21-25 aprel 2014-cü il tarixlərdə Astara rayon Maşxan kənd tam orta məktəbində Respublika bədən tərbiyəsi mərkəzinin təqvim planına uyğun olaraq Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi ilə birgə voleybol üzrə ümumtəhsil məktəblilərinin oğlan və qız komandaları arasında rayon birinciliyi keçirilib.
Yarışda oğlanlar arasında 18 komandadan 216 idmançı və 18 məşqçi, qızlar arasında 8 komandadan 96 idmançı və 8 məşqçi, ümumən 26 komandadan 338 nəfər iştirak edib.
Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq oğlanlar arasında Tüləküvan, Maşxan və Vaqo kənd tam orta məktəb komandaları, qızlar arasında şəhər 6 saylı, şəhər 7 saylı və Maşxan kənd layiq görülüblər.
|