İtaliya A Seriyasının son turunda qalmaqallarla yadda qalan “Yuventus” - “Roma” (3:2) matçının baş hakimi Canluka Rokki idarəçiliyi haqda danışıb.
41 yaşlı referi etiraf edib ki, “Roma”nın qapısına təyin etdiyi ikinci penaltidə səhv qərar qəbul edib: ”Yeganə səhvim Poqbaya qarşı edilən hərəkətdən sonra “Roma”nın qapısına təyin etdiyim penalti idi”.
Xatırladaq ki, “Yuventus” - “Roma” matçında üç penalti təyin edən Rokki iki futbolçunu meydandan qovub. O, həmçinin, yeddi oyunçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, referi yanlış penalti qərarına görə, iki oyunluq cəzalandırılıb.
|