqlardan Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, direktor müavini Çingiz Səmədov, Quba rayon Təhsil şobəsinin direktoru Yusif Abidov və Quba UGİM direktoru Elşən Vəlibəyov, Azərbaycan Respublikası Taekvondo Federasiyasının (ATF) hakimlər komitəsinin sədri Elşən Quliyev çıxışlarında yarışın əhəmiyyətindən və ümumilikdə idmana, idmançılara olan qayğıdan bəhs etmişlər. Sonda Dövlət himni səsləndirildi və yarış açıq elan edildi.
Gərgin keçən mübarizədə, komanda hesabında uşaq taekvondoçular arasında birinci yerə Quba, ikinciyə Sumqayıt, üçüncüyə 12-saylı İOEUGİM, yeniyetmələr arasında isə birinciyə Azəri, ikinciyə Quba, üçüncüyə Sumqayıt komandaları layiq görülmüşlər.
Şəxsi birincilikdə qalib gələn idmançıların siyahısını təqdim edirik;