Futbol üzrə Fransa Liqasında 26-cı turun oyunlarına yekun vurulub.
Son oyun günündə daha 3 qarşılaşma baş tutub.
Səfərdə "Tuluza"nın qonağı olan PSJ rəqibini 4:2 hesabı ilə məğlub edib. Zlatan İbrahimoviç görüşdə het-trik edib.
"Nant" klubu öz meydanında "Renn"i qəbul edib və rəqibinə böyük hesabla uduzub - 0:3.
"Lill" - "Lion" matçında isə qapılara qol vurulmayıb.
23 fevral
Fransa Liqası, 26-cı tur
"Tuluza" - PSJ - 2:4
Qollar: İbrahimoviç, 32-pen. (0:1), Yedder, 44 (1:1), Lavezzi, 56 (1:2), İbrahimoviç, 68 (1:3), Yedder, 72 (2:3), İbrahimoviç, 89-pen. (2:4)
"Nant" - "Renn" - 0:3
Qollar: Georges, 16 (0:1), Anders, 63 (0:2), Ola, 90 (0:3)
"Lill" - "Lion" - 0:0
22 fevral
"Marsel" - "Loryan" - 1:0
Qol: Jinyak, 82 (1:0)
"Bastiya" - Sent Etyen" - 0:2
Qollar: Brandao, 33 (0:1), Harek, 90-avtoqol (0:2)
"Bordo" - "Evian" - 2:1
Qollar: Faubert, 52 (1:0), Beriqod, 74 (1:1), Sayvet, 82 (2:1)
"Guinqamp" - "Nitsa" - 1:0
Qol: Yatabare, 90 (1:0)
"Monpelye" - "Ayaçço" - 2:0
Qollar: Mounier, 55 (1:0), Kabella, 90 (2:0)
"Valensian" - "Soşo" - 2:2
Qollar: Varis, 51-pen (1:0), Corçia, 54 (1:1), Varis, 86 (2:1), Marange, 88 (2:2)
21 fevral
"Monako" - "Reims" - 3:2
Qollar: Germayn, 8 (1:0), Onianqu, 53 (1:1), Tulalan, 63 (2:1), Onianqu, 71 (2:2), Kurzava, 90 (3:2)
|