Bu ay Braziliyada keçiriləcək dünya çempionatının bəzi iştirakçı komandaları yoldaşlıq görüşlərində qüvvələrini sınayıb.
Mundial iştirakçılarından Almaniya Kamerunla qarşılaşıb. Görüşdə qapılara 4 qol vurulsa da, qalib məlum müəyyənləşməyib – 2:2. Panama – Serbiya oyununda da heç-heçə qeydə alınıb – 1:1.
ABŞ öz meydanında Türkiyəni məğlub edib – 2:1. Belçika isə səfərdə İsveçə 2:0 hesabı ilə qalib gəlib.
2 iyul
Yoxlama oyunları
Panama – Serbiya – 1:1
Qollar: İvanoviç, 25 (0:1), Qomes, 60 (1:1)
ABŞ – Türkiyə - 2:1
Qollar: Conson, 26 (1:0), Demsi, 52 (2:0), Səlcuk, 90-pen. (2:1)
Almaniya – Kamerun – 2:2
Qollar: Etoo, 62 (0:1), Müller, 66 (1:1), Şürle, 71 (2:1), Motinq, 78 (2:2)
İsveç – Belçika – 0:2
Qollar: Lukaku, 34 (0:1), Azard, 78 (0:2)
Fransa - Paraqvay – 1:1
Qollar: Qrizman, 82 (1:0), Cakeres, 89 (1:1)
|