Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Bu gün "Fiorentina" və "Udineze" komandaları üz-üzə gəlib. İlk oyununda rəqibinə 1:2 hesabı ilə uduzan "Fiorentina" bügünkü qarşılaşmada 2:0 hesablı qələbə qazanaraq, finala yüksəlib.
Qeyd edək ki, digər finalçı bu gecə keçiriləcək "Napoli" - "Roma" matçından sonra bəlli olacaq.
11 fevral
İtaliya kuboku, yarımfinal mərhələsinin cavab oyunları
"Fiorentina" - "Udineze" - 2:0 (İlk oyun - 1:2)
Qollar: Paskual, 14 (1:0), Quadrado, 61 (2:0)
12 fevral
"Napoli" - "Roma" (İlk oyun - 2:3)
|