Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Denpr” də bu meydana çıxıb.
Dneprpetrovski təmsilçisi öz meydanında Kiyev “Dinamo”su ilə qarşılaşıb. Bu görüşdə ən azı bir xal qazanacağı təqdirdə "Dnepr" liderliyini qoruyacaqdı. Lakin bu oyunda 3:0 hesabı ilə qalib gələn Kiyev təmsilçisi liderliyə yüksəlib.
2 noyabr
21:30. “Dnepr” – “Dinamo” (Kiyev) - 0:3
Qollar: J.Lens, 28 (0:1), A.Yarmolenko, 40 (0:1), Kravets, 84 (0:3)
Qırmızı vərəqə: Ruslan Rotan, 85 ("Dnepr")
|